Dil

Azəricə [35]
Русский [91]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Futbol Matçları

Home » 2018 » May » 9 » Ermənistanda "İNQİLAB" Davam Edəcək!
19:55
Ermənistanda "İNQİLAB" Davam Edəcək!

    Ermənistanda baş verən hadisələr fonunda Qarabağın hallanması təsadüfi deyildi. Hətta ABŞ Prezidenti D.Trampın Azərbaycan Prezidenti İ.Əliyevə zəng vurub təbrik etməsi və Qarabağ probleminin həlli ilə bağlı kömək edəcəyi təklifini də irəli sürməzi təsadüfi deyil. Ümumiyyətlə, siyasətdə təsadüfü heçnə yoxdur. Baş verən hadisələr bir-biri ilə sıx əlaqəlidir və tarazlaşdırılmış tərəzini xatırladır. Bir gözündə bir qram artıq olarsa, bu tarazlıq pozulur. Ermənistan hadisələrində də tarazlığın pozulduğunun şahidi oluruq. Sadəcə olaraq tərəzinin hansı gözünün itirdiyini və yaxud ağırlaşdığını görməliyik. Ermənistanda baş verən hadisələrin tarazlığı pozduğunun şahidiyik, ancaq bu tarazlığın niyə pozulduğu indiyə qədər tam araşdırılmayıb, ancaq müəyyən fərziyyələr vardır ki, ciddi təhlilə möhtacdır. İ lk gözə dəyən və hamının qəbul etdiyi fikir, Qərbin Qafqaz girməsi üçün Ermənistanda inqilab etməsidir. Nəzərə alsaq ki, Qərb, ilk növbədə ABŞ-ın bu inqilabın baş tutmasında əli var və okeandan gələn pulların hesabına ermənilər küçələrə çıxıblar, yanılmarıq. Hamı bu fikirdədir.

  Paşinyanın hakimiyyətə gətirilməsi, yəni iqtidar partiyasının geri çəkilib, ona səs verməsi maraqlı hadisələrdən biridir. Qarabağlıların geri çəkilməsi onlar üçün faciə ilə qurtaracağı fərziyyəsini də irəli sürənlər vardır, çünki ölkədə hayların hakimiyyəti götürməsi, qarabağlıların tam sıxışdırılmasın gətirib çıxaracaq, desək yanılmarıq. Hamı anlayır ki, 18 ildən artıq bu klan bütün Ermənistanı soyub, digər tərəfdən, ölkəni Rusiyanın forpostuna çevirmişlər. Bu inkar olunmaz faktdır, bununla belə ermənilərin bütün imperiyaların qırdığını nəzərə alsaq, növbənin indi rusların olacağı inkar olunmazdır. Nəzərə alsaq ki, Rusiya siyasətçiləri ABŞ və Avropa siyasətçilərindən daha uzaqgörən və düzgün siyasət quranlardır, onda maraqlı faktlar üzə çıxır. Ermənistanda qarabağlıların qırılması labüddür, çünki klan idarəçiliyi hayları elə həddə çatdırıb ki, onlar qarabağlıları, onların diliylə desək, şurtvastları qırmaq əzmindədirlər, çünki Paşinyanın hakimiyyətə gətirmək motivi bununla bağlıdır. Məgər nə baş verdiyini ruslar görmürdülər və niyə bunun qabağı alınmırdı? - sualı ortaya çıxır Ermənistanla bağlı siyasətdə Rusiya onu öz maraq dairəsində saxlamaq üçün çox asan, həmdə effektli yollardan istifadə edir. Birinci yol: Ermənistanı Qarabağ tələsinə saldılar və Qarabağı tanımadılar və tanımayacaqlar da. İkinci yol: Ermənistanı vadar edib, Hərbi sazişə qol çəkdirmək və Rusiya buna Ermənistanı vadar etmişdir. Bu sazişə görə Ermənistan Rusiya bazalarını 49 il müddətində öz büdcəsi hesabına saxlamalıdır. Bunun əvəzində Rusiya Ermənistana qarşı təcavüz olarsa, onu qorumalıdır. Bu sazişə görə Ermənistanın sərhədləri də ruslar tərəfindən qorunur. Bu saziş Ermənistanı Rusiyanın Forpostu elan edib, odur ki, ağlı başında olan ermənilər indi Ermənistanı Forpostan adlandırırlar.

    Bu sazişdə ən gözə çarpan nədir? Rusiya Ermənistanı ancaq ona qarşı təcavüz olarsa, qoruyacağını öz üzərinə götürür. Əgər Ermənistan başqa ölkəyə qarşı müharibə edərsə və yaxud təcavüz edərsə, Rusiya onu qorumayacaq. Bax, Sazişin bu hissəsindən aydın olur ki, Rusiya siyasətçiləri Qarabağı azad etmək üçün bu sazişdə hər şərait yaratmışlar, odur ki, yeri gəldikdə Ermənistanı yerində oturtmaq üçün Qarabağ kartı oynalıla bilər. Onda sual olunur ki, niyə indi ruslar bunu etmirlər?

    Çünki bu hələlik Rusiyaya və İrana lazım deyil. Başqa bir məsələ ortaya çıxır. Qərbin oyunçusu olan Paşinyan anlamır ki, Qarabağı saxlamaq üçün Ermənistanın heç bir imkanı yoxdur və ruslar, əlbəttə ki, etdikləri köməyi dayandıracaqlar. Belə olduqda, nə baş verəcək? Əlbəttə ki, pulsuz qalmış Paşimyan Ermənistan iqtisadiyyatın və Ermənistanı tam ələ keçirmiş Qarabağlı oliqarxlarının və məmurlarının əllərində nə varsa alacaq.

    Lenin sözləri ilə desək, İnqilab öz qurbanlarını tələb eləyir. Ermənistan inqilabının qurbanları qarabağlılar, yəni şurtvastlar olacaqlar. Odur ki, Qarabağda müharibənin başlanacağını deyənlər, yanılırlar, çünki nə İran, nə də Rusiya bizi buna getməyə qoymaz. Yadınıza 2016-cı iln aprelini salın. Xalqda belə nəticəyə gəlməyimiz naümidlik yaratmasın. Qarabağlıların Ermənistanda qırılacağına şəkki-şübhə olmamalıdır. Bu proses çox qısa müddət ərzində başlayacaq. Hər şeyi Paşinyanın yeni seçdiyi məmurlar edəcəklər, bundan əlavə, Qarabağ klanının əlindən boğaza yığılmış xalq edəcəkdir, daha doğrusu, başlayıbdır. İndi bizə gözləmək lazımdır. 1923-cü ildə olduğu kimi, Qarabağ Rusiyaya yalvarıb, Azərbaycanın ağuşuna qayıdacaqdır.

    Qafqazda müharibə ocağı nə Rusiyanın, nə də İranın xeyrinədir. Sərhədlərin toxunulmamazlığı Prinsipi isə BMT əsas müddəalarındandır. Müasir dünyanın qalması üçün isə ,BMT yenə də öz statusuna qayıtmalıdır və Beynəlxalq hüquq normaları əsasında verdiyi qərarların həyata keçirilməsini tələb etməlidir. Torpaqlarımızın azad edilməsi ilə bağlı bütün Qərarlar bizim xeyrimizədir. İndi qalır Ermənistanda inqilabi proseslərin şiddətlənməsini gözləmək.

Category: Azəricə | Views: 52 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta