Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » April » 27 » Rus Ayısı Qış Yuxusundan Oyanıb Və Öz Meşəsində Səliqə - Səhman Yaradır
21:26
Rus Ayısı Qış Yuxusundan Oyanıb Və Öz Meşəsində Səliqə - Səhman Yaradır

Ermənistanın Qərbpərəst qüvvələri Ermənistandan çıxan bütün yolları bağlayıblar. Bundan əlavə Yerevanda inqilab edənlər Qumruya üz tutub, orada mitinq keçirməyi qərara alıblar. Bu o deməkdir ki, onlar yolları bağlamaqla qarabağlıları ölkədən qaçmağa qoymayacaqlar Qumruya getməklərinin səbəbi odur ki, Rusiya hərbi bazalarını götürsünlər. Paşinyanın dəstəsi uzun müddətdir ki, orada olan rus zabitlərini ələ alıblar və küllü miqdarda pul buraxıblar ki, yeri gələndə onlar haylara əl qaldırmasınlar və bazaları təhvil versinlər. Nəzərə alsaq ki,burada xidmət edənləri çoxları elə ermənilərdir, bu bazaların tezliklə qərbpərəstlərin əlinə keçəcəyinə söz ola bilməz. Qarabağlıların qaçmasının qabağını alan haylara Paşiyanın adamları onların var-dövlətlərini, pul paralarını, vəzifələrini söz verirlər. Parlamentin buraxılmasını və yeni seçkidə ancaq yerli adamların, yəni ancaq hayların seçiləcəyini deyirlər. Onlar indi bir məsələni həll etməlidirlər - Rusiya hərbi bazalarını boşaltdırmaq və qalib kimi Yerevana qayıtmaq. Bundan sonra qalib kimi qarabağlıları alt-üst etmək. Karen Karapetyanın Paşiyanla görüşməməsinin səbəbi də elə budur, çünki Paşiyan onun qarşısında hökuməti buraxmaq tələbini qoyacaqdır. V.Putinin Qarabağ klanının nümayəndəsi olan K.JKarapetyana ciddi tədbirlər görməsini təkid etmişdir. Deyilənə görə Rusiyanın xüsusi dəstələri Tu-76 vasitəsi ilə Qumrudaki bazaaları qorumaq üçün ora göndərilmişdir. Bu xəbəri eşidən Paşiyan maşınları ilə Qumruya üz tutmuşdur. Bu saat hər şey Qumruda həll olunur-ya ruslar erməniləri qırmalıdır, əlbəttə ki, ermənilərin, daha düzünü desək qarabağlıların əliylə, ya da onlar Rusiya bazaları ilə birlikdə Ermənistandan çıxmalıdır. Qarabağa gedən yollar bağlandığından onlar Qarabağa qaça bilməyəcəklər. İndi hər şey Karen Karapetyanın ciddi addımlar atıb, hayların üsyanının qarşısını almağından asılıdır, yəni qarabağılılar hayları qırmalıdır. Az qalır. Hər şey Qumrudan başlanmalıdır. Azərbaycan isə dinməzcə durub bundan həzz almalıdır, çünki belə getsə, pulsuz və vəzifəsiz qalan Qarabağ diz çöküb, Azərbaycanın qucağında oturacaq, çünki Rus ayısı qış yuxusundan oyanıb və öz meşəsində səliqə-səhman yaradır.

Category: Azəricə | Views: 166 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları