Our poll

Rate our site
Total of answers: 28043
Home » 2018 » January » 6 » O, yaxşı bilir ki, Azərbaycanı bu məmur özbaşınalığından ancaq Mehriban xanım qurtara bilər
13:38
O, yaxşı bilir ki, Azərbaycanı bu məmur özbaşınalığından ancaq Mehriban xanım qurtara bilər

Nazirlər Kabinetinin işi 1-ci Vitse-prezidentə həvalə edilsə, bu hökumət strukturu da saat mexanizmi kimi işləyər. Azərbaycan siyasi səhnəsində M.Əliyeva yeganə şəxsiyyətdir ki, işi ilə əməli uyğun gəlir.

– Bu ilin fevral ayının əvvəlində Siz Moderator .az- a “Azərbaycan hökumətinin iqtisadi problemləri ilə bağlı üç hissədən ibarət böyük yazı vermişdiniz Məqalənin sonunu hissəsində bütün problemləri sadaladıqdan sonra, Siz belə bir fraza işlətdiniz: ”Bu iqtisadi problemləri ancaq Mehriban xanım Əliyeva həll edə bilər, əgər o, Birinci Vitse-prezident seçilərsə.” 10 gün sonra Mehriban xanım Birinci Vitse-prezident seçildi. Niyə Mehriban xanım?

 
– Maraqlı sualdır. Bunun cavabını verməkdən ötrü biz yenidən o problemləri və Azərbaycanın düşdüyü ciddi iqtisadi və siyasi böhranın mahiyyətini açmalı olacağıq. İş ondadır ki, bu problemləri həll etmək üçün müəyyən siyasi formata uyğun gələn şəxsiyyəti müəyyən etməliyik.
Yəni ölkənin düşdüyü iqtisadi böhrandan çıxması üçün hansı şəxsiyyətin idarəçilik sükannı əlində saxlamasının vacibliyini qeyd etməli idik. Konstitusiyaya Vitse-prezident statuslarının əlavə olunması ilə bağlı Referendumun nəticələri həyata keçirilməli idi. Çünki xalq Prezidentə bu səlahiyyətləri vermişdi, Referendum isə ən yüksək demokratik göstəricidir, əgər iqtidar bundan irəli gələn bütün məsələləri Yeni Konstitusiya maddələri əsasında həyata keçirirsə. Bundan əlavə yeni yaradılmış struktura layiqli adamların irəli sürülməsi məsələsi ortaya çıxırdı. Odur ki, seçim ancaq bir nəfərin üzərində dayanmalı idi – Mehriban xanım Əliyevanın. Ondan başqa iqtidarda mövcud olan fərdlərin heç biri də istər ağıl, istər reytinq cəhətdən Mehriban Əliyeva səviyyəsində deyillər. Əməlləri göz qabağındadır.
 
– Bir də Referendum ilk növbədə dövlət idarəçiliyinin təkmilləşməsi ilə əlaqədar idi.
 
– Düzgün fikirdir. Azərbaycanda neft və qazın azalması, daha düzünü desək, neft və qazın daha olmaması, ölkə büdcəsini ciddi kəsrlər qarşısında qoyurdu. Dövlət idarəçiliyinə elə insanları gətirmək lazım idi ki, onlar yüksək təşkilatçılıq və biliyə malik olsunlar və onlar respublikanı düşdüyü vəziyyətdən çıxara bilsinlər.
 
– Siz bilən bu baş verdimi?
 
– Yox. Çünki məmurlar öz vəzifələrini itiməmək üçün ciddi müqavimətə keçdilər.
 
– Axı bu gözə dəymir?
 
– Fikir verin nə baş verir. Ölkə Prezidenti Azərbaycanı “neft iynəsi”ndən qurtarmaq üçün qeyri-neft sektorunun inkişafı ilə bağlı Fərmanlar verir, ancaq onların tam həyata keçirilməsi gecikdirilir. Boykot etdikləri də göz qabağındadır. İndiki şəraitdə Azərbaycanın dövlət strukturunun optimal və operativ işləməsi üçün ölkə iqtisadiyyatı, eləcə də bütün nazirliklər və komitələr bu strukturdan idarə olunmalıdır. Əlbəttə ki, bu struktura Birinci Vitse-prezident rəhbərlik etməlidir.
 
Azərbaycanın birinci xanımının optimal və operativ idarəçilik qabiliyyəti Avropa, Avroviziya, İslam oyunları və s. özünü göstərdi. Onun rəhbərlik etdiyi təşkilat komitələri nazirləri bir araya yığıb, yüksək göstəricilərlə qarşılarına qoyulan bütün işlərin öhdəsindən gəldilər. Qısa müddət ərzində Respublikanın paytaxtı gülə çevrildi.
Mehriban xanımın idarəçilikdə göstərdiyi uğurların nəticəsidir ki, Prezident İ.Əliyev onun əməyini yüksək qiymətləndirdi və Birinci vitse-prezident təyin etdi. Bu təyinatı istər daxildə, istərsə xaricdə hamı alqışladı.
 
– Azərbaycan xalqında belə bir inam formalaşıb ki, əgər Mehriban Əliyeva – İlham Əliyev vəhdəti olmasa, Azərbaycanı azğınlaşmış məmurlar dağıdar.
 
– Bu həqiqətən belədir. Yuxarıda adları çəkilən tədbirləri izləyən xalqımız bir şeyi də gözündən qaçırtmadı. Mehriban xanımın rəhbərliyi altında nazir və məmurların saat kim işləmələri və onun qarşısında farağat durmaları. Xalqa məlum oldu ki, bunlarla ancaq Mehriban xanım bacara bilər.
 
İndi Nazirlər Kabinetinin işi Birinci Vitse-prezidentə həvalə edilsə, yuxarıda adı çəkilən tədbirlərin təşkilatında olduğu kimi, bu hökumət strukturu da saat mexanizmi kimi işləyər. Gəlin razılaşaq ki, bu struktur bu saat amorf vəziyyətindədir, heç bir iqtisadi plan və layihəni həyata keçirə bilmir.
İki ildir devalvasiyaya baş verib, resessiya prosesi nəticəsində qiymət və xidmətlər iki dəfə aşağı düşüb, ölkə büdcəsinin 95%-ni təşkil edən neft və qaz yoxdur, neft və qazı əvəz edəcək sahələrin açılması və proqnozlaşması ilə bağlı Nazirlər Kabinetinin heç bir konkret layihə və planı yoxdur. Belə olduğu halda bu strukturun işi gözə belə dəymir.
 
– Siz bilən əgər bu strukturlar Azərbaycanın Birinci vitse-prezidentinə həvalə edilsə Azərbaycan düşdüyü iqtisadi böhrandan asanlıqla qurtula bilərmi?
 
– Sözsüz ki, belə olar, çünki Azərbaycan siyasi səhnəsində M.Əliyeva yeganə şəxsiyyətdir ki, işi ilə əməli uyğun gəlir, qarşısına qoyduğu bütün məqsədlərə nail olur, yüksək idarəçilik qabiliyyətinə malikdir, bütün Azərbaycan cəmiyyətini birləşdirən şəxsiyyətdir. İndiki dövrdə bu çox vacib məsələdir.
 
– Azərbaycan üçün regionçuluq bir bəladır. Bütün məğlubiyyətlərimizin başında bu bəlanın dayandığı iddiaları da var.
 
– Əlbəttə ki, bundan uzaq olmaq üçün regonçuluğu idarəçilikdən uzaqlaşdırmaq lazımdır, korrupsiyanın da yaranması elə bununla əlaqədardır. Bizə elə gəlir ki, regionçuluğu idarəçilikdən uzaqlaşdırmaq Mehriban xanım üçün çətin olmayacaq. Bununla belə qeyd etməliyik ki, məmurlar öz mövqelərini əldən vermirlər və hər vəclə Birinci Vitse-prezidentin işlərini məhdudlaşdırmaq istəyirlər. Dövrü mətbuata, internet saytlarına nəzər salsaq, bu, açıq şəkildə gözə dəyir. Sanki belə təsəvvür yaranır ki, Azərbaycan elə bil balaca xanlıqlara bölünmüşdür və hər xanlıq bildiyini edir.
 
– Siz xanlıq dedikdə nəyi nəzərdə tutursunuz?
 
– Dövlət nazirliklərini, komitə və idarələrini. Heç kim heç kimin işinə qarışa bilmir. Vahid idarəçilik və tabeçilik gözə dəymir, bunların üzərində faktiki olaraq Prokuror nəzarəti yoxdur. Hətta özlərinin öz istintaq idarələri var, baş vermiş cinayət əməllərini özləri nəzarətdə saxlayırlar və bildikləri kimi həll edirlər. Odur ki, Prokuror nəzarəti yoxdur. O yerdəki belə nəzarət yoxdur, qanunun pozulması inkar edilməzdir. Ölkədə qanunun işləməsini təmin etmək lazımdır. Belə olduqda ölkəmizdə dərəbəylik olmaz.
 
– Bəs bütün bunların qarşısını necə almaq olar?
 
– Çox sadə yolla. Referendumdan irəli gələn səlahiyyətləri Birinci Vitse-prezidentə verməklə.
 
– Sizə elə gəlmir ki, bizə xarici qüvvələrin təsiri böyükdür və məmurlarımızın çoxu bu və ya digər fövqəl dövlətin adamı sayılır.
 
– Burada həqiqət var. Ancaq Azərbaycanı elə adam idarə etməlidir ki, Qərblə-Şərq arasında körpü rolunu oynaya bilsin. İnkar olunmaz faktdır ki, Mehriban xanım Əliyeva istər Qərb, istərsə Şərqin siyasətçiləri və rəhbərləri arasında yüksək reytinqə malik olan şəxsiyyətdir.
 
Bir həqiqət də var ki, Azərbaycanın bu və ya digər fövqəl dövlətin təsir dairəsinə düşməməsi üçün güc balansını saxlamaq lazımdır. Vəziyyət elə gətirə bilər ki, Rusiya – ABŞ qarşıdurması nəticəsində Azərbaycan Prezidenti seçim qarşısında qala bilər. Təzyiq nəticəsində onun bu və ya digər ölkəyə prioritet verməsi regionda tarazlığı poza bilər. Bu olmasın deyə Prezident kürsüsündə elə şəxsiyyət oturmalıdır ki, Qərblə Şərq arasındakı balansı Azərbaycanda saxlaya bilsin. Odur ki, 2018-ci ilin Prezident seçkilərində Mehriban xanımın iştirakı optimal variantlardan biridir.
 
– Bu yaxınlarda Azərbaycanın ilk Prezidenti A.Mütəllibov bəyanat verdi ki, əgər Mehriban xanım Prezidentliyi versə, mən xalqa müraciət edib, xalqı onu dəstəkləməyə çağıracağam.
 
– Ayaz Mütəllibov praqmatik siyasətçidir, qabaq görən və hər şeyi ölçüb biçəndir. Əgər o bunu deyibsə, deməli o, hər şeyi ölçüb biçib. Deməli, o, Azərbaycan siyasi səhnəsində Mehriban xanımdan üstün şəxsiyyət görməyib. Bundan əlavə istər Qərbin, istərsə Şərqin Mehriban xanıma olan münasibətini təhlil edib. Onun gəldiyi nəticə yüksək təhlildən irəli gəlir. Bundan əlavə əgər o, bunu bəyan edibsə, deməli, bu belə olacaq. Azərbaycanlıların hamısı Mehriban xanıma səs verəcəklər. Müdrik insanın belə deməsi yüksək və hərtərəfli təhlilin nəticəsidir.
Ayaz Mütəllibov həmişə xalqın arasındadır, xalqın ürəyindən nə keçdiyini yaxşı bilir. Cinayətkar məmurların Azərbaycanın başına açdıqları oyunlardan xəbərdardır, onlar ölkəni hansı fəlakətə apardığını aydın görür. Bu müdrik insan çox yaxşı bilir ki, Mehriban xanım Azərbaycan xalqının son ümididir, Azərbaycanı bu məmur özbaşınalığından ancaq o qurtara bilər.
 
– Sizin M.Əliyevanın Prezidentliyə namizəd kimi seçkidə iştirak etməsinə münasibətiniz və bir analitik kimi proqnozunuz?
 
– Bizim istəyimiz xalqın istəyindən irəli gəlir. Xalq bu saat siyasətçinin ölkə üçün etdiklərini nəzərə alıb seçkidə səs verir. Azərbaycan cəmiyyətində Mehriban xanım qədər ölkəsinə fayda verən ikinci şəxsiyyət tanımıram. Bundan əlavə Mehriban xanım seyid övladıdır, Peyğəmbər nəslindəndir, bu nəsildən olan tarixdə yeganə qadındır ki, bu səviyyə yüksəlib. İnanırıq ki, Peyğəmbər nəslindən ilk Prezident də o, olacaq. Bu İslam tarixində yeni səhifə açacaq. Ən əsası odur ki, bu səhifəni Azərbaycan qızı açacaq.
Category: Azəricə | Views: 59 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Log In

Search

Language

Azəricə [18]
Русский [49]
English [8]

Calendar

«  January 2018  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Entries archive