Dil

Azəricə [35]
Русский [91]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Futbol Matçları

Home » 2018 » April » 24 » Görək Rusiya Və İran Ermənilərin Bu Satqınlığının Əvəzini Necə Çıxacaqlar
22:03
Görək Rusiya Və İran Ermənilərin Bu Satqınlığının Əvəzini Necə Çıxacaqlar

Ermənistanda Ukrayna hadisələri baş verdi. Əvvəlcədən hiss olunurdu ki, Qərb Serjikə torba tikib və bu torbanı tikənlər Qərbin xüsusi orqanlarıdır. Suriyadakı məğlubiyyətini Ermənistanda ruslardan əvəzini çıxan Qərb, faktiki olaraq Qafqazın qapısına yiyələndi. Nəzərə alsaq ki, hadisələr Gürcüstanda olduğu kimi cərəyan edəcək, Qarabağ klanına qarşı haylar ciddi hücuma keçəcəklər ki, Rusiyanın burada dayağı olan şurtvastlardan yaxalarını qurtarsınlar. Burada söhbət Ermənistanın iqtisadiyyatını, maliyyəsini, DİN, MTX, ordunu, Ali məktəbləri və s. ölkədə nə varsa zəbt etmiş Qarabağ klanından alınması prosesindən gedir. Dərinə getsək bu saat Ermənistan Vətəndaş müharibəsi ərəfəsindədir. Qarabağlılar əllərində olan hakimiyyəti nəyin bahasına olursa olsun saxlamaq istəyəcəklər. Odur ki. Ortaya öz liderlərini atıb, hakimiyyəti verməmək üçün qarşıdurma yaradacaqlar. Ancaq Qərbin işə qarışması bunun qarşısını alacaq. Ukraynada olduğu kimi, ikitirəlik başlayacaq. Tək qalan qarabağlıların qaçmağa bir yeri qalır, o da Qarabağ. Bununla belə, Rusiya “Qafqazın qapısını” NATO-ya vermək istəməyəcək. Öz tərəfindən Ermənistanı yenidən öz çərçivəsinə salmaq və regionda möhkəmlənmək üçün Ermənistanı həqiqi blokadaya salacaq və İranı da buna qoşacaq. İran qəzetləri indi ermənilərin Qərbə yıxıldıqlarından, Qərbin əliylə Serjiki yıxdığından yazırlar. Bəs Azərbaycanın burada mövqeyi necə olacaq? –sualını verirlər. Bəziləri belə hesab edirlər ki, Azərbaycan Ermənistanda baş verən hadisələrdən faydalana bilər, Rusiya və İranın razılığını alıb torpaqları azad edə bilər. Hadisələrin məntiqindən irəli gələn fikir budur, ancaq bununla belə qeyd etməliyik ki, regionda müharibənin qızışmasına nə Rusiya, nə də İran razılığını verməz, çünki ermənilərə kömək adıyla NATO qoşunları Ermənistana, oradan isə Azərbaycana girə bilər. Bu yeni bir müharibə ocağının yaranmasına gətirib çıxara bilər. “Qordiyev düyününü” Rusiya özü açmalıdır. Elə etməlidir ki, Yerevanda baş verən inqilabı öz xeyrinə həll etsin, yoxsa hayla gürcülər kimi Rusiya qoşunlarını öz torpaqlarından çıxaracaqlar. Belə halda Qərb Azərbaycandan nə tələb edə bilər. Əlbəttə ki, Qarabağa girməyi və torpaqları azad etməyi. Buna getmək lazımdırmı ? - sualı ortaya çıxır. Yox!- çünki Qərb Azərbaycanı ortaya atmaqla ,ümumiyyətlə, Qafqaza girmək planı hazırlayıb. Bu plana görə Qarabağı Azərbaycan azad edən kimi, “Vay ermənilər qırıldı! - şüvənini qaldırıb, ruslar Osetiyada gürcülərin başına açdıqları oyunu, NATO bizim başımıza aça bilər və Qarabağa girib, Azərbaycan ordusunu oradan çıxararlar. Yeni sual: onda nə edək? Proseslər o qədər sürətlə gedir ki, belə anda səbirli olmaq daha düzgün olardı. Görək Rusiya və İran ermənilərin bu satqınlığının əvəzini necə çıxacaqlar.

Category: Azəricə | Views: 79 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta