Dil

Azəricə [56]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » October » 10 » Kəlbəcərin bəzi toponimlərinin mənşəyi haqqında
17:31
Kəlbəcərin bəzi toponimlərinin mənşəyi haqqında
                                      

Məzahir Təhməzov

Müstəqil tədqiqatçı

II dərəcəli hüquqşünas

 

 

Toponimlər hər bir xalqın həyat tərzini, təfəkkürünü, təşəkkülünü, mədəniy-yətini göstərən ən dəyərli qaynaqlardır və hər hansı bir ərazinin hansı xalqa mənsub olmasının ən tutarlı sübutlarından biridir. Təəssüf ki, bu gün işğal altında olan torpaqlarımızın yeraltı və yerüsütü sərvətləri düşmən tərəfindən talandığı kimi, toponimləri də dəyişdirilərək erməniləşdirilir. Buna görə də işğal olunmuş ərazilərin hər bir mikrotoponiminin toplanılması, xəritələşdirilməsi və gələcək nəsillərə ötürülməsi ermənilərəin saxta tarix ilə yaddaş yaratmaq cəhdlərinə böyük zərbə olardı. Eyni zamanda öz doğma yurdlarından didərgin düşənlərə təsəlli baxımından böyük mənəvi dəstəkdir.

Qarabağ, onun bir parçası olan Kəlbəcər rayonunun ərazisi türk xalqlarının qədim yaşayış məskənlərindən biri olmuşdur. Ərazi zaman-zaman xalqın tarixi-coğrafi, milli-mənəvi, sosial-iqtisadi təkamülünün inkişafını özündə əksetdirən toponimlərlə olduqca zəngindir. Kəlbəcər toponimiyasında coğrafi adların böyük bir qrupunu hidronimlər təşkil edir ki, bu da ərazidə Azərbaycanın orta və yüksək dağlıq rayonları üçün xarakterik olan hidroobyektəlrin (bulaq, çay, göl) geniş yayılması ilə əlaqədardır.

Bir məsələ ilə bağlı öz iradlarımı bildirmək istərdim. Son dövrlərdə elmi ədəbiyyatda Kəlbəcər ərazisinə bələd olmayan, bu rayonun toponimlərinin mənşəyi ilə bağlı xalq arasında araşdırma aparmayan bəzi «dırnaqarası» alimlər fərziyəyə əsaslanan yanlış fikirləri ilə ərazinin toponimlərini təhrif edirlər. Bəzən adamda belə bir fikir formalaşır ki, onlar yer adlarımız saxtalaşdırmaqla dövlətimizə, elmimizə zərbə vurmaq, bu günümüzə gəlib çatmış tarixi faktları məhv etmək, düşmən dəyirmanına su tökmək məqsədi güdür. Toponimlərin mənşəyinin saflığını qorumaq və onları gələcək nəsillərə çatdırmaq təkcə elm adamlarının deyil, hər bir Azərbaycan vətəndaşının borcudur.

Qeyd edək ki, ilk dəfə Kəlbəcər toponimlərinin tədqiqatını bu məqalənin müəllifi Məzahir Təhməzov aparmışdır. Onun 2008 və 2011-ci illərdə çapdan çıxan «Kəlbəcər, ensiklopedik məlumatlar, toponimlər-fotoşəkillər-xəritələr», 2013-cü ildə çap olunan «Kəlbəcər, ensiklopedik məlumatlar» adlı kitablarında Kəlbəcər toponimləri və onların mənşəyi haqqında geniş məlumat verilmişdir.

Kəlbəcər Ensiklopediyası

Ardı var

Category: Azəricə | Views: 105 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları