Dil

Azəricə [45]
Русский [99]
English [12]

Hava Proqnozu

Reklam

İstifadəçi sayı

Home » 2018 » October » 12 » ƏDALƏT ABDİNOV - 60
21:33
ƏDALƏT ABDİNOV - 60

Əqidə bütövlüyü

    Azərbaycanda kommunist hərəkatının öncülü, beynəlxalq kommunist və fəhlə hərəkatının fəallarından biri, sosializm uğrunda alovlu mübariz Ədalət Abdinov ömrünün 60-cı baharına qədəm qoyur.

    Ədalət Abdinov mənalı həyatının çox hissəsini sosialist ideyalarının həyata keçirilməsinə sərf etmişdir. Ötən əsrin 90-cı illərində beynəlxalq imperializmin təzyiqi ilə  Azərbaycanda süquta uğramış sosializmin bərpası istiqamətində kommunistlərin qüvvəsinin səfərbər olunmasında onun rolu müstəsna dərəcədə böyükdür.

    Geniş qəlbli  və açıq ürəkli, həssas və xeyirxah, mehriban və çox insanpərvər bir adam olan Ədalət Abdinov hər bir kommunistin sədaqətli yoldaşı və dostudur. Marksizm-leninizmə hədsiz sədaqət, özünə və başqalarına güzəştsiz tələbkarlıq, məsul qərarlar qəbul edilməsində müdrikcəsinə uzaqgörənlik, hadisələrin sərt məqamında prinsipiallıq və cəsarət, adamlara daim hörmət, həssaslıq və diqqət – Ədalət Abdinov bax, bu gözəl keyfiyyətlərinə görə kommunist hərəkatında qiymətləndirilir və sevilir.

Onun kommunist ömrünün hər günü marksizm-leninizm təlimi ilə bağlıdır.    1991-ci il sentyabrın 1-də Azərbaycan Kommunist Partiyası qeyri-qanuni ləğv ediləndən sonara Abşeron rayonunda buna ilk etiraz edən Ədalət Abdinov və onun həmfikirliləri olub, onlar Abşeron Rayon Partiya Komitəsinin fəaliyətinin bərpası, sosial tərəqqi qüvvələrinin həmrəyliyinin möhkəmləndirilməsi  istiqamətində ardıcıl işlər görüblər. Bütün bunlar kommunist Ədalət Abdinovun bioqrafiyasının mühüm mərhələsidir.

Ədalət Abdinov Azərbaycan kommunist hərəkatında sağlam-mənəvi şəraitin yaradılması naminə böyük qüvvə sərf edir. Marksizm-leninizmi müdafiə etmək uğrunda müasir Azərbaycan kommunist təşkilatının prinsipial mübarizəsi, republikada sosializm nəzəriyyəsinin yayılması yollarının işlənib hazırlanması onun adı ilə ilə bağlıdır. Qardaş partiyalar, sosializm uğrunda, kapital zülmünə qarşı mübarizə yoldaşlarımız Azərbaycan kommunist hərəkatında Ədalət Abdinovun fəaliyyətini haqlı olaraq çox yüksək qiymətləndirirlər.

Kommunist Ədalət Abdinov bütün düşüncələri, səyləri sosializm ideyalarına yönəlmişdir. Sosializm ideyalarının təntənəsi üçün mümkün qədər daha çox iş görməyə çalışır. Adamların səadəti naminə, sosializm işi naminə var qüvvəsini, son dərəcə böyük qabiliyyətini sərf edir. İnamla deyə bilərəm ki, o, Azərbaycanda kommunist ideyaları naminə, sülh, azadlıq və sosial tərəqqi uğrunda həqiqətən yorulmaz mübarizdir. O, zəhmətkeşlərin mənafeyinə hədsiz sədaqət bəsləməklə Lenin işinin istedadlı davamçısıdır.

Ədalət Abdinov böyük bir istedada – bütün varlığı ilə sovet cəmiyyəti üçün, xalq üçün yaşamaq istedadına malikdir. Gənc yaşlarından bu günə kimi o həmişə belə olmuşdur.

Kommunist Ədalət Abdinov yaxşı bilir ki, təkcə xoş arzularla iş aşmaz. Düzgün fikirlər söyləmək lazımdır, gərək bunları dəqiq təşkilatçılıq  işi ilə möhkəmləndirəsən, elə edəsən ki, həmin fikirləri geniş zəhmətkeş kütlələri üçün     aydın və anlaşıqlı olsun.

Ədalət Abdinov son dərəcə mərd insandır. O, ictimai-siyasi fəaliyyəti ilə bunu sübut etmişdir. Hər bir kommunist yoldaşın sınaqlarda cəsurluğunu, prinsipiallığını, mətinliyini çox yüksək qiymətləndirir. 20 sentyabr 2017-ci ildə 26 Bakı Kommissarların məzarının ziyarətini təşkil etdiyi üçün burjua mətbuat orqanları onun əlejhinə kampaniyyaya başlamışdı. Təəssüf doğuran o olmuşdur ki, Azərbaycan Kommunist Partiyasının parçalanmış qrupların iki nəfər qondarma “rəhbəri” burjua mətbu orqanlarına dəstək vermişlər. Özünü MK-nın birinci katibi adlandıran onlardan biri, hətta satqınçılıq etməkdən belə çəkinməmiş, həyasızcasına bəyanat verərək, guya 26 Bakı Kommissarların  ziyarət edilməsini Kommunist Partiyası pisləyir. Belə iyrənc “kommunistlərin” iç üzünü Ədalət Abdinov ifşa etmiş, onların sürüşkən kimliyini, saxta mənliyini cəmiyyətə tanıtdırmışdır.

Ədalət Abdinovla yanaşı olmaq,  onu dinləmək, onun dərin zəkasını, fərasətinui, həyatsevərliyini aydın duymaq hamımız üçün, onunla əl-ələ verib işləmək səadəti  nəsib olan adamların hamısı üçün məktəbdir. Onun ən böyük arzusu Azərbaycan Kommunist Partiyasının yekdilliyi və sıx birləşəcəyi gündür. Bu yolda kommunistlərin müdrikliyinə hədsiz dərəcədə  inanır, onlara tələbkarlıq və hörmət, sarsılmaz intizam və ən faydalı təşəbbüsləri müdafiə edir. Dönə-dönə qeyd edir ki, gələcək müvəffəqiyyətlərimizi təmin etmək üçün bütün partiya orqanlarında   mehriban, əlbir iş olmalıdır.

Fədakar, Lenin partiyası işinə sadiq bir kommunist kimi Ədalət Abdinov ideologiya sahəsində çoxcəhətli bir fəaliyyət yolu keçmişdir. Veteran kommunistlər onun marksizm-leninizm inamını, partiyalılığını, geniş dünyagörüşünü, böyük işgüzarlığını və görkəmli insani keyfiyyətlərini yüksək qiymətləndirirlər. Ədalət Abdinov Lenin-Stalin rəhbərlik üslubunu, xalqın mənafeyinə Lenin qayğısını, kadrlara Stalin münasibətini, təcavüzkarların fitnələrinə var qüvvə ilə müqavimət göstərmək əzmini  yaxşı qavramışdır.

Ədalət Abdinova partiya təvazökarlığı, başqa  yoldaşların rəylərinə hörmət və kollektiv işə, demək olar, çoşğun həvəs xasdır.

Sədaqətli leninçi Ədalət Abdinovu 60 illik yubileyi münasibətilə təbrik etməyi və xoş arzularımı bildirməyi özümə şərəf sayıram. Ona mətinlik, sevgi, müdriklik, möhkəm cansağlığı, tükənməz enerji, Azərbaycanda kommunist hərəkatının uğurları naminə yeni zəfərlər, bütün təşəbbüs və səylərində yeni müvəffəqiyyətlər diləyirəm. Əqidə bütövlüyünü qoruyub saxlayan bu mübariz insanın  istəklərinin, arzularının və diləklərinin çin olmasını, bütün niyyətlərinin həyata keçməsini arzu edirəm.

 

AMAC-ın idarə heyyəti adından Tahir Cəfərli

Category: Azəricə | Views: 50 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları