Dil

Azəricə [41]
Русский [94]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » July » 19 » HELSİNKİ GÖRÜŞÜ AZƏRBAYCANI GEOSİYASİ BURULĞANINA SALMIŞDIR
13:56
HELSİNKİ GÖRÜŞÜ AZƏRBAYCANI GEOSİYASİ BURULĞANINA SALMIŞDIR

Müsahibimiz AMAC hərəkatının ideologiya üzrə icraçı katibi T. Cəfərlidir.

-Siz bundan əvvəlki müsahibənizdə Prezidentlərin Helsinki görüşündən sonra bizim ölkəyə də təzyiqlərin olacağını və bu görüşün mahiyyətini iki  fövqəl dövlət başçısının dünyanı  iki düşərgəyə böləcəklərini qeyd etdiniz. Bu nə qədər inanılası idi?

-Bu görüşün mahiyyətini tamlığı ilə anlamaq üçün, hər şeydən əvvəl bu görüşdən əvvəl nə baş verdiyini nəzərə almalıyıq.

-Nə baş verdi?

-NATO samiti. Deyərdik, çox iddialı samiti. Bu samit başqalarından çox fərqləndi. Burada ABŞ prezidenti D.Tramp açıq şəkildə NATO ölkələri qarşısında silahlanmanın həcminin iki dəfə artırılmaq tələbi qoydu. Rusiyanı düşmən ölkə adlandırdı və NATO ölkələrini Rusiya ilə iqtisadi əlaqələrinin kəsilməsini təkid etdi. Bu Rusiyaya qarşı yeni təzyiqlər və sanksiyalar deməkdir.

 

-Bəs niyə onda ABŞ müxalifət mətbuatı D.Trampı az qala Rusiyanın əlində oyuncaq olduğunu qələmə verir.

-Bu siyasi oyunlardır. Əslində NATO-nun silahlandırmağa ayırdıqları pulları iki dəfə artırılması ABŞ iqtisadiyyatının xeyrindir və açıq şəkildə bu ölkənin aqressiv proteksionizmə keçməsini göstərir. Yenidən silahlanma ABŞ-n Hərbi sənaye komplekslərinin yenidən işə düşməsi və genişləndirilməsidir. ABŞ-a yaxşı bələd olanlar bilirlər ki, SSRİ dağılandan sonra, yəni Avropaya və ABŞ-a qarşı təhlükə olmadığından, yüksək texnologiyalı iri həcmli silahlara tələbin olmaması  ABŞ-n ağır sənayesinə böyük zərbə vurmuşdu. Böyük komplekslər dayanmış, böyük şəhərlər boşalmağa başlamışdı. Götürək Detroyiti, Avtomobil sənayesinin mərkəzini, Deyilənə görə D.Tramp seçilənə qədər şəhərin üçdə biri qalmışdır. İndi şəhər yenidən qaynayır. İş yerləri durmadan artır. D.Trampı siyasəti düzxətlidir və qətiyyətlidir. D.Tramp ABŞ iqtisadiyyatının bütün sahələrinin bərpasına və inkişafına daha ciddi fikir verir və dağılmış sənaye kompleks və şəhərlərini bərpa edir.

 

-Burdan belə məntiqi nəticə çıxır ki, ABŞ istehsal etdiyi silahları və s. dünya bazarına çıxartmalıdır və NATO-nun xərclərinin iki dəfə artırılması da bununla bağlıdır.

-Sözsüz ki, bu belədir. ABŞ NATO samitində üzv ölkələrini Rusiya və Çinlə qorxuzdu, daha düzünü desək, bu ölkələrin NATO ölkələrinə qarşı düşmən olduğunu göstərdi. Suriya, Ukrayna hadisələrini Rusiyanın aqressiv siyasətinin nəticəsi kimi qələmə verdi. Rusiyadan qaz alan və onu büdcəsinə küllü miqdarda pul keçirən A.Merkli tənqid etdi. Qarşısına ciddi tələblər qoydu.

 

-Belə alınır ki, NATO samitində ABŞ Prezidenti bu təşkilatın qarşısına qoyduğu tələbləri qəbul etdirdikdən sonra Rusiya prezidenti V.Putinlə görüşdü?

-Gəlin görək bu nə tələblərdir və bu tələblərə əməl olunarsa, (tələblərin hamısına əməl olunacaq) nə baş verəcək? Hər şeydən əvvəl ABŞ Rusiya qarşısında iki dəfə güclənəcəyini göstərdi. Bu mövqedən onunla danışıqlara getdi. Bu çox praqmatik və ağıllı gediş idi.

 

-Dünyanı iki düşərgəyə bölürdü özünə uyğun olan mövqedən?

-Bəli! Bu mövqe Avropanı Rusiyaya qarşı qoyurdu, Rusiyaya qarşı yeni sanksiyaların veriləcəyi də göz qabağındadır.

 

-Bu sanksiyalar Rusiyanı zəifləndirmək məqsədi güdür

-Elədir. Hər sanksiyadan sonra Rusiya çətinliklərlə üzləşir. Bununla belə o da ciddi addımlar atmalıdır ki, ölkəni qorusun. Bayaq qeyd edək ki, NATO iki dəfə güclənəcək. Bu o deməkdir ki, Rusiya öz dövlətçiliyini qorumaq üçün iki dəfə güclənməlidir, yoxsa SSRİ kimi dağılar. NATO samitinin mahiyyəti də elə bu idi. Rusiya qarşısında daha güclü hərbi bloku qoyurdu. Bu Rusiya üçün çox ciddi çağırışdır. Rusiya  ABŞ kimi güclənməli, Hərbi sənaye kompleksini tam bərpa etməlidir. Ən əsası yeni texnologiyanı HSK-nə gətirməlidir.

 

-Rusiya bu sıçrayışı tək edə bilər mi?

-Tək yox, ancaq keçmiş Sovet respublikaları ilə əl ələ verib, Qərblə balansı saxlamaqla. Bu Rusiyanın özünü qorumaq mexanizmindən irəli gələn bir tələbdir. Maraqlısı budur ki ruslar bunu görürdülər və Avrasiya ittifaqının yaradılmasının mahiyyəti də elə bu idi. Əgər əvvəllər bu ittifaq iqtisadi əsaslarla fəaliyyət göstərirdisə, indi onun əsasında hərbi təşkilata çeçəməsi labüddür.

 

-Sizin sözlərinizdən belə alınır ki,NATO-ya qarşı Rusiya öz ittifaqını yaradacaq?

-Başqa yolu yoxdur. Yoxsa D.Trampl NATO qarşısında qoyduğu tələblər həyata keçirilərsə, şübhə yoxdur ki, keçiriləcək, Rusiya da öz ittifaqını gücləndirəcək və silahlandıracaq.

 

-Rusiyaya qarşı ilk sanksiyaların nəticələri keçmiş Sovet ölkələri üçün pis olmadı. Bu ölkələr öz mallarını Rusiya bazarlarına çıxartdılar və Avropadan gələn yeyini və tərəvəzləri əvəz etdilər.

- Elə götürək bizim Azərbaycanı. Azərbaycan Prezidentinin kənd təsərrüfatının inkişafına  yönəltdiyi sərmayələr, hər şeydən əvvəl Rusiyada Azərbaycan kənd təsərrüfatı mallarına tələbatla bağlıdır. Azərbaycan istehsal etdiyi malları asanlıqla Rusiyada sata bilir.

 

-İki Prezidentin görüşündən sonra da bu belə olacaq?

-Çalışmalıyıq ki, belə olsun. Ancaq biz istəsək də, istəməsək də təzyiqlərlə üzləşməliyik.

 

-Belə alınır ki, iki təzyiq: Qərbin və Şərqin təzyiqləri bizi gözləyir.

-Bura İranı da əlavə etmək lazımdır.

 

-Bu təzyiqlər özünü nədə göstərər və nə ilə bağlı ola bilər?

-Əlbəttə ki, Azərbaycanın seçimindən asılı olacaq. Ötən intervüdə qeyd etdik ki, ölkə seçim qarşısındadır və bu seçimi Prezident etməlidir. Seçimindən asılı olaraq əks tərəf Azərbaycana qarşı addımlar ata bilər.

 

-Məsələn?

-Məsələn, əgər biz Qərbi seçsək Rusiyanın təzyiqlərinə sinə gəlməliyik. Bu Rusiyanın Azərbaycan qarşı siyasətini  dəyişməsi, Qarabağın tam itirilməsi, azərbaycanlıların Rusiyada qovulması deməkdir. Bundan əlavə Rusiya və İran sərhədlərinin bağlanmasına gətirə bilər..

 

-Bəs Rusiyanı seçsək nə olar?

-Əlbəttə ki, Qərbin təzyiqi.

 

-Dərinə getsək Azərbaycanın o qədər də Qərblə iqtisadi əlaqəsi yoxdur. Azərbaycan müəssisələrinin istehsal etdiyi malları çoxu Rusiyaya gedir. Qərbin nə təzyiqi ola bilər?

 

-Bəs neft? Bəs qaz? Neftin qurtardığını bir neçə dəfə Prezidentimiz qeyd edib, ancaq qazın bol olması faktı vardır ki, Azərbaycan Prezidentinin Qərblə danışıqları bunun üzərində qurulur. İndi ki, dövrdə ABŞ-n Avropanı Şimal qaz dəhlizindən əl çəkməsi tələbi TAP-ı, yəni Cənub qaz dəhlizi layihəsini aktuallaşdırır. Biz təkcə Rusiya ilə olsaq, bu layihələrdən əl çəkməli, qazımızı Qazprom vasitəsi ilə satmalıyıq. Düzdür heç nə itirmirik, ancaq Qərbi özümüzə qarşı qoyuruq. Gəlin Qərbin Azərbaycana vurduğu zərbəni unutmayaq!

 

-Bu nə zərbə idi?

-Devalvasiya zərbəsi. Sonuncu devalvasiya Azərbaycanı iki dəfə kasıblaşdırdı, bütün qiymələr və xidmətlər iki dəfədən çox ucuzlaşdı Devalvasiyadan sonra baş alıb gedən resessiya hələ də  ölkəni böhrandan çıxmağa qoymur. Bura üstəlik bizə qarşı sanksiyaların yeridiləcəyini də əlavə etsək, ölkə iqtidarını çıxılmaz vəziyyətdə qoya bilər.

 

-Siz siyasətdə təsadüfi hadisə yoxdur deyirsiz. Bütün hadisələr arasında əlaqənin olduğunu qeyd edirsiniz. Gəlin Azərbaycanda baş verən son hadisələrə iki Prezidentin görüş fonunda baxaq.

-Maraqlı sualdır. Azərbaycana təzyiq elə bu görüş ərəfəsində başladı. Mingəçevir hadisəsi strateji obyektin sıradan çıxarılması, məgər təzyiq deyil? Əgər Azərbaycan məmurları bu işdə günahkar olsaydılar, Prezident çoxdan onlardan uzaqlaşmalı idi. Fikir verin, tənqidə məruz qalsalar da, işlərindən uzaqlaşdırılmadılar. Deməli, başqa səbəblər də vardır və bunu xalq açıqlamırlar.

 

-Gəncə hadisələri necə?

-Gəncə hadisələrində müəmmalı məsələlər çoxdur. İki polisin, yerli polisin öldürülməsi, xalqın meydana çıxıb, haqq sözünü deməyinin qarşısını aldı. Gəncəni terrorist şəhəri elan etmək nə qədər düz fikirdir? Şiələrin Müqəddəs şəhərdə qan axıtması heç bir məntiqə sığmır. Bir şey aydındır ki, məmurlar böyük bir şəhəri silahla yatızdırdıqlarını Prezidentə göstərirlər. yəni biz olmasaq Sizi yıxarlar. Düzgün fikir deyil. Xarici təzyiqlərin artdığı dövrdə xalqı parçalamaq, xalqla Prezident arasında körpünü götürmək heç bir məntiqə uyğun deyil. İndiki dövrdə xalqla  iqtidar arasına birliyi daha da möhkəmləndirməliyik, çünki söhbət Azərbaycanın müstəqilliyindən gedir. Bundan əlavə, Prezidentin seçimini qorumaq üçün xalq onun ətrafında birləşməli və ölkədə stabilliyin təminatçısı olmalıdır. İndi biz xalqımıza xaricdən Azərbaycana ola biləcək təzyiqlərin mahiyyətini anlatmalıyıq. Stabilliyin qorumağın vacibliyini təbliğ etməliyik. Sevindirici haldır ki, baş verən hadisələrin mahiyyətini dəyərbilən xalqımız çox yaxşı anlayır.

 

-Belə alınır ki. biz seçim etməyənə qədər belə fors major hadisələrin olması labüddür?

 -Nəyin ki, labüddür. Bizi faciəli hadisələr də gözləyə bilər. Xalqımız ayıq sayıq olmalıdır. AMAC-çılar bunu görür və baş verə biləcək hadisələrin mahiyyətini xalqa açıqlayırlar. Helsinki görüşü bizi özümüzdən asılı olmayan geosiyasi burulğanına salmışdır. Bu burulğandan şərəflə çıxmalı və dövlətçiliyimizi gücləndirməliyik.

Category: Azəricə | Views: 201 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları