Dil

Azəricə [55]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » May » 18 » Hacı Əbdül - 78
22:41
Hacı Əbdül - 78

    Azərbaycanlıların əvvəllər gözəl bir adəti vardı. Bir insana qiymət verərkən onun əməlinə, xalqa verdiyi faydası əsas tuturdular. Azərbaycanda işiylə əməli düz gələn insanlar hörmət sahibi idilər. Bu əsrlərdən belə idi. Bəs indi? Hörmət sahibi olmaq çoxlarına qismət olmur. Taburetkadan düşən kimi hər şeyi itirir. Elə bil xalqın nifrətini qazanır.

    Ancaq Azərbaycan cəmiyyətində elə şəxslər vardır ki, illər ötdükcə bu insanların düz əməlləri üzə çıxır və onun ölkəmizə verdiyi faydanın böyüklüyünü hiss edirik. Bu saat Azərbaycan cəmiyyətini sarsıdan Azərbaycan gənclərinin narkomaniyaya uymasıdır və buna qarşı Dövlətin mübarizə üsulları olsa da, onun effektivliyi hiss olunmur. Bunun nəticəsində ailələr dağılır, ölkədə avaraların sayı artır. Əgər əvvəllər narkomaniyaya əsasən cavan oğlanlar aludə olurdularsa, indi qız xaylaqları və qadınlar da uyurlar. Səbəbini axtarsaq görərik ki, Azərbaycan cəmiyyətini dağıtmaq istəyənlər gəncləri yoldan çıxarır. KİV-lər gəncləri tərbiyə etmir və xarici ölkələrin lazımsız ideyalarını respublikaya gətirirlər.

    Mənəviyyat və əxlaq cəhətdən Azərbaycan istər Avropa, istərsə başqa ölkələrin səviyyəsindən qat-qat üstün NAMUS, QEYRƏT, HAYA-ABIR ölkəsidir və ölkəmizin insanları arasında bu normalar tarazlıq yaradır, ancaq, əfsuslar olsun ki, özgə ölkələrin qrantları hesabına Azərbaycan dövlətinin bünövrəsi olan bu normalardan xalqımızı ayırmaq istəyirlər. Nəticə narkomaniya və ya bəd əməllər.

    İndiyə qədər respublikada bir dənə də olsun aktiv QHT yoxdur ki, insaniyyətin ən güclü tərbiyəsi olan namus, qeyrət, haya-abır təbliğ etsin. Niyə? Çünki haya-abır, namus-qeyrəti olan insan pula görə Vətəni Qərbə satmaz və ancaq Vətənini saflığa və təmizliyə aparar.

    “Tövbə cəmiyyəti” heç bir istər daxili , istərsə xarici ölkələrdən bir qəpik belə pul almadan minlərlə narkomanı, alkaşı ailəsinə, atasına, anasına qaytarıb. Baxın görün bir və yaxud digər qəzet bu haqda ətraflı məlumat verir? Çünki onlar Qərbin lüzumsuz dəyərlərinin təbliğatı ilə məşğuldurlar, namus-qeyrət, haya-abırı heçə endirirlər.

    Yolunu azanları “Tövbə” cəmiyyətinə göndərmək əvəzinə onları narkodisponser deyilən ölümxanaya yollayırlar. Hacı Əbdül duasını eşidən minlərlə narkoman, əyyaşlar haq yoluna qayıdıblar. Bundan gözəl vətənə xidmət olar? Niyə Azərbaycan KİV-ləri belə şəxsiyyətləri kənarda qoyub, abırsız, həyasız fərdlərin təbliğatı ilə məşğuldurlar? Sizə elə gəlmir ki, belələri ölkəmizin mənəviyyat bünövrəsini dağıdırlar. Axı Azərbaycan xalqının namus, qeyrət, haya, abır xüsusiyyətləri onun mentalitet fərqidir. Hacı Əbdülün “Tövbə” cəmiyyəti ora üz tutanları və tövbə edənləri bu çərçivə qaytarır. Namus, qeyrət, haya, abır çərçivəsinə.

    Qeyrətsiz adam Vətən dərdi çəkməz. Biqeyrət adlanar. Bu biqeyrətliyi xalqa sırıyan, özlərini avropalılara oxşatmağa çalışanlar, anlamırlar ki, ördəkdirlər, qaz yerişi yerimək istəyirlər? “Azərbaycan öz mənəvi dəyərləri ilə inkişaf etməlidir. Böyük-kiçiklik, hara-abır, namus-qeyrətlə. Vətəni sevən insanları bunun tərəfdarlarıdır” Bunlar Hacı Əbdülün siyasi tezisləridir.

    Hacı Əbdülün Tövbə cəmiyyəti bu varlıqları xalqa çatdıran balaca "adacıq"dır. Bu "adacıq" hələ də xalqı bu normalarla yaşamağa dəvət edir. Bundan gözəl nə ola bilər? Hayalı-abırlı oğlanlar və qızlar, böyük-kiçik bilən gənclər və s. Hacı Əbdülü çox vaxt uzaqgörən adlandırırlar. Bunun səbəbi var. AXC xalqı aldadıb, yolundan çıxarıb küçələrə salanda Hacı Əbdül Ali Sovetin deputatı kimi üzünü ayağının altını görməyən, ölkəni fəlakətə aparan müxalifət deputatlarına tutub deyirdi: ”Tezliklə Hacıleylək gələcək, siz qurbağaları bir-bir dənləyəcək.” Doğurdanda onun dedikləri oldu. Xalq öz sevimli övladının adına lətifələr yaradır. Bu xalqın ən böyük hörmət əlamətidir.

    Müstəqil Azərbaycan Respublikasında yayılan ilk siyasi lətifələr Hacı Əbdülün adıyla bağlıdır. Günü-gündən bu lətifələr aktuallaşır və xalqın dilindən düşmür. Qabaqlar Molla Nəsrəddin, Bəhlul Danəndədən danışırdılar, indi Hacı Əbdüldən. Bunun da səbəbi var, çünki xalqın sözünü deyən şəxsiyyət kimi tanıyır onu Azərbaycan milləti. Hacı Əbdül praqmatik siyasətçidir. Hərtərəfli inkişaf etmiş ensiklopedik şəxsiyyətdir. Mühəndis-mexanik, filoloq, ilahiyyatçi, gözəl şair. Şair təbiətli insan isə başqalarından fərqli olaraq həmişə xalqa daha yaxın olur. Bu şəxsiyyət Azərbaycanda stabilliyi istəyir, xalqa fayda verən insanları dəstəkləyir və ona inanan minlərlə insanı arxasınca aparır. Vətən Naminə Xalq Hərəkatı buna bariz nümunədir.

    Azərbaycan xalqının görkəmli qızı Mehriban xanıma qarşı İnternet və KİV-lərdə əsassız və ədalətsiz çıxışları görən Hacı Əbdül “Birinci vitse-prezident Mehriban xanım Əliyeva olmalıdır, çünki o, xalqın ümididir”-deyərək KİV-lərdə ciddi məqalələrlə çıxış etdi. Onun harayına başqa siyasətçilər də qoşuldular. Prezident İ.Əliyev bu çağırışı eşitdi və Mehriban xanımını Birinci Vitse-Prezident təyin etdi. Çünki bu xalqın və millətin istəyi idi. Hacı Əbdülün dili ilə desək ”harınlaşmış məmurların əlindən boğaza yığılmış xalqın ümidi Mehriban xanımdır.” Yaratdığı Vətən Naminə Xalq Hərəkatı ciddi, xalqı istəyən, onun üçün çalışan insanların obyektivliklə tərəfini saxlayır, ölkədə stabilliyi pozmaq istəyən Qərbin tör-töküntülərinə qoşulmamağı vətəndaşlara tövsiyə edir. Bu balaca iş deyil. Düşmən qüvvələrin Azərbaycanda törədə biləcəyi təxribatların qabağı alır. Hacı Əbdül siyasi xadim olduğu kimi, din xadimidir. İslam dininin əsasların tamlığı ilə bilən Axunddur. Din sahəsində ali təhsilə malikdir. Onlarla dini konfranslarda iştirak edib, Azərbaycanda İslam dininin paklığı və təmizliyi uğrunda mübarizlərdən biridir.

    Hacı Əbdül idmançıdır. Onlarla medal sahibidir. 70 yaşında güləş üzrə İranda keçirilən Dünya çempionatının qalibidir. Hacı Əbdül böyük ailə başçısıdır, doqquz qız, üç oğul atasıdır. 19 nəvəsi və 2 nəticəsi var. Allahın istədiyi insan olmalısan ki, bu qədər övlada malik olasan. Allah onu övladlarının üstündən əksik eləməsin Bu gün Hacı Əbdülün 78 yaşı tamam olur. Böyük insanın, xalqın sevimli oğlunun. İnanırıq ki, bundan sonra da Hacı Əbdül xalqın dilindən düşməyən xalq qəhrəmanı kimi qalacaq, çünki xalq ancaq istədiyi insanın adına öz gözəl lətifələrini qoşur. AMAC-hərakatı onu ad günü münasibəti ilə təbrik edir, can sağlığı arzulayır.

 

AMAC hərəkatı

Category: Azəricə | Views: 271 | Added by: Admin | Rating: 5.0/1
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları