Dil

Azəricə [35]
Русский [91]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Futbol Matçları

Home » 2018 » January » 11 » Emin Ağalarovun Trampla yaxınlığı Azərbaycan üçün öz bəhrəsini verə bilər
17:56
Emin Ağalarovun Trampla yaxınlığı Azərbaycan üçün öz bəhrəsini verə bilər

“Azərbaycan ABŞ-la Rusiya və İran arasında körpü rolunu oynaya bilər...”

Tanınmış siyasi analitik Tahir Cəfərli ilə Moderator.az-da bu dəfəki söhbətmizdə ABŞ prezidenti D.Trampın imzaladığı Rusiyaya yönəlik son sanksiyaların dünyada və regiondakı proseslərə gözlənilən gerçək təsirləri haqda danışdıq. Və ayrıca bu kontekstdə Rusiya və Ermənistanın Qarabağ məsələsi ilə bağlı atdıqları və atacaqları addımları təhlil etməyə çalışdıq. Eyni zamanda yaranmış geosiyasi situasiyada Azərbaycanın atacağı addımlardan bəhs etdik...

- Tahir müəllim, ötən ilki müsahibələrinizdən birində Trampın prezident seçilərək hakimiyyətə gələcəyi haqda proqnoz verəndə çoxları buna inanmırdılar. Seçiləndən sonra  isə Rusiya və Avropa mediası Trampla Putinin yaxınlaşacağından, Rusiya-ABŞ münasibətlərinin yaxşılaşacağından yazmasına rəğmən siz  bunu inkar edib deyirdiniz ki, ABŞ-ın xarici siyasəti okean laynerini xatırladır və o, eyni bir marşrutla gedir, marşrutu dəyişmək mümkün deyil, Tramp  da bu gəminin marşrutunu dəyişməyəcək. Əksinə sanksiyaları saxlayacaq və yeni daha sərt sanksiyalar qəbul edəcək. Bu gün prezident Tramp yeni sanksiyalara qol çəkdi. Yenə də siz deyən oldu. Sözügedən prosesləri öncədən  hansı əsaslarla proqnozlaşdırmışdınız?

- Siz özünüz bunu izah etdiniz, okean laynerini nümunə gətirməklə. Bundan başqa D.Tramp namizədliyini verəndə ABŞ KİV-ində onun haqqında istənilən qədər materiallar üzə çıxartdılar ki, bu siyasi xadimin bizdə obrazı yaransın. Onun möhkəm xarakterli, sərbəst davranışlı, sözü ilə əməli arasında fərq olmayan təmiz biznesmen və yüksək səviyyəli iqtisadçı, ağlı ilə milyardlar qazanan, Vətəni ABŞ-ı hər şeydən artıq sevən və ölkəsini daha da yüksəklərə qaldıran bir şəxsiyyəti ehtiva edən obrazı formalaşdırıldı. D.Tramp çox qətiyyətli və cəsur insandır. Onun bütün addımları bundan xəbər verir. Əgər o dövrdə bunları nəzərə alsaydıq,onun gələcək hərəkətlərini əvvəlcədən proqnozlaşdıra bilərdik. 

- Trampın Rusiya, İran və Şimali Koreyaya qarşı  sanksiyalara qol çəkməsinin arxasında hansı siyasi xətt durur? 

- Trampı başa düşmək üçün onun siyasi xəttinin mahiyyətini anlamaq lazımdır. Əgər onun seçki proqramına nəzər salsaq, qarşısına əsas bir məqsəd qoyduğunu görərik: ABŞ-ın keçmiş iqtisadi qüdrətini, heç bir ölkədən asılı olmayan iqtisadiyyatını bərpa etmək. Onun gələcək hərəkətlərinin mahiyyəti də elə bundadır. Buna öncələr də xatırlatdığımız kimi, ABŞ proteksionizmi deyirlər. Əgər D.Tramp bu yolu tutmasa, uduzar. Onun biznes sahəsindəki nailiyyətlərini təhlil etsək, görərik ki, D.Tramp uduzmağı xoşlamayan, qətiyyətli addımlar atmaqla, qoyduğu məqsədə nail olan şəxsiyyətdir. Deməli, onun tutacağı siyasi xətt – ABŞ-ı dünyanın ən qüdrətli dövlətinə çevirən proteksionizmdir. O, ölkəsini daha da yüksəklərə qaldırmaq marağından çıxış edir. 

- Bəs onda ABŞ-da anti-Tramp çıxışlarına nə deyərsiniz? 

- Bu təbii idi, çünki ona qarşı aparılan təbliğat o qədər güclü və çirkin idi ki, xalqı aldanıb küçələrə çıxırdı. Ancaq Donlad Trampın 6 ay ərzində iqtisadiyyatla bağlı qərarlarının nəticələrini göstərən statistikaya müraciət etsək, görərik ki, ABŞ-n ÜDM ( ümum daxili məhsulu) 2%-dən artıq yüksəlib. Bu, kiçik göstərici deyil. Minlərlə iş yerlərinin açılması, “ölü və boşalmış şəhərlərin” dirçəlməsi, iqtisadi strukturların bərpa edilməsidir. Tramp ömrü boyu pul qazanıb, iqtisadi sahələr açıb, indi bunu dövlət səviyyəsində edir. Aydındır ki, iqtisadi imkanları daha da genişdir.. 

- Siz həmişə qeyd edirsiniz ki, ruslar amerikanları siyasətdə həmişə qabaqlayırlar. Məsələn. Suriya, Türkiyə və Ukraynada. Bəs nə üçün Rusiyanın TV kanallarında iki ölkənin yaxınlaşacağından danışırdılar?

- Rusların belə bir məsəl var: “vıdavat jelayemoe za deystvitelnost.” Yəni arzu olunanın gerçəklik kimi təqdim etmək. Aydındır ki, həmin kanallarda çıxış edənlər Rusiya hökumətinin nə düşündüyündən xəbərləri belə yoxdur. Rusiya qabaqlayıcı tədbirlərə yenə də əl atır. 

- Məsələn?

- Ermənistan-Rusiya münasibətlərində. Ruslar yenə də Qərbi qabaqladılar. Ermənilər NATO qoşunları ilə təlimlərə qoşulan kimi, Rusiya rəhbəri Ermənistanı vadar etdi ki, vahid qoşun komandanlığı yaratsın və faktiki olaraq Ermənistan qoşunları Rusiyaya tabe olsun 

- Axı bu, bizim zərərimizədir. Yəni sabah Qarabağda savaş başlasa, Rusiya qoşunları bu və ya digər “əsas”la erməniləri açıq şəkildə müdafiə edəcəklər... 

- İlk baxışda bu belədir, ancaq dərinə getsək görərik ki, Ermənistanda gedən proseslər anti-rus xarakteri daşıyırdı, Yerevanda hələ də anti-rus mitinqləri gedirdi. Son nəticədə ermənilər rusları Ermənistandan çıxarıb, həmin bazalara NATO - qoşunlarını yeritmək istəyirlər. 

- Yadımıza Rusiya- Ermənistan Hərbi sazişini salsaq görərik ki, bu sazişə görə Ermənistan tərəfi 49 il müddətində Rusiya bazalarını və hərbi kontingentinin saxlanmasını öz üzərinə götürür. Bundan sonra yeni sazişin bağlanmasını nə ilə izah edərsiniz, axı Azərbaycanla sərhəddə iki ölkənin vahid ordusu yaranır? 

- Çox maraqlı sualdır. Bu suallın arxasında çox ciddi məsələlər durur. Güman etmək olar ki, Rusiya rəhbərliyi ABŞ- Rusiya yaxınlaşmasını inanmırdılar və sanksiyaların mütləq olacağını gözləyirdilər və qabaqlayıcı tədbirlərə əl atırdılar. Ordunu birləşdirmək oyununu Rusiya rəhbərliyi ona görə oynadı ki, Ermənistan hərbi birləşmələrinin komandanlığı onların əlində olsun, çünki ötən ilin aprel ayında ermənilərin Qarabağda qarşıdurma yaratmaları onu göstərirdi ki, Ermənistan Azərbaycan qoşunlarını Qarabağın bir hissəsini n azad etməsinə imkan verməklə, dünyanı Azərbaycanın üstünə qaldırmaq və NATO qoşunlarını Gürcüstandan Ermənistana, oradan Qarabağa gətirtmək məqsədi güdürdü. Onda Vladimir Putin bunun qarşısını aldı. İndi isə yenə də ermənilər cızığından çıxa bilərdilər. Odur ki, bunun qarşısını almaq üçün vahid ordu oyununu oynadılar. Bu sazişlə ermənilər ordunun ixtiyarını tamlığı ilə ruslara verdilər. 

Yadınıza Azərbaycan Prezidentinin Soçi səfərini salmaq istərdik. Prezident İlham Əliyevin Putinlə görüşünün mahiyyəti regionda stabilliyin saxlanılması, ölkəmizin Rusiyaya strateji tərəfdar olduğunu göstərmək idi. Rusiya rəhbərliyi həmişə Qarabağın Azərbaycan torpağı olduğunu deyib və bu fikirdə də qalırlar. Odur ki, bizə “Ermənistana güzəştəget” deyən ATƏT-dən uzaqlaşmalı, BMT-nin Qətnamələrinin həyata keçirilməsini tələb etməliyik 

- Sizin sözünüzdən belə çıxır ki, Trampın sanksiyalara qol atacağından xəbəri olduğundan Rusiya rəhbərliyi erməniləri yerində oturtmaq üçün onlara belə sazişə qol atdırıblar? 

- Bəli, məntiqə qalsa, bu belədir. 

- Ermənistanla İranın sərhəd sərhədlə bağlı əməkdaşlığına necə baxırsınız?

- Ermənistanın sərhədini ermənilər yox, ruslar qoruyur. Deməli, bu danışıqların arxasında da Rusiya rəhbərliyi durur. Və regionda stabilliyi saxlamaq üçün sərhəd xətlərində qarşıdurma olmamalıdır. Yuxarıda qeyd etdik ki, ruslar əllərindən gələni edirlər ki, Qafqazın qapısı sayılan Ermənistan Qərbin əlinə keçməsin. ABŞ-ın sanksiyalarından sonra isə Qafqaza real təhlükəni ancaq Ermənistan gətirə bilər, çünki erməni diasporunun beli Qərbə bağlıdır... 

- Belə çıxır ki, Rusiya Qafqazda nəyin bahasına olur olsun stabilliyi saxlamaq istəyir? 

- Bu bir həqiqətdir. Rusiyanı sanksiyalardan xilas etmək üçün ən düzgün addım budur. Azərbaycan Prezidentinin Soçiya dəvət edilməsinin əsas geosiyasi səbəbi də elə bu idi, çünki Rusiya rəhbərliyi Azərbaycanın Qafqazda stabilliyin saxlanılmasında rolunu bilir. Bu ondan xəbər verir ki, Rusiya tərəfi sanksiyalara sinə gəlmək üçün keçmiş Sovet respublikalarını vahid cəbhədə birləşdirmək istəyir. 

- ABŞ-ın yeni sanksiyalarının mahiyyəti haqda ötən söhbətlərimizdə ətraflı bəhs etdmişdik. Sizin dediyiniz kimi, Tramp ABŞ-n ənənəvi siyasətinə qayıtdı və proteksionizmi əlində əsas tutaraq dünya ölklərinə geniş miqyaslı ticarət müharibəsi elan etdi. ABŞ-n sanksiyalarına görə əsasən Avropa ölkələri İran və Rusiyada qaz və neft kəmərlərinin çəkilməsini dayandırmalı, ABŞ-dan sıxılmış qaz almalıdırlar. Belə bir geosiyasi müstəvidə Azərbaycan hansı addımları atmalıdır?

- Öncə bir neçə məsələni daha da aydınlaşdırmağa çalışaq. Faktiki olaraq sanksiyalara adları düşməyən ölkələr daha çox proteksionist təzyiqlərinə məruz qalacaqlar, çünki bu sanksiyalar elə ABŞ-n müttəfiqlərinə geosiyasi məkanda davranışlarını dəyişmək tələbini irəli sürür. Bu ölkələrin Rusiya və İranla bağladıqları neft-qaz kontraktlarının və ticarət sazişlərinin arxasında milyardlar durur. Avropa ABŞ-n sanksiyalarına sinə gəlməsə, milyardlar itirəcək. İndi aydın oldu ki, sanksiyaların qəbul olunacağı ərəfədə, niyə Avropa siyasətçiləri bu sanksiyaların Rusiyaya qarşı deyil, Avropa Birliyinə qarşı yönəldiləcəyindən danışırdılar. Qeyd edirdilər ki, ABŞ-n sanksiyalarına Rusiya və İran sinə gələcək, ancaq Avropanın iqtisadiyyatı dağılacaqdır. Onların bu sanksiyalara sinə gəlməsindən çox şey asılıdır, çünki Avropa Birliyinin Rusiya və İranla qurduqları neft-qaz, ticarət əlaqələri bu ölkələrin həm iqtisadi inkişafına böyük təkandır, həm də enerji təhlükəsizliyini təmin edirdilər. Dəhşətlisi budur ki, Avropa Birliyi ABŞ iqtisadi, maliyyə və hərbi təzyiqi nəticəsində buna gedə bilər, çünki bu saat Avropa ölkələri arasında ciddi ayrı-seçkilik var. Maraqlı fikri keçmiş Alman kansleri Şroder deyib: “Yeni dünya Köhnə dünyanı dağıtmaq planını həyata keçirir.” Ola bilsin ABŞ-ın yeni güc mərkəzinə çevrilmiş AB ürəyincə deyil. Hər halda bu sanksiyalardan sonra dünya iki güc birliyinə bölündü: Rusiya-ABŞ. 

Azərbaycanla bağlı suala gəldikdə, çox çətin məsələdir. Siz gördünüz ki, ABŞ öz xarici siyasətini tamlığı ilə proteksionist müstəvisində qurur. Bu su kimi aydındır. ABŞ iqtisadi marağını hər şeydən üstün tutur. YəniTrampa qədər olan sonuncu prezidentlərdən fərqli yeni komanda ölkələrin sərvətini boş-boşuna dünyada “ demokratiya” oyununa xərcləmək istəmir, yəni hər sentinin qədrini bilir. ABŞ-ın keçmiş Prezidentləri “Demokratiya yaymaqla” az qala ABŞ-ı SSRİ-nin gününə salmışdılar. SSRİ tarixinə nəzər salsaq, görərik ki, Stalindən sonra hakimiyyətə gələnlər “kommunizmi dünya səhnəsinə çıxartdılar və ölkənin varıdatını Afrika, Latın Amerikası, Asiya və s. ölkələrə dağıtdılar, nəticədə bu siyasət ən qüdrətli dövlətə çevrilmiş SSRİ-ni dağıtdı. ABŞ-i da “demokratya oyunu” dağıdırdı. D.Tramp bunun qarşısını aldı. Bununla da bir çox ölkələrdə stabilliyi pozan “demokratiya oynunlarına son qoydu. Onu qəti bilmək lazımdır ki, D.Tramp mövcud olan həqiqi siyasi qüvvələrlə əməkdaşlığı üstün tutur. Və Azərbaycan da öz iqtisadi maraqlarından çıxış edib regionda saxladığı tarazlığı qorumalıdır. ABŞ-la Rusiya və İranın münasibətləri gərginləşsə də, Azərbaycan bundan faydalanıb həmin ölkələrlə ABŞ arasında körpü rolunu oynaya bilər. Əlbəttə ki, belə olduğu halda Azərbaycan heçnə itirmir, əksinə, bu sanksiyalar Azərbaycanın öz maraqlarından çıxış etməsi üçün şərait yaradır. Ən əsası, Azərbaycan üçün Rusiya və İran bazarlarının qapısını taybatay açır. Bundan əlavə, Azərbaycanın kənd təsərrüfatının inkişafına və ixtisaslaşmasına şərait yaradır.

- Bu yaxınlarda Emin Ağalarovun maraqlı bəyanatını eşitdik. O, deyirdi ki, D.Trampı Bakıya gətirəcək. Bu nə qədər real fikirdir?

- E.Ağalarovun fikrində həqiqət var, çünki o, D.Trampla çox yaxındır və, əlbəttə ki, bu yaxınlıq öz bəhrəsini verə bilər. 

- Axı Emini xalq əsasən bir musiqiçi kimi tanıyır. O, siyasətçi deyil, diplomat deyil.  Onun ABŞ prezidenti ilə şəxsi münasibəti olsa, belə, ölkəmizin prezidenti, 1-ci vitse prezidentinin siyasəti, diplomatik gedişləri olan yerdə bu, Ağ Evin Azərbaycana yönəlik siyasətinə hansı təsiri göstərə bilər ki?

- Bilirsiz, siyasətdə bəzən bir nəfərin gördüyü iş, böyük bir ordunun gördüyü işdən üstün olur...Emin Ağalarov hər şeydən əvvəl, dünyada tanınmış biznesmendir, yüksək ağla malik olan iqtisadçıdır, prezident seçilənə qədər Donald Trampla - ABŞ-ın ən ağıllı və uzaqgörən biznesmeni ilə biznes quran bir şəxsiyyətdir. Emin Ağalarova müğənni kimi baxmaq gülüncdür. O, müsiqini çox sevdiyindən və gözəl səsə malik olduğundan müsiqiyə hobbi kimi baxır. Emin Ağalarov ilk növbədə Trampın hörmət göstərdiyi adamlardan biridir və bu, inkarolunmaz faktdır.

Emin Ağalarov azərbaycanlı, şirvanlı balasıdır. O, boş-boşuna demir ki, Trampı Bakıya gətirə bilər. Bu sözün arxasında yüksək diplomatiya durur. Yəni Emin bəy  Azərbaycanla ABŞ arasında iqtisadi maraq yarada bilən şəxsiyyətdir. Və ən əsası,  Emin Ağalarovun birbaşa ABŞ Prezidentinə çıxışı var. Dünyanın bir çox prezidentləri və diplomatları bunun arzusundadır...

Category: Azəricə | Views: 107 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta