Dil

Azəricə [56]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » December » 2 » QARABAĞIN AÇARINI MOSKVADA İTİRMİŞİKSƏ, NƏ AĞILLA VAŞİNQTONDA AXTARIRIQ?
18:40
QARABAĞIN AÇARINI MOSKVADA İTİRMİŞİKSƏ, NƏ AĞILLA VAŞİNQTONDA AXTARIRIQ?

QARABAĞIN AÇARINI MOSKVADA İTİRMİŞİKSƏ, NƏ AĞILLA VAŞİNQTONDA AXTARIRIQ?

D.Trampın Argentinada V.Putinlə görüşməməsi təkcə iki ölkə arasında deyil, bütün dünyada vəziyyətin gərginləşməsinə gətirib çıxara bilər. Ukraynada baş vermiş dövlət çevrilişindən sonra Rusiya Qərbə qarşı ciddi hücuma keçdi. Krımı öz tərkibinə qatdı, Qərbi Ukraynada rus dilli əhalinin üsyanı baş verdi. Bütün bunlar “ İkinci Soyuq müharibəyə ” gətirib  çıxartdı.

S.Trampın hakimiyyətə gəlməsi və ənənəvi ABŞ siyasəti olan proteksionizmi bərpa etməsi onu göstərir ki, ABŞ-ın dünyada apardığı siyasət daha da sərtləşəcək. Bu ölkə nəyin bahasına olursa olsun “Əvvəl Amerika!- sonra başqa ölkələr” siyasətini qətiyyətlə həyata keçirəcəkdir, çünki ABŞ-n Vahid fövqəl dövlət qalması üçün, bu siyasətdən başqa başqa siyasət yeridəcəyi qeyri-mümkündür.

D.Trampa qarşı ABŞ və başqa ölkələrin KİV-ləri və sosial şəbəkələri hücuma keçməsi, siyasətini axmaq siyasət kimi qələmə verməsinin üstündən  onun ağıllı iqtisadi və sərt xarici siyasəti xətt çəkir. D.Trampın maksimalist praqmatik siyasətçi olduğunu sübut edir.

ABŞ iqtisadiyyatı SSRİ dağılandan sonra D.Trampa qədər demək olardı ki, dağılmaqda idi. Bir faktı qeyd etmək bəs edir. Dünya avtomobil sənayesinin mərkəzi olan Detroytda demək olar ki, əhalinin  beşdə bir hissəsi qalmışdı. Avtomobil sənayesi çökmüşdü. İndi Detroyt kimi bütün dağılmış şəhərlər bərpa olunur, xalq öz doğma şəhərlərinə qayıdıb zavod və fabriklərini bərpa edirlər..

ABŞ Prezidentinin fəaliyyətinin obyektiv göstəricisi ölkənin iqtisadi statistikasıdır. D.Tramın qısa müddət ərzində apardığı iqtisadi siyasətinin inkişaf göstəricisi 5% -ə qədərdir. Ona qədər bir Prezident bu cür göstəriciyə nail olmayıb.

D.Trampın qətiyyətli və sərt siyasəti AB ölkələri arasında da parçalanmağa gətirin çıxartmışdır. AB ölkələrinin rəhbərlərini indi iki kateqoriyaya bölmək mümkündür: D.Trampın siyasətinə dəstək verənlər və yaxud AB-nin maraqlarına xidmət edənlər.

ABŞ-n qarşısına çıxan və açıq şəkildə onun apardığı siyasət qarşı gedən Rusiya nəyin bahasına olursa olsun ABŞ-a qarşı geosiyasi düşərgəni formalaşdırmaq və polipolyar, yəni çox qütblü dünyanı yaratmaq istəyir. Odur ki, dünya iki  düşərgəyə bölünməkdədir.

ABŞ-Rusiya qarşıdurmasının mahiyyəti də elə budur.

Rusiyanın Suriyaya yiyə durması və orada qısa müddət ərzində İŞİD-i darmadağın etməsi, yeni silah növləri ilə Qərbi şoka salması, İranın  faktiki olaraq İsrail sərhədinə çıxması -bütün bunlar ikinci soyuq müharibənin geosiyasi gedişləridir və dünyanı faktiki olaraq 3-cü dünya müharibəsi təhlükəsi qarşısında qoya bilər. Ancaq bu müharibədən dünyanı Atom mühafizəsi qoruya bilər. Bununla belə ABŞ-n Rusiyaya ilə aktiv siyasəti göz qabağındadır.

 Kerç boğazında Ukrayna gəmilərinin təxribatı Qərbin geosiyasi oyunu kimi qəbul etsək görərik ki, ABŞ heç də Rusiyadan geri qalmaq istəmir. O daha da aktiv siyasət keçirməyə  çalışır.

Gəlin baş verən sonuncu geosiyasi hadisələr fonunda Azərbaycanın geosiyasi vəziyyətindən danışaq və ona qarşı olan çağırışlara təhlil edək. Buna səbəb Azərbaycanın  müharibə vəziyyətində olması və Ermənistanda hakimiyyətə Qərb tərəfindən, daha doğrusu, ABŞ tərəfindən hakimiyyətə gətirilməsi və siyasətinin açıq şəkildə Rusiyaya qarşı olan Paşinyandır. Onu  ABŞ boş-boşuna hakimiyyətə gətirməyib və səbəbi ABŞ-n Cənubi Qafqaza girməsi üçün aparacağı siyasətdir. Bu isə Cənubi Qafqazda nisbi də olsa stabilliyin pozulmasına gətirib çıxara bilər.

Cənubi Qafqazda vəziyyətin gərginləşməsinə səbəbkar Ermənistandır və onun oynadığı oyunlar göz qabağındadır. Bu ölkə Qarabağla geosiyasi alver predmetinə çüvirib və alverin mahiyyətini açmağı özümüzə borc bilirik.

Bizim xarici siyasət idarələrində lövbər salmış və gecə-gündüz xarici siyasətimizin uğurları haqqında difiramblar yazmaqdan başqa əllərində iş gəlməyənlər indiyə qədər  ölkəni hara apardıqlarını belə anlamırlar.

Vəziyyət isə bu ağılla heç də bizin xeyrimizə ola bilməz. Sual oluna bilər niyə?

Bədbəxtliyimiz ondadır ki, Qarabağ məsələsində Azərbaycan bir ölkəyə belə indiyə qədər təzyiq eləməyib ki, Qarabağ məsələsini həll etsinlər. Götürək elə neft və qaz kontraktlarını. Biz nəyimiz var şərtsiz Qərbə verdik, nəticədə  Qərb bizi müdafiə etmədi. İndi də Qərbin bu siyasəti davam edir.

NATO-nun genişlənməsi Gürcüstanda özünü göstərdi. Osetiyanı Gürcüstan itirsə də, ABŞ üçün Qarabağa  girmək üçün şərait və president yaratdı.

Bu necə ola bilər? Yadınıza aprel hadisələrin salın. Öz qanuni torpaqlarına azad etmək üçün Azərbaycan qoşunları Qarabağı azad etməyə başladı. İki-üç gün müharibə Qarabağda davam etsəydi Azərbaycan torpaqlarını tam azad edəcəkdi. Ancaq nə baş verdi. Azərbaycan Rusiyanın təzyiqi ilə  müharibəni dayandırdı. Səbəb NATO qoşunları Qarabağ ermənilərinin köməyinə gəlməyə hazırlaşması oldu.

Ruslar Osetiyaya  girdikləri kimi, Qərbdə Qarabağa girəcəkdi. Heç bir ölkə tərəfindən tanınmayan əraziyə yiyə duracaqdı və bir beynəlxalq qanun buna qarşı getməyəcəkdi. Osetiyada rusların etdiklərini nümunə gətirəcəkdilər.

Bununla belə Azərbaycan aprel döyüşlərindən qalib çıxdı. Və dünyaya göstərdi ki, Qarabağdakı status-kvo ilə razılaşmır və torpaqlarını əvvəl-axır azad edəcəklər.

Bu saat erməniləri Rusiyadan qorxusu olmasa, Qarabağda müharibəni başlayarlar.

Qərblə Ermənistan atasında aparılan  danışıqların arxasında Ermənistanın Qarabağda NATO bazalarını yerləşdirmək təklifləri əsas yer tutur.

Qarabağa NATO qoşunlarının çıxarılması İrana qarşı plasdarm yaradır. Ermənistanın bu siyasətinə dəstək verən başqa ölkə İsraildir.

Regionda vəziyyətin gərginləməsi Ukrayna sərhədinə 100 min qoşun dəstələrini yerləşdirməyə başlayan və yəqin ki, Ukraynaya qarşı müharibəyə hazırlaşan Rusiyanın fikrini oradan ayırmaq və başını Cənubi Qafqaza qatmaqdır.

NATO qoşunları Cənubi Qafqaz girsələr.,Rusiya  bütünlüklə Qafqazı Gürcüstanı itirdiyi kimi itirəcək Qarb və İsrail tərəfindən İranı vurmaq üçün Ermənistan avtomatik şəkildə onun düşməninə çevriləcək.Azərbaycan isə Qarabağı tamamilə itirəcək.

Qafqaz regionunda vəziyyətin necə gərgin olduğu təkcə D.Trampın V.Putinlə görüşməməsi deyil, Azərbaycana gecə-gündüz istər Rusiyanın, istərsə ABŞ-ın nümayəndə heyətlərinin gəlməsi də göstərir. Fikir verin,  Rusiya Federasiyası Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edəndən sonra ABŞ-ın tanınmış din xadimləri ravvin Abraham Kuperi və yevangelist icmasının nümayəndəsi Conni Muru qəbul edib. Hər iki ölkə nümayəndələrinin  bir-birinin ardınca Azərbaycana gəlməsi bizə olan istəklərindən irəli gəlməsini kimi qəbul etmək sadəlövhlükdür. Söhbət bunlar vasitəsi ilə Azərbaycana təzyiqlərdən gedir.

Azərbaycan indiki geosiyasi vəziyyətinə obyektiv qiymət versək görər ki, Qarabağda müharibəyə qarşı iki ölkə: Rusiya və İrandır. Yəni ABŞ-ın Qarabağ siyasətinə qarşı bu iki ölkədən istifadə edib, Ermənistan qoşunlarını Qarabağdan çıxarıb, torpaqlarımızı qaytara bilərik. Başqa cürə siyasətə əl atsaq, Qarabağı tamamilə itirəcəyik. Bir həqiqəti də yaddan çıxartmamalıyıq: biz Qarabağın açarını Moskvada itirmişik, nə ağılla Vaşinqtonda axtarırıq?

 

DƏYANƏT

Category: Azəricə | Views: 53 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları