Dil

Azəricə [41]
Русский [94]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » July » 16 » HELSİNKİ GÖRÜŞÜ DÜNYANIN YENİDƏN BÖLÜŞDÜRÜLMƏSİDİR
13:39
HELSİNKİ GÖRÜŞÜ DÜNYANIN YENİDƏN BÖLÜŞDÜRÜLMƏSİDİR

Müsahibimiz AMAC hərəkatının ideologiya üzrə icraçı katibi T.Cəfərlidir.

 -Bu gün Helsinkidə, neytral zonada,  iki Prezidentin ABŞ və Rusiya Prezidentinin görüşü olacaq. Onun geosiyasi mahiyyəti nədə görürsüz?

-Əgər düşünürsünüz ki, bu görüş dostluq və əməkdaşlıq görüşüdür, yanılırsınız. Bu görüş dünyada baş verən çox ciddi geosiyasi qarşıdurmanın məntiqi nəticəsidir.

 

-Hansı geosiyasi proseslərdən söhbət gedir?

-Əvvəla  Suriyadan başlayaraq ABŞ-n “İdarə olunan xaos” siyasətinə son qoyulmasından. Xəzərdən atılan Rusiyanın qanadlı  “Kolibri” raketi ABŞ-n Yaxın Şərqdə bütün planlarını pozdu.

Dünyanı Rusiyanın yeni silahları və təyyarələri şok vəziyyətinə saldı. Qısa müddət ərzində V.Putin İŞİD-i darmadağın etdi, Əsədə zəbt edilmiş torpaqları qaytardı, özü də çox az miqdarda Rusiya qoşunlarının vasitəsi ilə.

 

-Bu hansı planlar idi?

- Yuxarıda biz “İdarə olunan xaosun adını çəkdik. Bu siyasəti “Ərəb baharı” ilə izah edə bilərik, ancaq sualınız Yaxın Şərqdəki planlarından gedirsə deməliyik ki, ABŞ MKİ-nin  polkovniki Pitersin planlarına görə Suriyanın şimalı, Türkiyənin cənubu və İraqın Qərbinin çox hissəsində Kürdüstan yaradılmalı idi. Bundan əlavə İslam dövləti oyunu da Səudiyyə Ərəbistanının da bir hissəsi İslam dövlətinə verilməli idi.

 

-Bütün bu oyunların təkcə geosiyasi deyil, iqtisadi məqsədi də əsas götürülməlidir. Baş verən toqquşmalar fövqəl dövlətlərin geosiyasi marağının qarşısını ala bilər.

-Düzgün fikirdir. Gəlin bu fikri inkişaf etdirək. Yadınızda varsa 2011-ci ildə Ərdoğan və Əsəd  Dəməşqdə bir birinə qardaş deyib ayrıldılar. Məqsəd kürd yaraqlılarına qarşı birgə mübarizə aparmaq idi və bu düzgün yol idi.

                         .

-Bəs nə baş verdi ki, onlar üç aydan sonra düşmənə çevrildilər?

-Hər iki Prezident sıxılmış Qatar qazının Avropaya satılması üçün şərait yaradırdılar, bu isə Rusiyanın zərərinə idi. Qazpromun Şimal qaz dəhlizinin qarşısını alırdı.

 

-Siz demək istəyirsiniz ki, Suriyada müxalifətin Əsədə qarşı mübarizəsini ruslar təşkil etdi?

-Bəli! Məqsədi də Qatar qazının Avropaya getməsinin qarşısını almaq və Şimal qaz dəhlizinin çəkilməsinə mane olan amilləri aradan qaldırmaq olub. Ruslar bunu elə anda etdilər ki, ABŞ İŞİD-i yaratmaqla İrana qarşı iki qüvvəni ortaya atırdı: kürdləri və vahabiləri. Beləliklə, Polkovnik Pitersin planları həyata keçirməyə başladı. Ruslar Suriyada baş verən qarşıdurmanı elə məharətlə etdilər ki, indiyə qədər çoxları anlamaya bilmirlər ki, niyə belə oldu? Əlbəttə ki, ABŞ-n və Qərbin analitiklərindən başqa. Onları qeyd etdilər ki, ruslar onları Suriyada qabaqladı. Bununla belə onu da qeyd etdilər ki, Rusiya SSRİ Əfqanıstanda olduğu kimi, Suriyada “geosiyasi bataqlığa” düşüb və oradan çıxa bilməyəcək. Hətta buna sevindilər də.

 

-Suiyanı İŞİD-dən təmizləyən də Rusiya oldu...

-Əlbəttə ki, Əsədin hökumətinin varıdatının  arxasına keçəndən sonra. Siz elə bilirsiniz rusların başına at təpmişdi ki, milyonlarını Əsədin qorunmasına sərf etsin? Suriyada baş vermiş hadisəni 1991-ci ildə Səddamın Küveyti öz ərazisinə birləşdirməsi ilə bağlamaq olar. Onda Küveyt  şeyxləri varıdatlarının 85% ABŞ verdilər ki, Küveyti dala qaytarsınlar. ABŞ bunu etdi. Sizə elə gəlmir mi ki, Səddam Hüseyn onda ABŞ-n  Küveyt şeyxlərinin pullarının arxasına keçmək planına əsasən iş gördü , Odur ki, Küveyt azad olduqdan sonra ABŞ İraqa girmədi...

 

-Gəlin mövzudan uzaqlaşmayaq. Nə baş verir?

-Son zamanlar Rusiya daha müasir silahlara sahib olduğunu və ABŞ-a qarşı istədiyi an hücuma keçə biləcəyini və yaxud ona sinə gələcəyini göstərdi. Nəzərə alsaq ki, Suriya poliqonunda ABŞ silahları Rusiya silahlarına uduzdu Helsinki görüşünün mahiyyəti aydınlaşar:Dünyanı əsaslı şəkildə iki düşərgəyə böləcəklər.

-Belə alınır ki, 70-ci illərə qayıdırıq.

-Nəzərə alsaq ki, dünyada gedən bütün proseslər “spiralvari hərəkət” edir, bu həqiqətən belədir. Dəyişən forma olacaq, məzmun isə olduğu kimi qalacaq.

       Bunu ABŞ-da sonuncu Prezident seçkiləri də göstərdi.  Prezident D. Trampın seçilməsində MKİ-nin böyük rolu olduğunu görməmək gülüncdür. Məhz D.Trampı hakimiyyətə gətirməklə, ABŞ siyasi isteblişmenti ənənəvi aqressiv proteksionizmə qayıtdı və öz müttəfiqlərinə qarşı ciddi hücuma keçdi.

 

-NATO-nun sonuncu görüşü buna misaldır.

-Elədir D.Tramp Rusiyadan qorunmaq üçün NATO ölkələri qarşısında hərbi xərclərin iki dəfə artırılmasını qoydu. Bu Rusiya-Qərb münasibətlərinin nə qədər gərgin olmasının yaxşı göstəricisidir.

D.Tramp qaz məsələsinə ciddi yanaşdı. A.Merklin Rusiya qazının çəkilməsində rolunu pislədi. -Şimal qaz dəhlizinə investisiya qoyan şirkətlərə sanksiya qoyacağını dedi. Ən əsası A.Merkilə Cənub dəhlizinin vacibliyini göstərdi ,yəni Azərbaycanı nəzərdə tutdu.

 

-Sizə elə gəlmirmi ki, bu Azərbaycanın  NATO samitində iştirakının nəticəsidir?

-Düzgün fikirdir. Əgər Şimal qaz dəhlizi çəkilməsə, Azərbaycan qazının geosiyasi əhəmiyyəti bir-beş artır. Bununla belə bu çox riskli siyasət ola bilər. Nəzərə almalıyıq. Suriyadan Qatar  qazın Avropaya çıxarılması sazişi, Rusiya qazının qarşısını aldığından Yaxın Şərqdə nə baş verdiyini görməliyik. Rusiyaya  alternativ olmaq, onun başına qapaz vurmaq kimi bir şeydir. Helsinki görüşü Rusiya ilə sərhəddə olan bütün ölkələri seçim qarşısında qoyacaq, hansı düşərgəni seçsin. Bu seçimi Azərbaycan da etməlidir.

 

-Yəni qətiyyətli şəkildə deməliyik ki, hansı düşərgədəyik?

-Azərbaycan üçün  balansı saxlamaq daha düzgün siyasətdir və bunun nəticəsində Azərbaycan ciddi şəkildə inkişaf etmişdir. Bu siyasət yenə də davam etdirilməlidir. Ancaq indiki geosiyasi vəziyyətdə iki düşərgədən birini seçməlidir. Əlbəttə ki, bu səlahiyyəti xalq Prezident İ.Əliyevə həvalə edib.

 

-Prezident İ.Əliyev balanslaşdırılmış siyasəti saxlaya bilsə nə baş verə bilər?

Əlbəttəki, təzyiqlər. İstər Qərbin, istərsə Şərqin.

 

-Axı hiss olunmur?

Bəs Mingəçevir? Strateji obyektin partlaması ən böyük təxribat idi. Bunun arxasında fövqəl dövlətlərin durduğuna tam əminik.Gəncə hadisələri xalqın fikrini dağıtdı. Əsas məsələ ondadır ki, bizə xəbərdarlıq verdilər.

 

-Hansı ölkə?

-Bu suala cavabı DTX-i verməlidir. Bu onun kompitensiyasıdır.

 

-AMAC-ın indiki duruma münasibəti?

-Biz həmişə obyektiv mövqesən çıxış etmişik. Xalq dünyada nə baş verdiyini bilməlidir. Bununla belə, ölkəmizdə stabilliyin qorunmasında yaxşından iştirak etməlidir. Suriya və Yaxın Şərq bizə dərs olmalıdır. Azərbaycana qarşı düşmən qüvvələrin təxribatın qarşısını xalqla Prezidentin vəhdəti ala bilər.

 

-Azərbaycan xalqı Referendumda İ.Əliyevin 7 illik müddətdə seçilməsinə səs verdi və seçdi də?

 -Bu xalqın ona olan inamının göstəricisidir. Referendum isə xalqın istəyinin həyata keçirilməsi üçün ona verilən əlavə səlahiyyətlərdir. Dünya bu saat bu səlahiyyətlərdən istefadə edib, yeni dövlət strukturlarının necə yaradacağını gözləyir. Referendum xalqın dövlət idarəçiliyində yeniləşmə və yeni idarəçilik strukturların yaradılmasına səs verib, deməli Prezidentimiz bunu etməlidir.

 

-Qayıdaq Helsinkiyə. Nəticələri nə olacaq?

-Dünyada yenidən silahlanma başlayacaq. Dünyanı atom tarazlığını saxlamaqla idarə edəcəklər. D.Trampın V.Putinlə görüşünü mahiyyəti SSRİ rəhbəri L.Brejnevin Niksonla 70-ci illərin Reyjyavik görüşünü xatırladır.   

Category: Azəricə | Views: 193 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları