Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » April » 22 » HƏR YÜZ İLDƏN BİR...
12:51
HƏR YÜZ İLDƏN BİR...

Bu saat Yerevanda baş verən hadisələr onu göstərir ki, burada 1992-ci il təkrar olur .Onda AXC hakimiyyətə gəlmək üçün Qarabağı ermənilərə verdilər. İndi ermənilər qarabağlıların əlindən hakimiyyəti almaq üçün Qarabağı verməyə və qarabağlıları Ermənistandan qovlamağa hazırdırlar. Oranı vətəndaş müharibəsi gözləyir. Nəzərə alsaq ki, ABŞ və Avropa ora küllü miqdarda pul buraxıb, vəziyyətin hara getdiyini əvvəlcədən proqnozlaşdıra bilərik. Ermənistanda həllə il yarım bundan əvvəl ABŞ səfirliyinə 10 minə yaxın "Dəniz piyalələri " gəlmişdir və onlar Yerevanın küçələrində qara kostyumda və qalstukda gəzirlər. Bundan əlavə bu saat Ermənistanda baş verən hadisələr Ukraynanı xatırladır və hər şeyin R.Şarpın planı əsasında və metodikası altında getdiyini görürük. Bütün bu hadisələrin arxasında Rusiya qoşunlarının Ermənistandan çıxarılması və Gümrü bazasına NATO qoşunlarının yerləşdirilməsidir. Qərb belə halda hər il Ermənistana 11 milyard dollar söz verib. Bütün bu aksiyaları keçirən müxalifətçilər Qərb diasporu tərəfindən idarə olunur. Maraqlı bir fakt: nümayişçilərin tərəfinə keçən polislərə erməni diasporu 10 min dollar söz verir və bunu hamının gözü qarşısında həyata keçirməyə hazırdır. Mitinqçilərin bir məqsədi var Rusiyapərəst S.Sarkisyanın klan hakimiyyətinə son qoysun və NATO qoşunlarını Ermənistana yerləşdirsin. Qarabağ isə onların bu saat veclərinə deyil. 1992-ci ildə AXC kimi. Bunların bir arzusu var nəyin bahasına olursa olsun, klan hakimiyyətini Ermənistandan uzaqlaşdırsınlar və hakimiyyətə gəlsinlər. Bir daha nəzərə alsaq ki, ABŞ-ın bura buraxdığı pulun həcmi həddindən artıq çoxdur və erməni polisi və ordusu mitinqçilərin tərəfin keçməyə hazırlaşır, onda S.Sarkisyanın bir yolu var- mitinqçiləri qırmaq. Aydındır ki, bunu edəcək, etməsə “haylar” “şurtvastları” qıracaqlar. Haylar aprelin 24-də hakimiyyəti götürəcəklərini elan ediblər. Biz həmişə yazmışıq: hər yüz ildən bir bu və ya digər İmperiya erməniləri qırıb. Bütün ümumiləşdirilmiş erməni tarixi belədir. İndi növbə Rusiyanındır.

Category: Azəricə | Views: 205 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları