Our poll

Rate our site
Total of answers: 28043
Home » 2018 » January » 11 » Tələbəsi imtahanda kəsilən müəllim cəzalanmalıdır...
15:33
Tələbəsi imtahanda kəsilən müəllim cəzalanmalıdır...

-Tahir müəllim, sizin dediklərinizdən belə çıxır ki, kasıb balaları zülm çəkib, stress keçirib imtahan verəcək və pulsuz şəkildə ali təhsil almaq hüququ qazana biləcək. Ancaq varlı uşaqları orta məktəbi necə bitirməklərindən asılı olmayaraq yalnız lazımi məbləğdə pul ödəməklə istədikləri universitetə qəbul ediləcək. Digər sahələr kimi, təhsil sahəsi də korrupsiyaya bulaşmış hazırkı gerçək Azərbaycan şəraitində kim zəmanət verə bilər ki, imkanlı balaları əvvəlki kimi heç bir kitab üzü açmadan dolayı yollarla ali məktəbi başa vuraraq diplom alacaq. Və nəticədə yenə də savadsız, rüşvətxor kadrlar vəzifələrə yiyələnəcək, müəllim, həkim, mühəndis və s. olacaq, yoxsul övladları isə lazımi dərəcədə ixtisaslarına yiyələnib diplom alsalar da, işsiz qalacaqlar? 
 
-Söhbət təkcə kaslb balalarından getmir, bütün təbəqələrə aiddir... Ümumiyyətlə, pulsuz təhsili dövlət təmin edir və odur ki, belə təhsil almaq üçün abituriyentin hazırlaşıb imtahan verməsi vacibdir və bu aşkarlıq şəraitində keçirilməlidir. Biz təklif etdiyimiz Qərb modelində nəzərdə tutulmuş normativləri yerinə yetirməyənə diplom verilə bilməz. “Amac” bunun qarşısını almaq üçün optimal variantlar hazırlayır. Əgər Qərb modelinin normativlərinin yerinə yetirilməsinin düzgün mexanizmini qursaq, Azərbaycanda ali məktəblər savadsız məzun buraxmayacaqlar. Savadlı, ağıllı və dərrakəli məzunlar heç vaxt işsiz qalmırlar. Yalan sözdür ki, kasıb balaları özünə iş tapmırlar. Düzdür, Azərbaycan cəmiyyətində “day-day” anlayışı var, ancaq ağıllı, vicdanlı, iş bilən, bacarıqlı kadrlara indi də təlabat böyükdür. Kimlərsə “day-daylıq” edib, səni vəzifəyə gətirə bilərlər, ancaq tutduğun vəzifədə qala bilməzsən. Bu saat Azərbaycanın bütün vəzifəlilərinin qarşısında Prezident belə şərt qoyub; rəhbərlik etdiyi sahə və ya müəssisə  Azərbaycana gəlir gətirməlidir. Ağılsız, savadsız və saxta diplomlular bunun öhdəsindən heç cür gələ bilməzlər. Aydındır ki, Prezident belələrindən Azərbaycan cəmiyyətini təmizləməlidir. Odur ki, təhsil sistemində, o cümlədən ali məktəblərdə islahatlar aparır. Məqsədimiz bu islahatlara dəstək verməkdir. O ki qaldı kasıb və yaxud dövlətli övladlarına; hər iki zümrənin ağllısı da var, axmağı da. Sadəcə,  hər bir gənc anlamalıdır ki, qarşısına qoyulan təhsil normativlərini yerinə yetirmədən diplom ala bilməyəcək... 
 
-Ümumiyyətlə, Azərbaycanda, rüşvətxorluq və bürokratiyanın olduğu bir şəraitdə dediklərinizi həyata keçirib Avropa tipli təhsil ocaqları yaratmaq mümkün olacaqmı? 
 
-Bu nəinki mümkündür. Bunu həyat tələb edir. Söhbətinizin əvvəlində biz Prezident İlham Əliyevin bəzi ali məktəblərin “Publik hüquqi şəxs”ə çevrilməsi haqdakı qərarından danışdıq. Bu, elə Avropa modelinin Azərbaycana gətirilməsi deməkdir. Bizə elə gəlir ki, Azərbaycanın birinci Vitse-prezidenti Mehriban Əliyevanın Avropa səfərləri zamanı ali məktəbləri ziyarət edərək onların təhsil sistemi ilə tanışlığı da ölkəmizdə bu cür islahatların aparılmasına təkan vermişdir. Və Azərbaycanın belə təhsil sisteminə keçməsi üçün bütün imkanları var. 
 
“Amac”ın irli sürdüyü təklif ilk növbədə ali məktəblərin maliyyə imkanlarını artırır, qəbul sisteminin Avropa və ABŞ-da olduğu kimi qurulmasına şərait yaradır... 
 
-Əvvəllər universitetlərimiz gələcəkdə alim, akademik kimi yetişə biləcək ali təhsilli tədqiqatçılar; riyaziyyatçı, fizik, bioloq, kimyaçılar və s. hazırlayırdı. İndi isə yalnız fizika, biologiya, kimya, riyaziyyat və s. müəllimləri buraxırlar. Səbəbi nədə görüsünüz?
 
 - Bəli, bu, çox ciddi məsələdir. Amma səbəbi çox sadədir. Azərbaycan ali məktəblərinin  hazırkı maddi-texniki bazası, köhnə cihazlar və s. yüksək elmi tədqiqatlar aparmağa imkan vermir. Odur ki, biz 3-cü təklifi vermişik. Ali təhsil  müəssisələrimizin maddi-texniki bazalarının Qərb universitetlərinin səviyyəsinə  çatdırılması... 
 
Bundan əlavə, ali məktəblərdə əldə edilən nailiyyətlərin yayılması və tətbiq olunması da sual altındadır. Biz tələbələrimizi elmi tədqiqatlara cəlb etməklə onların gələcəkdə əldə edəcəkləri nailiyyətlərin necə tətbiq olunacağını da əyani şəkildə göstərməliyik. Belə olduqda tələbələrdə elmə olan həvəs artar və Azərbaycan elminin inkişafı üçün zəmin yaranar. Gəlin razılaşaq ki, bu saat tələbələrimizdə elmə həvəs heçə enib. Əksəriyyət yalnız  diplom almağı və qazanclı işə düzəlməyi düşünür. Elmə cəlb olunmuş tələbələrin psixologiyası dəyişməli və onlar hiss etməlidirlər ki, elmi nailiyyətlər əldə etsələr, onları gözəl həyat gözləyir. Hər şey ali məktəblərə pullu təhsilin qəbulunun liberallaşmasından asılıdır...
 
-Tahir müəllim, o da var ki,   təhsilin keyfiyyətini Qərb səviyyəsinə yüksəltmək üçün öncə müəllimlərin maaşlarını da dünya standartlarına uyğunlaşdırmaq gərəkdir. Az maaşla nadir müəllimlər fədakarlıq göstərib özünü şam kimi əridər...
 
-Əlbəttə ki, bu belədir. Amma müəllimlərin əmək haqqını yüksəltmək üçün  öncə universitetlər özü-özünü lazımınca təmin etməlidir. Bundan ötrü də bizim ödənişli qəbulun liberalladşırılması haqdakı təklifimiz düzgün ideyadır. Və bu həyata keçsə,  hər bir müəllim işinə, zəhmətinə, yetişdirdiyi kadrların keyfiyyətinə görə  yüksək maaşla təmin ediləcək. Ən əsası odur ki, ali məktəblərdə rüşvətin qarşısının alınması üçün Qərb mexanizmlərindən istifadə edə biləcəyik. 
 
-“Qərb mexanizmi” dedikdə nəyi nəzərdə tutursunuz?
 
 -Xaricdə təhsil alanlar fənni bilmədən sessiya imtahanına buraxılmırlar. Bu, sadə, həm də dəyərli addımdır. Tələbələrin qarşısına fənn üzrə normativlər qoyulur, normativdən irəli gələn kitablar oxunulmalı, müəllimə danışılmalı, seminarlarda müzakirə olunmalı və ciddii referatlar yazılmalıdır. Onlar bütün normativləri yerinə yetirdikdən sonra, yəni bu və ya digər fənnə aid kitab, məqalə və mühazirə materialları oxuyub müəllimə danışandan sonra imtahana buraxılır. Əgər tələbə imtahanda kəsilirsə, buna görə müəllim cəzalandırılır. Odur ki, xarici ali məktəblərdə  bizdəki məşhur “tapış”, yəni “tapşırıq” yoxdur. Azərbaycan təhsilinin evini yıxan elə “tapşırıqdır”. Bəzən elə alınır ki, iki ulağın arpasını bölə bilməyənə hətta qırmızı diplom da verilir. Bunun qarşısını almasaq, Azərbaycanda ali təhsilin səviyyəsi heçə enəcək. Tələbə hiss etməlidir ki, yaxşı oxumasa, ona heç kim qiymət verməyəcək... 
 
Məhz bu cür neqativ halların qarşısını almaq məqsədi ilə “Amac”ın təklifinin 5-ci maddəsi ali təhsildə korrupsiya hallarına son qoyulmasıdır. Bu saat bir çox ali məktəblərdə DİM-in, keçmiş TQDK-nın siyahısında adı olmayan minlərlə tələbələr oxuyur ki, çoxları bu ali məktəblərə “perevod” yolu ilə qəbul olunub. Sxem çox sadədir. Azərbaycanlı balaları Rusiya, Ukrayna, Gürcüstan və s. respublikalarda ali məktəblərə pul keçirib qəbul olurlar. Bir neçə ildən sonra Vətənə qayıdıb, əlbəttə ki, dədələrinin puluyla istədikləri ali məktəbə “perevod” olurlar, yəni köçürülürlər. Məgər bu, korrupsiya deyil? Kim deyər ki, bunlar ali məktəbə “perevod” alarkən havayı keçib. Bütün bu pullar Azərbaycanın büdcəsinə keçirilməlidir. Bunun bir yolu var- ödənişli yolla elə Azərbaycanın özündə təhsil almaq. Bu aşkarlığa gətirir. Aşkarlıq olan yerdə isə, korrupsiya olmur... 
 
-Ali təhsil ocaqlarına qəbulda aşkarlığı nədə görürsünüz? 
 
-Azərbaycan cəmiyyəti demokratikləşir. Ali məktəblərin bir neçəsini Azərbaycan Prezidenti “Publik hüquqi şəxs “ elan etdi. Dərinə getsək, görərik ki, bu struktur Fransadan götürülmüşdür və Ali məktəblərdə müəllimlərin idarəçilikdə yaxından iştirakını təmin edəcək. Bu, demokratiyanın aşkarlıq prinsipinə arxalanan bir addımdır. Ali məktəbə özünü idarə etmək hüququnu verir. Odur ki, ali məktəbin maliyyə imkanlarının artırılması üçün pullu təhsillə qəbul olunanlar test imtahanlarından azad olmalıdır. Belə olduqda Prezidentimizin bu fərmanı həyata keçəcək və ali təhsil müəssisəsi dövlətdən asılı olmayacaq. Amma bununla belə, dövlətə lazım olan mütəxəssisləri hazırlayacaq... 
 
-7-ci təklifiniz də maraqlıdır: Gənclərin təhsil alması üçün hər cür şəraitin yaradılması... 
 
-Gənclər problemi ölkəmizin ən vacib məsələlərdən biridir. Azərbaycan valideynləri varlı və ya yoxsullqdan asılı olmayaraq balalarını oxutmaq arzusundadırlar. Bu, Azərbaycan mentalitetinə xas olan əlamətdir Təəssüf ki, bu gün orta məktəbi qurtarmış on minlərlə gənc Bakımızın və başqa şəhərlərimizin küçələrində veyillənərək küçə uşaqlarına çevrilir, cinayətkarlara və narkomanlara qoşulurlar. İdman və Gənclər Nazirliyi bunun qarşısını ala bilmir, çünki söhbət on minlərlə gəncdən gedir. Hamını idmançı etmək olmaz. Məsələnin həlli isə çox asandır: Övladlarını Ali məktəbdə oxumağa cəlb edən valideynlər üçün Qərbdə və başqa ölkələrdə olduğu kimi, övladlarını  oxutmalarına şərait yaratmaq. Xarici abituriyentlərə verdiyimiz imtiyazları özümüzünkülərə də verməliyik. Bu saat xarici gənclər Bakıya gəlib, istədiyi ali məktəbi seçir və pullarını keçirib tələbə adını alırlar...
 
-Bəs pulsuz təhsilə qəbul necə olmalıdır? 
 
-8-ci təklifimiz məhz buna aiddir. İmtahanla qəbul pulsuz təhsil alanlar üçün olmalıdır və dövlətə nə qədər mütəxəssis lazımdırsa, o qədər hazırlanmalıdır və s.. Belə olduqda, Nazirlər Kabineti ölkəyə hansı ixtisasların nə qədər mütəxəssis lazım olduğunu müəyyənləşdirməlidir. Məsələn, 25 hüquqşünas, 20 diplomat, 100 mühəndis və s.  Həmin gələcək kadrların  pulsuz təhsili üçün də dövlət pul ayırmalıdır. Bu kateqoriya ilə oxumaq istəyənlər ciddi imtahan prosesini keçməlidir ki, dövlətdən yardım alsınlar. 
 
-Bəs tələbə necə etməldir ki, məhz sevdiyi, həvəsində olduğu ixtisas üzrə qəbul olsun?
 
-9-cu təklifimiz ödənişli təhsildə tələbənin özünün istədiyi ixtisası seçməsidir. Testlə qəbul olan abituriyentlərin çoxu seçdiyi ixtisasa keçə bilmədikdə məcbur olub başqa ixtisasları seçir. Məcburi seçim qarşısında qalan tələbə isə ancaq diplom xatirinə oxuyur. Tələbəni oxumağa məcbur edən seçiminin motivasiyası olmadıqda aldığı təhsilin də keyfiyyəti olmur. Ali məktəb müəllimləri bir ağızdan tələbələrin oxumadıqlarından, təhsilə həvəslərinin olmadığından danışırlar. Azərbaycan təhsilinin keyfiyyətsizliyi hər şeydən əvvəl bununla bağlıdır. Tələbəni Qərb ölkələri kimi kitaba bağlamalıyıq... Ali məktəblərə qəbul liberallaşsa, biz təhsildən məcburi seçim anlayışından da uzaqlaşırıq. Ən əsası odur ki, ölkəni oxumaq üçün tərk edən gənclərin sayını azaldarıq... 
 
-Tahir müəllim, “Amac”ın qəbulla bağlı sözügedən təklifinin həyata keçəcəyi halda ali məktəblərə qəbul olanları sayı artacaq. Amma digər bir məsələ var: diplom aldıqdan sonra iş tapmaq məsələsi... Onsuz da bizdə hazırda da ali məktəb bitirənlərin xeyli hissəsi ixtisasına uyğun iş tapmaqda böyük çətinlik çəkir...
 
-Azərbaycanda bu saat yüksək savadlı, ağıllı və dərrakəli insanlara böyük tələbat var. Ağlın özünəməxsus bir xüsusiyyəti var. Ağıllı insan ağlına arxalanıb özü iş yerləri də aça bilər. Azərbaycan cəmiyyətində bunun üçün istənilən şərait var. İstehsal sahələrindən tutmuş, humanitar sahələrə qədər. Ağıllı ali savadlı və bilikli məzunlar heç vaxt işsiz qalmazlar. Bütün cəmiyyətlər ağıllı insanlara möhtacdır. Ancaq o adamın ki, diplomu var, ağlı, savadı yoxdur,ondan heç vaxt cəmiyyətə fayda gəlməz...
 
Sultan Laçın
Category: Azəricə | Views: 42 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Log In

Search

Language

Azəricə [18]
Русский [49]
English [8]

Calendar

«  January 2018  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Entries archive