Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » October » 23 » Kənd adlarının mənşəyi - 2
15:03
Kənd adlarının mənşəyi - 2
                                      

Məzahir Təhməzov

Müstəqil tədqiqatçı

II dərəcəli hüquqşünas

 

 

Barmaqbinə kəndi - bu kənd keçmişdə binə olan ərazidə yerləşdiyinə gö​​​rə belə adlanır. Barmaq dağ tirəsi mənasını verir (barmağa oxşadığına gö​rə).

İmanbinəsi (Əhmədoğlununşamı) kəndinin adı onun bünövrəsini qoyan İman adlı bir şəxslə bağlıdır. Bu kəndə el arasında Əhmədoğlunun şamı da deyirlər.

Bəzirxana kəndi - bu kənddə bəzir yağı istehsal etmək üçün bəzir bitkisi əkib - be​cə​​rirmişlər. Bəzir yağı istehsal etmək üçün istifadə olunan daşlar 1970-ci illərə kimi kəndin şərq hissəsində yerləşən dəyirmanın yanında qalırdı. Bəzirxana sözü buradan götürülmüşdür. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Ev himləri (özülləri) qazılarkən köhnə ev dıvarlanının qalıqları, alt-üst mərtəbəli qəbirlər, yerin altında gizlədilmiş bütöv saxsı küplər və s. aşkar edilirdi.

Yeni kəndin bünövrəsini təxminən 1850-1860-cı illərdə (XIX əsrin ortalarında) Zəylik kəndindən gələn Kərbəlayı Hüseyn, Mol​la Həsən, Kərbəlayı Təhməz, Kəlbəcərdən gələn Şükürlər tayfasının ulu ba​ba​sı İsmayıl qoymuşlar.

Boyaqlı kəndi - bu kəndin ərazisində boyaq otları bitir. Həmin otlardan yerli əhali boyaq kimi istifadə edirdilər. Kənbin adı buradan götürülmüşdür.

Bozlu kəndi - kəndin bünövrəsini Babaşlar kəndindən gələnlər qoymuşlar. Kənd yerləşdiyi ərazi qonur, boz rəngə çalır. Bozlu sözü buradan əmələ gəlmişdir. Kəndin adını Bozlu türk tayfalarının adı ilə bağlayanlar da var.

Böyükdüz kəndi - kənd ərazisi böyük olan bir düzdə yerləşdiyinə görə be​lə adlanır. Bu kəndin bünövrəsini Laçın kəndindən gələnlər qoymuşlar.

Cəmilli kəndinin adı onun bünövrəsini qoyan Cəmil adlı bir şəxslə bağ​lı​dır.

Comərd kəndi - bu kəndin bunövrəsini Dərələyəzdən gələnlər qoymuşlar və öz keçmiş kəndlərinin adı ilə adlandırmışlar.

Qocaman (yaşlı) ağsaqqalların söylədiklərinə görə XV-XVI əsrlərdə Dərələyəzdən Cani (Canlı) varlı bir çodar Qara Kilisə (indiki Sisiyan) rayonuna mal almağa gedib. Çox sayda iribuynuzlu mal alıb evinə qayıdarkən, bir oğlandan xahiş edir ki, bala mənə kömək et malları dağın o biri tərəfinə aparaq, sənə hörmət edərəm. Oğlan çodara kömək edib malları dağın o biri tərəfinə aparanda payız fəsili olduğundan şiddətli qar yağmağa balşlayır. Çodar ehtiyyat edir ki, oğlan geriyə tək qayıtsa borana düşə bilər. Ona görə də oğlana deyir ki, gedək bizə, havalar yaşxılaşanda səni evinizə apararam. Həmin il qış sərt keçir və dağ​lardan keç​mək müm​kün olmur. Oğlan yaza kimi çodarın evində qalır. Çodar varli olub və övladı yox imiş. O, oğlana deyr ki, bala mənim övladım yoxdur və var-dövlətimə sahib qalan heç kimim yoxdur. Qal mənə oğulluq et, var-dövlətim sənə qalsın. Oğlan razılaşır. Yazda dağlardan qar əriyib adamların keçməsinə imkan yaranandan sonra kişi oğlanla birlikdə Qara Kilisəyə gedir. Oğlan gilin kəndinə yaxınlaşanda kişi ondan evlərinin yerini soruşur. Oğlan evlərini ona göstərir. Kişi oğlanı onların qonşuluğunda olan evə aparır. Ev sahibi onlara oğlanın itgin düşməsini və ona yas da verilməsini danışır. Kişi oğlanı həmin evdə qoyub oğlan gilə gedir. Hal - əhvaldan sonra əhvalatı onlara danışır. Tam dəqiqləşdirəndən sonra ata-anasının razılığı ilə oğlanı oğulluğa götürür və geriyə, Dərələyəzə qayıdır. Kişi öləndən sonra onun var-dövləti oğlana qalır. Həmin oğlanın oğlanlarından biri Kəlbəcərin Comərd kəndinə köçüb kəndin bünövrəsini qoyub. Yəqin ki, o, öz atasının əvvəlki kəndinin adını bu kəndə qoyub.

Çaykənd - bu kənd Tərtər çayının sahilində yerləşdiyinə görə belə adlanır.

Çapar kəndi - bu kənd rabitə üçün əlverişli olan yolların üstündə yerləşdi​yinə görə belə adlanır. Çapar qasıd, rabitəçi (poçtolyon) deməkdir. Türk ordusunda xüsusi xidmətçilərə-qasidlərə çapar deyilirdi.(58)

Çayqovuşan kəndi - bu kənd bir neçə çayın qovuşduğu ərazidə yerləşdiyinə görə belə adlanır.

Çəpli kəndinin adı çəpli türk tayfasının adı ilə bağlıdır.

Çıraq kəndi - kəndin bünövrəsini çıraqlı türk tayfası qoymuşdur. Kənddə ilk məskunlaşan Qazax rayonundan «Qazax Əhməd» ləqəbli bir şəxs olmuşdur. Kəndin adı həmin tayfanın adı ilə bağlıdır.

Çıldıran kəndinin bünövrəsini Türkiyənin Çıldıran vilayətindən gələnlər qoyublar. Kəndin adını öz əvvəlki yerlərinin adı ilə adlandırıblar.

Çərəkdar kəndi - Çərəkdar dar keçid dəməkdir. Kəlbəcərə gedib-gələn yollar bu dar keçiddən keçdiyinə görə kənd Çərəkdar adlanır.

Çorman kəndi - Orman türkcə meşə deməkdir. Kənd meşənin içərisində yerləşdiyinə görə Çorman adlanır. Orman sözü assimliyasiya olunub Çorman şək​​​​​​lini almışdır. Kəndin yerləşdiyi ərazi qədim yaşayış məskəni olub. Kəndin bünövrəsini XVI-XVII əsrlərdə Qoçnalı adlı bir şəxs qoymuşdur.

Çovdar kəndi - Çovdar və Kərəm adlı iki varlı çodar məskunlaşmaq üçün Çovdar və Şahkərəm kəndlərinin ərazisinə gəliblər. Çovdar kişi Çovdar kəndinin bünövrəsini qoyub və kənd onun adı ilə bağlıdır.

Çopurlu kəndinin adı onun bünövrəsini qoyan Çopur Hüseyn adlı şəx​​slə bağlıdır.

Çobankərəkməz kəndi - kərəkməz türk dilində lazım deyil mənasını verir. Yəni bu kəndə çoban lazım deyil.

Damğalı kəndinin adı Damğalı tayfasının adı ilə bağlıdır. Damğa sözünün mə​nası nişanə demkdir. Orta əsr mənbələrinə görə oğuzlarda damğa dövlət gerbi sayılmışdır. Tamqalıq tayfaları Ön Asiyaya monqollarla gəlmişlər.

Daşbulaq (keçmiş Oktyabrkənd) kəndi - kəndin əvvəlki adı Kilsəli olub. Həmin ərazidə qədim alban kilisələri var. Sonralar kəndin adı dəyişdirilib Daşbulaq qoyulmuşdur. 1956-cı ildə kəndin adı yenidən dəyişdirilərək Oktyabr inqilabı şərəfinə Oktyabrkənd adlandırılıb. 1992-ci ildə kəndin əvvəlki adı-Daşbulaq bərpa edilib.

Kəndin yerləşdiyi ərazidə daşdan düzəldilmiş iki vannası olan bir bulaq var. O vannaların hər biri 2 metr uzunluğunda, 1 metr enində və 60 santımetr hün​​dürlüyün​dədir. Hər bir vanna bütöv daşdan əl ilə yonulmuşdur. Hər bir vannanın üzərində qə​dim alban hərfləri ilə yazılmış mətn vardır. Yazılar hər bir van​nanın bütöv üstünü əha​​tə edirdi. Bulaqdan axan su əvvəl vannanın birinə axır​​dı, o vanna dolandan sonra su əl ilə açılmış xarım vasitəsilə o biri vannaya tökülü​r​dü. Kənd camaatı bu vannalardan ancaq içməli su qabı kimi istifadə edirdilər. Bu vannalardan bəzən yemək ya​ğı, qatıq və pendir saxlanan tuluq və dəriləri yumşaltmaq üçün də istifadə edirdilər. Həmin tuluqları bu vannalarda bir neçə gün suyun içərisində saxlayırdılar, tuluq yumşalandan sonra öz əvvəlki işlək halına düşürdü. Kəndin adının Daşbulaq olması bu iki qoşa daş vannası olan bulağın adı ilə bağlıdır.

Dərəqışlaq kəndi qışda mal-qoyun saxlanılan dərədə yerləşdiyinə görə belə adlanır. Qışlaq sözünün mənası qışda yaşayış yeri deməkdir.

Dəmirçidam kəndinin ərazisində qədim tikili yerləri var imiş. Tikinti kalafalarının birinin yerini qazarkən dəmirçi körüyünün dəmir kütlələri (qalıqları) tapılmışdır. Ona görə də kənd Dəmir​çi​dam adlandırılıb.

Dovşanlı kəndi dovşanlı tayfasının adı ilə bağlıdır. Mənbələrə görə Dovşanlu Azərbaycanda məskunlaşmış Ayrım tayfalarından biridir.

 

(Ardı var)

Category: Azəricə | Views: 58 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları