Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » May » 6 » Ermənistandakı Hadisələrə Azərbaycanın Reaksiyası Necə Olmalıdır?
22:16
Ermənistandakı Hadisələrə Azərbaycanın Reaksiyası Necə Olmalıdır?

Ermənistanda baş verən hadisələrə qiymət verən analitiklərin çoxu proseslərin Azərbaycanın xeyrinə getdiklərindən danışırlar. Burada müəyyən qədər məntiq olsa da, başqa bir həqiqəti dərk etmək fikrində belə deyillər. Bəzi millət vəkilləri “Rusiya Qarabağı qaytarmaq üçün Azərbaycan Rusiyaya müəyyən güzəştlər getməlidir”-deyirlər. Bunu deyənlər vaxtiykən AXC deyilən Azərbaycan xalqını aldadıb, hakimiyyətə gəlmək üçün Laçını-Şuşanı erməniyə verənlərin şinelindən çıxanlardır və onlarır oturduqları taburetkaları saxlamaq üçün yenə də köhnə əməllərinə əl atırlar. Əməllərinin isə mahiyyəti budur ki, Rusiyanın aktivləşdiyini görüb onlara yardımçı olduqlarını göstərmək istəyirlər. Bu cür primitiv düşüncəli insanların dediklərini eşitdikcə, həqiqətən Vətən yolunda şəhid olmuş T.İsmayılov, M.Əsədov, İ.Qayıbov və s. insanları ruhunu narahat edirlər, çünki Rusiyanın Azərbaycana etdikləri hər təlifin arxasında, müstəqlliyimizin bizə verdiyi imkanlardan imtina olunmasına gətirib çıxarır. Prezidentimizin balansı saxalamaqla Qoşulmayanlar hərəkatına Azərbaycanı aparması həmin müstəqilliyimizin saxlanılması üçün ən düzgün yoldur. Bu fərdlər sadəcə olaraq nəzərə almırlar ki, Qarabağ konfliktinin geosiyasi mahiyyətinin arxasında nə durur. Qarabağ Ermənistanı öz geosiyasi dairəsində saxlamaq üçün bir tələ idi, Primitiv tələ olduğundan bundan Qərb də Rusiyanın özünə qarşı məharətlə istifadə elədi. Yəni ATƏT-in Minsk qrupu, deyilən Azərbaycana lazımsız olan, Ermənistanı açıq müdafiə edən qurumu, Əbülfəz Əliyev adlı fərdin əliylə Yelsin hökuməti ortaya atdı və Qarabağı faktiki olaraq Azərbaycanın daxili, konstitusiyası pozulan əyaləti statusundan çıxarıb, Ermənistan-Azərbaycan konflikti çərçivəsinə saldılar. Bundan sonra Rusiya Qarabağa burnunu nə qədər soxurdusa, Qərb də o qədər soxurdu. İndi bu Vətən xainlərinin cındırlığı nəticəsində Qarabağ birbaşa Ermənistana bağlı problem olduğundan ATƏT –in cındırları Qarabağın qaytarılması ilə bağlı Azərbaycanın atdığı ədalətli addımlarının qarşısını alacaqlar. Qarabağı AXC deyilən yarıtmaz, Vətənə xəyanət edən fərdlər satıblar və bunların əməllərinə siyasi qiymət verilməyənə qədər bu məsələnin həllinin qeyri-mümkün olacağı ortaya çıxır, çünki Ermənistanda gedən proseslərdən asılı olmayaraq. Qərb Qarabağdan Qafqaza girmək üçün istifadə etməyə hazırlaşır Onların çox sadə və ağıla gəlməz geosiyasi ssenarilərinin mahiyyəti budur: Azərbaycan Qarabağa girir, oranı azad edir. Qərb şüvən salmış :Ay aman Azərbaycanlılar bizi qırdılar! -deyən Ermənistanın köməyinə gəlir. Azərbaycanı Qarabağdan çıxarır, gürcülər Osetiyanı itirdikləri kimi biz də Qarabağı itiririk. Ermənistanın Rusiyanın geosiyasi dairəsindən çıxmasının qabağını Azərbaycan Qarabağa irməklə ala bilməz. Bundan əlavə İranı da zərbə altına qoyar. Ermənistanın Qarabağda atəşgahın son zamanlar tez-tez pozulması da elə bununla bağlıdır. Çünki ermənilər Qərblə əlaqəli olduqlarından ölkədə apardıqların anti-rus hərəkatının mahiyyətini və özlərinə gətirəcəkləri faydanı bilirlər və Azərbaycandan ermənilər geosiyasi kanon de şeya kimi istifadə etməməlidirlər. Azərbaycan nəyin bahasına olursa olsun sakit durmalıdır və Ermənistanı yerində oturtmağı elə Rusiyanın özünə tapşırmalıdır. Tarix göstərir ki, bütün imperiyalar hər yüz ildən bir erməniləri qırıblar. İndi növbə Rusiyanındır, Ermənistanı yaradan Rusiyanın. Ermənistanda Qarabağlılarla ermənilər arasında qırğın başlayır. Bundan şad xəbər ola bilərmi, əlbəttə ki, proseslər burada Qərbin deyil, Rusiyanın ssenarisi ilə gedəcəkdir. Qarabağlılar Ermənistandan Qarabağa qaçıb, 1923-cü ildə olduğu kimi, tərkibimizdə qalmaq üçün yalvaracaqlar. Maraqlısı budur ki, İran da proseslərin belə gedəcəyinə əmindir. Bu məsələdə İranla Rusiyanın fikirləri üst-üstə düşür. Ermənistan Rusiyanın geosiyasi dairəsində qalmalıdır. Qarabağ isə silahsız bizim olacaq. Burada Surət Hüseynovun bir vaxt dediyi faraza yadımıza düşür: Biz Qarabağı ermənilərə əl muzdu vermişik, vaxtı gələndə qaytaracaqlar...

Category: Azəricə | Views: 201 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları