Our poll

Rate our site
Total of answers: 28043
Home » 2018 » January » 13 » AZƏRBAYCANIN İQTİSADİ PROBLEMLƏRİ
18:33
AZƏRBAYCANIN İQTİSADİ PROBLEMLƏRİ

Bu və ya digər dövlət ailə kimidir. Varidatından və böyüklüyündən asılı olmayaraq, hər dövlətin öz problemləri var və ailəni saxlamaq üçün bu problemlərin həlli çox vacibdir. Adətən ailədə problemlərin ortaya çıxması ailənin iqtisadi vəziyyətindən, başqa sözlə desək, maddi durumundan asılıdır. Maddi vəziyyət pisləşdikcə, ailənin problemləri də artır. Bəzi ailələr bu problemləri həll edə bilmədikdə, hətta dağılırlar da. Ailənin dağılmaması üçün ailə başçısı əlindən gələni etməlidir ki, düşdüyü pis vəziyyətdən çıxsın. Dövlət də ailə kimidir. Heç nədən problemlər ortaya çıxır və onun həllindən ölkənin maddi durumu asılıdır. Ailə başçısı ailəsini iflasa aparan nə varsa nəzərə almalıdır, çıxış yolu axtarıb tapmalıdır. Belə olduğu halda ailə üzvləri nə baş verdiyini anlamalı, ona dayaq olmalıdırlar. Ailə daxilində olan dedi-qodulara son qoyulmalı, ailənin bütün üzvləri ailə başçısının ətrafında birləşib, düşdükləri vəziyyətdən çıxmaq üçün müəyyən işlər görməlidirlər. Ən əsası odur ki, ailə başçısına inam olmalıdır. Aydındır ki, ailənin işinə qarışanlar da müəyyən problemlər yaradırlar, ancaq ailə başçısı güclü olarsa, problemləri yaradanları ətrafından uzaqlaşdırar və öz ailəsini qoruya bilər. Dövlət də ailə kimidir. Gəlin bu sadə mövqedən Azərbaycan ailəsinə nəzər salaq. Azərbaycan cəmiyyətinin çatışmayan cəhətlərini göstərək, qoy müəyyən mənada tənqidimiz öz ünvanına çatsın. Biz tənqid dedikdə, heç kimi alçaltmaq istəmirik. Sadəcə olaraq, düşdüyümüz vəziyyətdən çıxmaq üçün çıxış yollarını göstərmək istəyirik. Hər şeydən əvvəl Azərbaycan ailəsini saxlayan və ona önəm verən iqtisadi imkanlarına nəzər salmalıyıq və inkişafımıza mane olan nə varsa ortaya çıxartmalıyıq. Son iki il ölkəmiz üçün ciddi imtahanlar dövrüdür, çünki neftin qiymətlərinin aşağı enməsi və hasilatının azalması ciddi iqtisadi problemlərlə üzləşməyə səbəb olub. Sadə dildə desək, bu vaxta qədər Azərbaycanın büdcəsinin 95 % neft gəlirləri təşkil edirdi. İndi bu 95 % yoxdur, yəni devalvasiyaya qədər Azərbaycan ailəsini dolandıran 100 manatdan 95-ni neft və neft məhsullarından gələn gəlirlər təşkil edirdi. İndi bu yoxdur. Deməli ailə başçısı nəyin bahasına olursa olsun, əlinin altında olan bütün resurslarını səfərbər edib, cəmləşdirib, ailəsinin dolanması üçün vacib olan 95 manatı yerinə qoymalıdır. Zaman göstərir ki, ailə başçısı operativ şəkildə qeyri-neft sektorunun inkişafı ilə bağlı ciddi fərmanlar qəbul edir və bu Fərmanların yerinə yetirilməsindən Azərbaycanın taleyi asılıdır. Böhrana düşmüş ölkə, xəstə insanı xatırladır. Xəstəliyin mahiyyətini dərk etmədən, xəstənin sağalacağına inanmaq axmaqlıdır. Neft qiymətlərinin aşağı enməsi, hasilatın azalması problemlər yaratsa da, ən böyük problem devalvasiya oldu. Neftin qiymətinin aşağı enməsini hasilatın artması ilə həll etmək olardı, ancaq devalvasiya 120 %-dən aratıq olduğundan Azərbaycanda iki dəfədən çox işləməli və qazanmalıdır ki, büdcə kəsrini doldursun. Odur ki, ilk növbədə iqtisadiyyatın tez gəlir gətirən sahələri işə düşməli və yaxud yaradılmalıdır. Bu problemin həllinin ilk mərhələsi olmalıdır və bu məntiqdən irəli gələn məsələdir, çünki devalvasiyadan sonra baş verən resesiya Azərbaycanda olan bütün qiymət və xidmətləri ən azı 2 dəfə-dən çox aşağı endirib. Bu ölkə iqtisadiyyatını ümumilikdə kollaps vəziyyəti aparır. Bunu dayandırmaq və ciddi tədbirlər görülməlidir. Ölkəmiz iki dəfə devalvasiyaya uğrayıb. Aydındır ki, buna Qərbin siyasi təzyiqi kimi baxmalıyıq və onların ölkə iqtisadiyyatına vurduğu zərəri görməliyik. Devalvasiyadan sonra baş alıb gedən resesiyaya qarşı Azərbaycan hökuməti demək olar ki, bir addım belə atmayıb, resesiyadan çıxmağın yolların axtarmayıb, ən ciddi böhran sayılan resesiyadan çıxmaq üçün konkret plan işləyib hazırlamayıb. Nə deməkdir resessiya? Resesya bütün qiymətlərin və xidmətlərin devalvasiya dəyəri qədər aşağı düşməsidir, yəni devalvasiya 100%-sə, qiymətlər də ən azı bu qədər aşağı düşməlidir. Bu saat Azərbaycanda bütün qiymətlər bu səviyyədədir. Benzin, qaz, işıq və s. 2015-ci illə müqayisədə 100 % ucuzlaşıb. Məsələn, əgər 2015-ci ildə benzini indiki kimi 80 qəpiyə alırdıqsa, bu 1 dollar 4 sent edirdi, indi 80 qəpik 36 sentdir. Fikir verin, Azərbaycan büdcəsi nə qədər itirir. Azərbaycanın Eks-Prezidenti Ayaz Mütəllibovun KİV-lərə verdiyi ”Azərbaycan böhrandan çıxa bilər. Bu o qədər də ciddi problem deyil” məqaləsində resesiyadan uzaqlaşmağın və staqnasiyya nail olmağın çox asan yolları göstərilir. Müəllif hər şeydən əvvəl iqtisadi sistem elementlərinin bir-biri ilə əlaqəli olmasını və bir elementin işinin pozulması, başqalarına da necə təsir etdiyini göstərir. Ən maraqlısı odur ki, resesiyanın qarşısını almaq üçün başqa ölkələrin təcrübəsindən istifadə olunmasını əsas götürür . Məsələn , Türkiyənin, Qazaxıstanın. Bu iki ölkənin antiresesiya siyasəti maaş və pensiyaların, qiymət və xidmətlərin devalvasiya dərəcəsi qədər artırılmasını bu ölkələrin emisiya siyasəti ilə əlaqələndirir, yəni ölkə üçün lazım olan qədər pulun kəsilməzi və ÜDM artırılması ilə bu ölkələr düşdüyü iqtisadi bəladan çıxa bildilər. Azərbaycan da bunu edə bilərsə, əlbəttə ki, problemin həllindən biri olar. Ancaq bununla belə hökumətin böhrandan çıxmaq üçün belə addımlara əl atacağı gözə dəymir, Bu boyda iqtisadiyyat universiteti, akademik institut və təşkilatlar var, ancaq Azərbaycanın böhrandan çıxmaq yollarını ilə bağlı irəli sürülən nə bir plan, nə də bir layihə mövcuddur. Təkcə Prezidentin bu və ya digər neft sektorunun inkişafı ilə verdiyi fərman və maliyyə yardımından başqa heçnə gözə dəymir. Prezidentin Fərmanlarının yerinə yetirilməməsinə qarşı məmur sabotajı də göz qabağındadır. Götürək Prezidentin Kəndlərdə Kooperativlərin yaradılması ilə bağlı Fərmanını 2 ilə yaxındır bu Fərman verilib, ancaq bir dənə də kooperativ yaradılmayıb Azərbaycanın düşdüyü bəladan çıxması üçün ilk növbədə iqtisadi inkişafımızın qarşısını alan bütün maneələri aradan qaldırılmalıdır. Ancaq belə olduğu andan qeyri-neft sektorunda canlanma özünü göstərər. Yuxarıda dövlətə tez gəlir gətirən sahələrin inkişafını gücləndirmək fikrini irəli sürdük. Daha doğrusunu desək, kənd təsərrüfatının ilk növbədə tam işləməsini nəzərdə tutduq. Azərbaycan Prezidenti bu sahələrin inkişafı ilə bağlı Fərmanlar imzalayıb və milyonlarla bu sahəyə investisiya ayırıb. Bu son nəticədə öz bəhrəsini verməlidir. Ancaq biz buna nail olmaq üçün istehsal olunacaq mallara bazar tapmalıyıq və məhsulların Azərbaycanda çıxarılmasını asanlaşdırmalıyıq. Deməli, Prezidentin ayırdığı maliyyətinin ortaya çıxaracağı malların bazarını müəyyən etməliyik və xarici iqtisadi siyasəti bunun üzərində qurmalıyıq. Bir həqiqət vardır ki, kəndin inkişafı kəndlinin əlindədir. Azərbaycan rayonlarına nəzər salsaq görərik ki, kənlərdə əhali qalmayıb. Kəndlilərin çoxu öz torpaq sahələrini satıb, ya şəhərlərə köçüblər, ya da xarici ölkələrə işləməyə gediblər. Gedənlər özləri ilə küllü miqdarda pul aparıblar və bu pulları Rusiya, Ukrayna və s. ölkələrin bazar və dükanlarına investisiya qoyublar. Azərbaycan Prezidentinin pambıqçılıq, tütünçülük, baramaçılıq və s. sahələrinin inkişafı ilə bağlı Fərmanlarının həyata keçirilməsinə ən böyük maneə işçi qüvvəsinin olmamasıdır. Məsələn, əkilən pambıq, tütün, üzüm və s. kim yığacaq? Odur ki, Azərbaycan Respublikasının ən vacib məsələlərindən biri urbanizasiyaya məruz qalmış kəndlinin kəndə qayıtmaq problemidir. Kənd həmişə şəhərdən yaxşı yaşayıb. Elə etməliyik ki, kəndli kənd həyatının şəhər həyatından iqtisadi üstünlüyünü hiss etsin. Nə deməkdir iqtisadi üstünlüyünü hiss etmək? Yəni kəndə şəhərdən çox qazandığını görsün, təsərrüfatına qayıtsın. Bu Azərbaycan Hökumətinin daxili siyasətinin əsas xətti bu olmalıdır. Kəndlilərin yaşayışına, onların istehsal etdiyi malların bazarlara çıxarılmasına nə mane olursa aradan qaldırılmalıdır. Adındır ki, Azərbaycanda istehsal edilən qida məhsulları, meyvə və tərəvəzlərdən söhbət gedir. Azərbaycan kəndlisi öz məhsulunu Şimala aparırdı və yüksək qiymətə Şimal ölkələrində satırdı. Azərbaycan müstəqilliyə çıxandan sonra bu iqtisadi sistem halına çevrilmişdi. Kənlilər arasında Azərbaycan məhsullarını Rusiya, Ukrayna, Belarus, Qazaxıstan və başqa dövlətlərə daşıyıb satan biznesmenlər mövcud idi və onların sayəsində Respublikamıza küllü-miqdarda valyuta gəlirdi və nəticələri də göz qabağındadır. Məsələn götürək Bakı şəhərində tikilən evlərin sayını. Əgər statistik təhlil etsək ,görərik ki, bu evləri alanların 80% kənd əhalisidir və bu evlər Şimaldan gələn pulların hesabına tikilib. Deməli , kənd təsərrüfatında istehsal olunan məhsulların ölkədən çıxarılması üçün hökumət ciddi tədbirlər görməlidir və anlamalıdır ki, bu mallara maneə yaradan nə varsa aradan götürülməlidir. Onun kəndlə bağlı siyasətinin mahiyyəti bu olmalıdır. Məhsulu qabağına çürüyən kənd təsərrüfatı qısa müddət ərzində müflisləşir, bunun nəticəsində kəndin boşalmasına səbəb olur. Azərbaycan Respublikasını dünya aqrar-sənaye ölkəsi kimi tanıyıb, ancaq dərinə getsək son illərdə bu və ya digər komplekslərin tikilməsini və işə düşməsinin nəzərə almasaq, aqrar sənayedən demək olar ki, əsər-əlamət qalmayıb. Bununla belə kəndin müflisləşmə prosesinin qarşısı alınmayıb. Kəndin inkişafın bir yolu vardır, kəndlinin istehsal etdiyi məhsulun satılması və qazanc gətirməsi üçün şəraitin yaradılması Kəndin işləməsinə mane olan nə varsa, aradan qaldırılmalıdır. Kənd dolanarsa, şəhərin dolanması daha da asanlaşır. Azərbaycanın Əks-Prezidenti A.Mütəllibovun bu yaxınlarda verdiyi intervüdə qeyd edirdi ki, bazar iqtisadiyyatının bütün sahələri bir-biri ilə sıx əlaqədardır. Birinin inkişafı, başqalarının inkişafına təkan verir. Quba alması ilə bağlı bir misal çəkir, qeyd edir ki, əgər Quba kəndlisi öz məhsulunu Rusiyaya apara bilsə, ölkəyə xarici valyuta axını başlayar və kənd özü-özünü dolandırar. Gəlin özümüzü aldatmayaq - Azərbaycan kəndlisi bu saat dolana bilmir. Səbəbi onun dolanmasının qarşısını almışıq. Gömrük rüsumlarının qaldırılması nəticəsində, kəndli məhsulunu kənar ölkəyə çıxara bilmir. Milyon tonlarla məhsul çürüyür... Kəndlinin aktiv iqtisadi həyata qayıtması üçün onun mallarının qabağını alan maneələri aradan qaldırmalıyıq. Götürək, elə gömrüyü. Onun Azərbaycan mallarını və kənd təsərrüfatını qoruması üçün gömrük siyasəti olmalıdır və Azərbaycan mallarının kənara çıxarılması üçün asan yol xəritəsi yaratmalıdır, rüsum ən azı üç dəfə azalmalıdır və xaricdən gələn, Azərbaycan məhsullarına rəqabət yaradan mallarına gömrük rüsumu artırmalıdır. Bizdə əksinədir. Ölkəmizə xaricdən o qədər mer-meyvə gəlir ki, Azərbaycan kəndlisinin məhsulu satılmaz qalır. Azərbaycanda xarici valyutaya tələbatın artmasını da resesiya ilə əlaqələndirmək lazımdır. Qiymət artımı əlbəttə ki, valyutanın ölkəyə gəlməməsi ilə əlaqəlidir. İstəsək də, istəməsək də, bu bazar iqtisadiyyatı bunu tənzimləyir. Böhrandan çıxmağın yeganə yolu odur ki, xaricdən Azərbaycana valyuta gətirən iqtisadi sahələrin işini asanlaşdırmalıyıq. Bayaq kəndli təsərrüfatını istehsal etdiyi məhsulun xaricə çıxarılmasının qarşısını alan faktorları qeyd etdik. Tez valyuta gətirən iqtisadi sahə kimi kəndli təsərrüfatını göstərdik. Azərbaycan gömrüyünün qoyduğu rüsumlar Azərbaycandan çıxarılacaq malların qarşısını alır, bundan əlavə xarici ticarəti öldürür. Gömrük rüsumunu artırmaqla, qısa müddət ərzində büdcə kəsirlərinin asanlıqla doldurmaq taktikası, çox yanlış taktikadır. Bir-iki aydan sonra gömrük sistemindən daha o qədər məbləğ yığılmayacaq, çünki ölkədən çıxarılan və ölkəyə gətirilən malların həcmi birə beş azalacaq, xarici ticarət demək olar ki, tamlığı ilə çökəcək, xarici firmalara ölkəmizə investisiya qoymaqdan çəkinəcək. Bu ciddi proqnozdur. Xarici ticarətin genişlənməsi, başqa sözlə desək, həcminin artması ciddi iqtisadi göstəricilərdir və Azərbaycan mallarının rəqabətə dözümlüyünü göstərir. Belə mallarının ixracının artırılması və onu emal edən sahələrin genişlənməsi əsas məsələlərdən biri olmalıdır. Belə müəssisələrin sayı artırılmalıdır və əsas investisiya bura qoyulmalıdır. Ölkədən ixrac olunan mallara da gömrük rüsumunun azaldıması böhran şəraitində ən vacib məsələlərdən biridir, çünki resessiyaya uymuş Azərbaycanın ixrac mallarının qiyməti aşağı düşdüyündən, istehsalçının xərcləri də artır.Bu artım və gömrük rüsumunun böyüklüyü ixracın qarşısını alır, başqa sözlə desək istehsal olunmuş malların maya dəyərini artırır. Belə olduqda, xaricdə pul qazanmaq məsələsini sual altına alır. . Xaricdən gələn mallara da qoyulan gömrük rüsumu azalmalıdır, çünki gömrük rüsumları artdıqca, xarici firmalar bir tərəfdən ölkəmizə gətirilən malların qiymətini qaldırırlar və yaxud qiymət qoyumunda özbaşınalıqları görüb, ölkəni tərk edirlər. Baxın, Bakıda nə qədər xarici firmalar və şirkətlər öz nümayəndəliklərini bağlayıb və bu firma və şirkətlərdə işləyən minlərlə adam işsiz qalıbdır. Bu işsizliyə aparan yoldur. İş yerlərin sayını azalması da bununla bağlıdır. Hökumət bütün bunları nəzərində saxlamalı, bağlanmaq istəyən firma və şirkətlərin işinə əngəl nə törədirsə, aradan qaldırmalıdır. Axı son nəticədə ölkəmizə investisiya qoymaq istəyən şirkətlər respublikamızda mövcud olan xarici şirkətlərə baxıb, qərar verirlər. Devalvasiyanın başımıza açdığı bəlanın biri də iş yerlərinin bağlanmasıdır. Bunun səbəbləri araşdırılmalı və düzgün nəticə çıxarılmalıdır. Cavan Azərbaycan respublikası birinci dəfədir ki, belə böhran vəziyyətinə düşüb. Odur ki, biz xarici ölkələrin həyata keçirtdikləri anti-böhran tədbirlərinin mahiyyətini öyrənib, düzgün seçim etməliyik ki, düşdüyümüz bəladan qurtaraq. Devalvasiya baş verən ölkələrdə qiymətlərin ucuzlaşması inkar olunmaz faktdır. Başqa ölkədə baş verən devalvasiyanın da Azərbaycana təsiri vardır. Bunu iqtisadçılar nəzərdən qaçırtmamalıdırlar, çünki ölkədən xarici valyutanın çıxarılması güclənir. Səbəbi: həmin ölkələrdə daşınmaz əmlakın ucuzlaşmasıdır. Əvvəllər Rusiyadan Azərbaycana küllü miqdarda valyuta gəlirdi. Bunun əsas hissəsi xalqın əlində olduğundan, pulu daşılmaz əmlaka qoyurdular və birə üç qazanırdılar. Rusiyada devalvasiyadan sonra qiymətlər öldü. Bunun nəticəsində Rusiyada yaşayan Azərbaycanlılar respublikamızda olan daşılmaz əmlaklarını satıb, Rusiyada iki-üç ev aldılar, eyniynən Türkiyədə, Avropa ölkələrində də azərbaycanlılar daşılmaz əmlaka sahib olmaq üçün ev-eşiklərini satıb bu ölkələrə gedirlər. Bu proses indi də davam edir. Nəticəsi Azərbaycanda daşılmaz əmlakın qiyməti enməkdədir. Bu bir yana ölkədən xarici valyutanın yoxa çıxmasına gətirir. Bunu biz “dollar xəstəliyi" deyərdik. Dollar və başqa valyutaların da banklardan yoxa çıxmasının bir səbəbi də elə budur. Daşılmaz əmlakın Azərbaycanda qiymətinin ölməsi prosesi gedir. Bu iqtisadiyyatımızın çox ciddi prosesdir. Minlərlə Azərbaycanda tikilən “göydələnlərin” satışı sual altındadır. Bu proses dayanmasa, Azərbaycanda yüksək vüsət almış tikinti sənayesi də çökə bilər. Baxmayaraq ki, tikinti şirkətləri xalqa hətta uzunmüddətli faizsiz kreditlər də təklif edirlər, alanların sayı o qədər də çox deyil. Əgər üç il bundan əvvəl camaat evi “katlavandan” alırdısa, indi hazırına yiyə duran yoxdur. Tikinti sənayesinin çökməsinin qarşısı alınmalıdır. Bu saat bu sahədə on minlərlə fəhlə, mühəndis və s. işçilər çalışır. Evlərin satılmaması dövriyyədən küllü miqdarda pulu çıxaracaq və tikinti şirkətlərini bankrotuna gətirəcək. Bu onminlərlə fəhlənin işsiz qalması deməkdir. Bu bir yana. Bunun nəticəsində Azərbaycanda tikinti materialları, taxta emalı, kimya, ağır sənayesi və s. tikinti ilə bağlı zavod və sexlərin də bağlama təhlükəsi ilə üzləşəcəyik. Resessiya qeyri-adi bir prosesdir, çox gizli gedir, ancaq nəticələri çox acınacaqlı ola bilər. Nəzərə almalıyıq ki, tikinti, kimya, ağır sənayenin mallarının Azərbaycandan kənarda satılmasını, başqa sözlə desək ixracını genişləndirməliyik. Tikinti azaldıqca, bu materiallara daxili tələbat da azalır. Ancaq bu o demək deyildir ki, biz xaricə göndərdiyimiz rəqabətə dözümlü mallarımızın həcmini azaltmalıyıq. Söhbət ondan gedir ki, Respublikada tikintiyə tələbat azalırsa, xarici ölkələrdə Azərbaycan tikinti məhsullarına tələbat vardır. Çünki bu saat Azərbaycanda istehsal olunan tikinti materialları keyfiyyətcə heç də xarici ölkələrin məhsullarından geri qalmır. Odur ki, bu materialların hökumət tərəfindən xaricə ixracına mane olan nə varsa, aradan qaldırmalıdır. Azərbaycanın xarici ölkələrdəki səfirlikləri və konsulluqları Azərbaycan mallarının təbliğini və sərgilərini təşkil etsələr və ticarət şirkətlərini maraqlandırsalar, inanın ki, Azərbaycanın istehsal etdiyi mallar rəflərdə qalmaz. Azərbaycan tikinti məhsullarının yüksək keyfiyyətinə Gürcüstan, Belarus Rusiya, Qazaxıstan, İran və s. ölkələrin tikinti şirkətləri yaxşı bələddirlər və Azərbaycan şirkətləri ilə əməkdaşlıq etməyə hazırdırlar. Bəs buna mane olanlar nədir? Axı bu sənaye sahələri Azərbaycana milyonlar gətirə bilər. Belə kombinat, zavod və sexlərin keyfiyyətli məhsullarının xarici ölkələrdə satılması daha məqsədə uyğundur və biz bu sahələrin istehsal etdiyi məhsulun həcmini artırmalıyıq. Xarici ticarəti proqnozlaşdıran və ölkəmizə valyuta gətirən sahələrə daha çox qayğı çəkməliyik. Əlbəttə ki, bütün məsələləri hökumət tənzimləməlidir. Valyutanın kənara çıxması Azərbaycanda valyutanın əksər hissəsinin dövriyyədən çıxarılmasına səbəb olmuşdur. Buna qarşısını almaq üçün hökumət elə iqtisadi proqramlar ortaya çıxartmalıdır ki, xalq öz pullarını bu proyektlərin həyata keçirilməsinə sərf etsin. Bu hər şeydən əvvəl iqtisadiyyatın sağlamlaşmasına yol açan bir proses olmalıdır, daxili biznes sisteminin inkişafına təkan verməlidir. Hər şeydən əvvəl qanun işləməlidir və azad sahibkarlığa şərait yaradılmalıdır ki, qanun onların hüquqlarını qorusun. Bunun üçün Azərbaycanda iqtisadiyyatın inkişafına zərbə vuran monopolizmin qarşısı hökumət tərəfində ciddi şəkildə alınmalıdır. Azərbaycanda baş verən iqtisadi böhranın bir səbəbi kimi əgər biz neft hasilatının üstünə yıxırıqsa, digər tərəfdən məmur monopolizminin də böyük rolu olduğunu qeyd etməliyik. Monopolizmin azad sahibkarlığa vurduğu zərbədən və son nəticədə Azərbaycan iqtisadiyyatına dəyən zərərlərdən saatlarla danışmaq olar. Ancaq bir əsas faktı nəzərinizə çatdırmaq istərdik. Monopolistlər hər şeydən əvvəl azad sahibkarların və balaca müəssisələrin işini pozanlardır və ölkədə istehsal olunan malların sayını azaldır və qiymətlərin qaldırılmasına şərait yaradır. Monopolistlərin özbaşınalığının qarşısını ancaq ölkə qanunları ala bilər. Bunu tənzimləmək üçün Avropa qanunlarına tay olan qanunlarımız işləməlidir, ancaq onların işləməməsi də göz qabağındadır. Qanun azad sahibkarların tərəfindədir, ancaq işləmir desək daha düzgün olardı. Qanunun işləməsinə nəzarət edən orqanlar buna göz yumamalıdırlar. Sahibkarlar qanunun ciddiliyini və hamının qanun qarşısında bərabər olduğunu görüb, ölkəni tərk etməzlər. Bu saat Azərbaycanın tikinti şirkətlərinin 50%-dən çoxu ölkəni tərk edib, başqa ölkələrdə tikinti işi ilə məşğuldurlar. Azərbaycan şirkətləri Rusiya, Qazaxıstan, Gürcüstan və başqa respublikalarda şəhərciklər tikməklə məşğuldurlar. Bu saat qonşu Gürcüstanın paytaxtında və Batumidə tikilən binaları azərbaycanlılar tikirlər və özgə ölkənin iqtisadiyyatına küllü miqdarda investisiya qoyurlar. Tikinti şirkətlərinin buraya cəlb olunmasının əsas səbəblərini araşdırsaq görərik ki, Azərbaycan tikinti şirkətlərinin bu ölkələrə köçməsinin səbəbi burada məmur özbaşınalığının olmaması, torpaq sahələrinin asanlıqla ayrılması ( bu ölkələr tikintiyə tez torpaq sahələri ayırır və vergi rüsumları çox cüzi dərəcədədir) , xaricdən gətirdikləri tikinti materiallarına görə gömrük rüsumu, demək olar ki, cüzidir, tikintinin aparılmasına mane olan bürokratik maneələr yoxdur. Azərbaycanda məgər bunu etmək olmaz? Gürcüstandakı biznes mühiti Azərbaycan biznesmenlərini özünə cəlb etdiyindən, tezliklə, Azərbaycanın tikinti şirkətləri ölkəni tərk edəcəklər. Biz bilməliyik ki, biznesin milliyyəti olmur, biznes pul qazanmaq üçün münbit mühit axtarır. Bu biznesin yazılmamış qanunudur. Gürcüstandakı şirkətlərin rəhbərləri onu da qeyd edirlər ki, bu saat Azərbaycanın tikinti materialları sahələrinin buraxdığı materiallar keyfiyyətinə görə heç də xarici ölkələrin buraxdığı materiallardan geri qalmır. Ancaq Azərbaycanda gömrük rüsumunun yüksək olması, onları Türkiyədən və İrandan tikinti materiallarının alınıb, gətirilməsinə məcbur edir. Axı tikinti materialları sahəsi yüksək iqtisadi göstəricilərə malikdir. Azərbaycan məhsulunun keyfiyyətini bütün dünya qəbul edir, rəqabətə dözümlü mallardır. Əlbəttə ki, qeyri-neft sektorunun bu növünün istehsal etdiyi malların ixracı Azərbaycan büdcəsinə küllü miqdarda pul gətirə bilər, əgər məmur özbaşınalığı, gömrük və vergi rüsumlarının yüksək olmasaydı. Azərbaycan istehsalçılarının işinə nə mane olursa, o aradan qaldırılmalı, yeni biznes rejimi yaradılmalıdır ki, bu sahələr öz istehsalını artırsınlar və xaricə mallarını çıxarsınlar. Tanınmış şirkət sahibləri bunun nəticəsində öz firmalarını Azərbaycandan köçürüb, xarici ölkələrdə tikməyi planlaşdırırlar. Səbəbi biznes mühitinin olmaması, bankların yüksək kredit dərəcələri, vergi və gömrüyün əməllərinin heç bir dövlətçilik çərçivəsinə sığmamasıdır. Azərbaycanda biznes iqlimi yaradılmalıdır. Hətta balaca bir emal müəssisəsi yaradan sahibkarın işinə maneə yaratmaq olmaz. Ancaq belə olduğu halda Azərbaycandan pul axının qabağı alına bilər və xalq öz pulunu öz ölkəsinə xərcləyər. Ölkədən pulların xaricə axınını dayandırmaq üçün Bank sistemində də ciddi islahatlar aparılmalıdır. İlk növbədə Azərbaycanda bank sistemində Azərbaycan manatının hüquqları bərpa olunmalıdır. Azərbaycan ərazisində bütün əməliyyatlar Azərbaycan manatı ilə getməlidir. Kreditlərin xarici valyuta ilə verilməsi, son nəticədə devalvasiyadan sonra qaytarılmaması, onlarla bankın bağlanmasına gətirib çıxartmışdır. Bank sistemindəki çatışmamazlıqlar ölkənin maliyyə sisteminin dağıdılmasına gətirib çıxara bilər. Bu iqtisadiyyatımızın ən öndə məsələlərdən biridir. Yeganə çıxış yolu xarici valyuta ilə Azərbaycanda bank əməliyyatlarına Hökumət nəzarətini gücləndirməlidir. Xarici valyuta ilə borcu olanların pullarını Azərbaycan puluna çevirib, kreditlərini tələb etməlidirlər. Xarici valyuta ilə borcu olanlar banklardan xarici valyuta ala bilmədiklərindən, borclarını qaytara bilmirlər. Nəticədə banka pul qayıtmır. Milyonlarla pul dövriyyədən kənarda qalır. Dərin düşünəndə görürük ki, bank sisteminin dağılmasının əsas səbəbi kimi pulların dövriyyəyə qayıtmamağını götürməliyik. Biz Türkiyə sistemi kimi xarici valyutadan ölkəmizin ərazisində əl çəkməliyik və öz manatımızla əməliyyatlara keçməliyik. Bu məsələ öz əksini Azərbaycan Konstitusiyasında tapmışdır və hər məmurun və bankirin borcudur ki, Ali Qanuna əməl etsin. Bank həqiqi sahibkarların işini maliyyələşdirməlidir, “fiktiv” müəssisələrə pulun verilməsini dayandırmalıdırlar. Bundan əlavə kredit faizini aşağı salmalıdırlar ki, krediti götürən müflis olmasın və götürdüyü krediti yaratdığı müəssisənin qazancı ilə ödəsin. Kreditlərin yüksək olması, kreditoru tezliklə elə vəziyyətə salır ki, gördüyü iş yarımçıq qalır və bankrot olur. Bankların bu vəziyyətə düşmələrinin bir səbəbi də kredit dərəcələrinin yüksək olmasıdır. Bir-neçə gün bundan əvvəl ABŞ-n yeni seçilmiş Prezidentinin çıxışını dinlədik. ABŞ-ı düşdüyü maliyyə böhranından çıxması üçün onun irəli sürdüyü təkliflər çox maraqlıdır. Onun tezislərindən biri ölkədə yeni zavod, fabrik və s. müəssisə açanlara kömək məqsədi ilə verginin 12% həcmində endirdiyini dedi. Onun fikrinə görə verginin yüksək olması, ölkə iqtisadiyyatını boğmaq deməkdir və indiyə qədər ABŞ-da vergi yüksək idisə, bu gündən etibarən aşağı düşəcəyini elan etdi. Yüksək iqtisadi savada və təşkilatçılıq bacarığına sahib olan ABŞ Prezidentindən biz çox öyrənə bilərik. Onun fikrincə ölkə iqtisadiyyatının inkişaf etdirmək istəyirlərsə, vergi dərəcələrini aşağı endirməliyik. Azad sahibkarlara kömək məqsədi ilə biz də vergi dərəcələrini aşağı endirib, yeni sahələrin açılmağına köməkçi olmalıyıq. Gəlin xaricdə biznes mühitinin yaradıldığına nəzər salaq. Xaricdə banklar yeni yaradılmış müəssisələrə 2 % biznes yaratmaq üçün illik 2 faiz həcmində uzunmüddətli kredit verir, Azərbaycanda isə bank krediti 22-25 faizə bərabərdir. Bura əlavə edək vergini və s. gömrük rüsumlarını gərərik ki, yeni fəaliyyətə qədəm qoymamış müəssisə bir başa bankrota yuvarlanır, İstehsal etdiyi malın yarıdan çoxunu bu rüsumların ödəməsinə verir, qalan pullu isə birbaşa əmək haqlarına gedir, demək olar ki, gəlirsiz qalan sahibkar bankrota getdiyini görüb ölkədən qaçır. Bu saat onlarla banklar belə sahibkarları axtarır. Səbəbini təhlil etsək, görərik ki, günah sahibkarda deyil, onu ağır yükün altına girməyə vadar edən, kredit dərəcəsi, vergi və gömrük rüsumlarıdır, bura məmur özbaşınalıqlarını da əlavə etsək, görərik ki, ölkəmizdə bilərəkdən iqtisadiyyatımıza qarşı belə heç bir çərçivəyə yerləşməyən, ağılasığmaz əməllərə əl atırlar. Bunun qarşısını ancaq Azərbaycan Prezidenti ala bilər. Bizim bəzi şirkətlər ölkəmizi kənarda qoyub, başqa ölkələrə investisiya qoyurlar və əlbəttə ki, Azərbaycandan valyutanın kənara çıxmasının səbəblərindəndir. Azərbaycanda rəqabətə dözümlü malların istehsalını artırmaq əvəzinə, xarici ölkələrdə zavod və fabriklər tikirik? Nə məqsədlə? Məgər bu Azərbaycan iqtisadiyyatını gücləndirir? Hökumət elə etməlidir ki, ölkəmizdə biznes mühiti xaricdən yaxşı və gəlirli olmalıdır. Elə şərait yaratmalıdır ki, Azərbaycan biznesmenləri ölkəni tərk etməsinlər. Biznes mühitinin sağlamlığı xaric investorları ölkəmizə cəlb edə bilər. Düzgün daxili siyasət buna xidmət etməlidir. Azərbaycanın iqtisadi sisteminə xarici investorlarının cəlb olunması məsələsi, Xarici işlər nazirliyinin xarici ölkələrdə əsas siyasi xətti olmalıdır. Niyə indiyə qədər Avropanın qabaqcıl kənd təsərrüfatı texnologiyası ilə işləyən firma və şirkətlərlə iqtisadi marağımıza uyğun əlaqələr yaratmalı və onları ölkəmizə cəlb etməliyik. Belə olduğu halda kəndlərimiz çiçəklənər və rəqabətədözümlü məhsullar istehsal edərlər. Bəyənmədiyimiz Ermənistanın bu saat bununla məşğuldur, bizlər isə konsert verməklə, sərgilər təşkil etməklə. Anlamırıq ki, bu pulları Azərbaycanın iqtisadi maraqlarına uyğun xərcləmirik. Kamil cəmiyyətdə vətəndaşlar ölkənin iqtisadi maraqlarına xidmət edirlər, hökumət isə onları iqtisadiyyatın inkişaf sahələrinə yönəldirlər. Gənc Azərbaycan Respublikası bu təcrübədən istifadə etməlidir. Böhran baş verən ölkəyə valyutanın gəlməsini təmin etmək üçün gömrük rüsumunu azaltmaq lazımdır. Bu qanunauyğun bir prosesdir. Bunu həyata keçirməmək ölkə iqtisadiyyatına düşmən zərbəsi vurmaq deməkdir. Büdcə kəsirini düzəltmək üçün Gömrük rüsumunu qaldırmaq axmaqlıqdır desək yanılmarıq. Rüsumu qaldıranlar iqtisadi sistemin hər elementinin bir-biri ilə sıx əlaqəli olduğunu nəzərə almalıdırlar. İqtisadi sistemin bir elementindən kəsib, başqasına əlavə etdikdə heç nə udulmur, çünki bütün sistem vahid nəticə verir. Sadə dildə bunu necə izah etmək olar? Fərz edək iqtisadi sistemin ölkəyə gətirdiyi gəlir 1000 manatdır və bu məbləği sistem bir-birindən əlaqəli olaraq qazanır. Bu 1000-in fərz edək ki, 100 gömrükdəndir. Əgər biz gömrük rüsumunu 20% qaldırsaq, buradan gələn gəlir 120 olacaq, ümumi göstərici 1000 olduğundan heç bir inkişaf olmayacaq. Rüsumun qaldırılması sistem pozuntusuna gətirib çıxaracaq, nəticədə iqtisadi sistemin gətirdiyi 1000, azalıb 850 olacaq. Yəni iqtisadiyyatın yazılmamış qanunlarından biri - gömrük rüsumunun qaldırılmasının ölkənin iqtisadi sisteminin ümumi gəlirinə zərbə vurmasıdır. Bazar iqtisadiyyatının maraqlı nüansları vardır. Bəzən fizikanın “birləşmiş qablar qanunu”nu xatırladır. Bizə xaostik görünsə də, əslində bu xaosun özü-özünü stabilləşdirici, gözə görünməyən mexanizmləridir. Birləşmiş qablar kimi, bir tərəfdən azalırsa, o biri tərəfdən də azalır və yaxud əksinə. Sistem xaosdan uzaq olsa da, daxili dəyişiklər, birləşmiş qablarda olduğu kimi azalırsa, bütün sistem azalır. İqtisadi sistem də belədir. Böhran şəraitində biz ixracı artırmalı, idxalı azaltmalıyıq. Yəni ölkəyə valyutanın gəlməsini gücləndirməli, valyutanın çıxmasının qarşısını almalıyıq. O ölkədə ki, idxal ixracdan çoxdur. O ölkə müflisləşməyə gedi Azərbaycanda gedən resessiyanın mahiyyətini dərk etmək üçün, bizdən əvvəl başqa ölkələrin təcrübəsində bununla bağlı baş verən iqtisadi prosesləri öyrənməliyik. Belə olduqda bizi gözləyən ağır nəticələrdən uzaq olarıq. Gəlin götürək elə qonşu Rusiyanı. Bizdən çox bu iqtisadi bəlaya Rusiya uğradı. Çətində olsa, Rusiya bu bəladan qurtardı. Rusiya Prezidenti hasilatı artırmadı, əksinə iki neftayırma zavodu tikdirib, işə saldı və xaricə xam neft əvəzinə benzin satmağa başladı. İndi biz də bu benzini alırıq. Ümumiyyətlə biz bu saat keyfiyyətli benzini Rumıniya, Yunanıstan və Rusiyadan alırıq və buna görə bu ölkələrə küllü miqdarda valyuta ödəyirik. Məgər biz Rusiyaya kimi öz neftimizi emal edə bilməzdik? Axı vaxtiykən Azərbaycanın neftayırma zavodları 21 milyon ton neft emal edərdi, 120 növ neft məhsulu buraxardı. Niyə bu zavodları qoyub, xarici ölkələrdə neftayırma zavodları tikirik? Öz neftimizi emal etsək, xaricdən gələn benzindən əl çəkərik və bu ölkələrdən enerji asılılığını aradan qaldırırıq. Biz hər şeyi nəzərə almalıyıq. Təsəvvür edin belə bir faktı: birdən: Qərb təzyiq vasitəsi kimi, Azərbaycana gələn benzinin qabağını aldı. Bir həftədən sonra bütün Azərbaycan çökər və ölkədə aclıq başlayar. Dövlətin bəzi məmurları enerji təhlükəsizliyinə fikir verilmədiyindən Bakıda mövcud olan neftayırma zavodlarından biri də işləmir, işləyəni də lazım olan qədər neftdən benzin emal etmir. Bu zavodlar strateji əhəmiyyətli obyektlər olduğunu hələ H.Əliyev qeyd edirdi. Azərbaycanın enerji təhlükəsizliyini təmin edən bu zavodların işinə nə mane olursa aradan qaldırılmalı, vaxtiykən SSRİ-nin neft ayırma giqantı sayılan bu zavodlar tam işə salınmalıdır, lazın gələrsə Qazaxıstan, Türkmənistan və İranın xam neftinin emalını da bu zavodlarda həyata keçirmək mümkündür. Maraqlı bir faktlı qeyd etməliyik: Pentaqonun SSRİ-yə qarşı atom bombası atmaq planında, Moskvadan sonra Bakı ikinci yerdə idi. Amerika generalları qeyd edirdilər ki, BNZ Sovet təyyarələrinin yanacağını 80% emal edir və bütün maşın yağlarını da bura buraxır. Niyə bu göstərici indi yoxdur? Məgər neftimiz azalıb və yaxud zavodumuz yoxdur? Biz neft siyasətinə yenidən baxmalıyıq. Rusiya kimi xam neftimizi xaricə yox, zavodlarımıza göndərməliyik. Belə olduğu halda xarici valyuta ölkəmizdə qalar və başqa sahələrin inkişafına yönəldilər. Gəlin səhvlərimizi boynumuza alaq. Xam nefti emal etmək əvəzinə, biz onu xaricə çıxartmışıq. Asan yolla gəlir əldə etmişik. Vaxtıykən SSRİ-nin ən qüdrətli neftayırma sənayesi olan respublikamızı neft xammalı ölkəsinə çevirmişik. Hələ gec deyil, biz buna qayıtmalıyıq, yoxsa ölkənin bütün sərvətləri əlimizdən çıxandan sonra biz fövqal dövlətlərin əlində oyuncağa çevriləcəyik. Xarici siyasət iqtisadi marağa xidmət etməlidir. Fəlsəfənin qanunlarından biri bəyan edir ki, dünyada nə varsa, bir-biri ilə qarşılıqlı əlaqəli və təsirlidir. İqtisadiyyatda bu özünü daha tez büruzə verir. Çünki iqtisadiyyat bir sistemdir və bir-biri ilə sıx əlaqəli elementlərdir, bu elementləri bir-birinə bağlayan isə asılı şərtlərdir. Sistemin bir tərəfi pozularsa, bütün sistem sıradan çıxarır. Əgər biz bazar iqtisadiyyatına keçmişiksə, bu elementlər bir-birindən asılılıq prinsipi ilə birləşib. Sistemli iqtisadiyyata malik olan Azərnaycanda onun iqtisadi strukturunu təşkil edən elementlərin birinin in işinə təsir edilirsə, onda bütün elementlərə bu təsir göstərir, yəni bazar iqtisadi sistemində bütün elementlər təbii şəkildə birləşib və bir-birinə təzirlidirlər. Deməli xaostik proseslər sistemi poza bilər və iqtisadçıların ündə vəzifələrində biri bu pozüntuları əvvəlcədən ortaya çıxartmaqq və sistemi bərpa etmələridir. Bu pozuntuları nəzərə almasaq iqtisadi böhranı daha da gərginləşdirəcəyik. Başqa sözlə desək, inkişafda olan iqtisadi sistemin bir hissəsi pozularsa, qalan hissələrə ciddi təsiri olur. Baxın neft siyasətində də bu belədir. Neftin qiymətinin aşağı enməsinin Azərbaycan iqtisadiyyatına təsiri göz qabağındadır. Həmin bu iqtisadi sistemin işləməsini pozan neft gəlirlərinin aşağı düşməsi, bütün sahələrdə özünü göstərdi və sistem çat verməyə başladı. Sistem bir-biri ilə əlaqəli elementlərdən ibarət olduğundan bir elementin çatışmamazlığı başqalarının da sıradan çıxmasına gətirdi. Gəlin konkretləşək və sadə dildə danışaq. Fərz edək ki, büdcəyə müəyyən qədər pul çatmır. Primitiv üsula - gömrük rüsumlarını artırırlar. Nəticədə birinci ay çatışmayan pullar yerinə gəlir, ancaq sonra nə olacağı nəzərə alınmır. Xarici ölkələrini təcrübəsinə fikir versək, gömrük rüsumlarının qaldırılması, xarici ticarəti öldürür, ölkəyə gələn valyutanın qarşısını alır, xarici ticarət firmaları bağlanır. İndi Azərbaycanda da bu proses baş verir, ölkədə dollar və başqa valyuta qıtlığı yaranır. Bu qanunauyğun prosesdir. Neftin qiyməti aşağı enəndən sonra, Azərbaycan ölkədə iqtisadi stabilliyi yaratmaq üçün gömrük rüsumunu azaltmalı və Rusiya-Azərbaycan-İran-Türkiyə tranzitinin dövriyyəsini gücləndirməliyik. Maraqlı bir faktı nəzərinizə çatdırmaq istərdik. Baltikyanı respublikalarının Azərbaycandan fərqli olaraq heçnələri yoxdur. Onları dolandıran Rusiya – Pribaltika – Avropa tranzitidir. Azərbaycanın əlində də belə tranzit var. Bu tranzit intensiv işləsə, dövriyyə artar və buradan Rusiyanın və başqa ölkələrin əsas yükləri keçər. İran Astarası ilə aramızda bir-neçə km. yol var. Dəmiryolların birləşdirmək üçün yeni bir körpü tikilməlidir və dəmiryol xətləri birləşməlidir. Belə bir iqtisadi nöqteyi-nəzərdən dəyərli və lazımlı layihəyə kənarda qalıb, biz lazımsız layihələri maliyyələşdiririk. Rusiya - Azərbaycan-İran dəmir yolu xəttinin gətirdiyi tranzit gəlirləri neftin gətirdiyi gəlirlərindən heç də az olmayacaq. Bir bu layihənin əhatə etdiyi ölkələrin sayına baxın. Çindən tutmuş Hind-Çinə qədər bu dəmir yolunun tranzitinə qoşula bilər və onların mallarının Avropaya çıxarılması üçün ən düzgün yol ol bilər. Hökumətdə olan məmurlar hara baxırlar? Gözləyirlər ki, İrandan Ermənistana dəmir yolu çəkilsin? Ondan sonra biz bu cür sərvəti itirəcəyik. Bir daha deyirik, Azərbaycan Hökumətinin apardığı siyasət iqtisadi marağa xidmət etməlidir. Gömrük rüsumunun azaldılması bu tranzitin dövriyyəsini artırardı, əgər Gömrükdə itirirdiksə, gətirilən mallarda udurduq, Azərbaycanda biznes aktivliyi güclənirdi. Bu tranzit sisteminin işləməsinin yazılmamış qanunlarından biridir. Azərbaycan hökuməti də bunu nəzərə almalıdır. Kənd təsərrüfatı mallarına qoyulan gömrük rüsumlarının azaldılması Azərbaycan kəndlilərini kəndə qaytara bilər. Onlar təsərrüfatlarını bərpa edər və ölkədən meyvə-tərəvəzin çıxarılmasına mane olmadığını görüb daha da aktivləşər. Bu kəndlərin kəndlərə qaytarılmasıdır. Hökumətə onlar üçün iş yerləri açmaq da lazım olmayacaqdır. Baxın nə qədər Quba, Qusar və bütün rayonlarda meyvə əlindən tərpənmək olmur. Hökumət nə edib ki, bu mer-meyvəni kəndlilər Rusiyaya aparsınlar? Heç nə lazım deyil, kənlinin malını kənara çıxarmasına mane olmamaq. Kəndlinin məhsulunu Rusiyaya aparılmamağının nəticələri özünü tikinti və ali təhsil sahələrində göstərir. Azərbaycanı dağıdan və onun inkişafına zərbə vuran səbəblərdən biri qanunların işləməməsidir, daha düzünü desək, dövlət nəzarətini həyata keçirən Prokurorluğun səlahiyyətlərin əlindən alınmasıdır. Odur ki, bu orqan tərəfindən qanunun işləməsi ilə bağlı nəzarət həyata keçirilmir desək yanılmarıq. Sovet dövründə qanunun aliliyini bərpa etmək üçün Respublika prokurorluğunda bir istintaq idarəsi vardı və Prokurorluğun əli bütün sahələrə çatırdı. İndi bir çox nazirliklərin özünün istintaq idarələri vardır ki, bunların işinə həqiqi dövlət nəzarətini həyata keçirən Prokurorluq orqanları qarışa bilmirlər. Aydındır ki, bu nazirliklərə ciddi prokurorluq nəzarəti olmadığından, korrupsiya və rüşvətxorluğun qarşısının alınması çətinləşir, çünki bu istintaq idarələrində nə baş verdiyindən, əlbəttə ki, Prokuror orqanlarının xəbəri olmur, daha düzünü desək, bu istintaq orqanları öz nazirliyinin marağını güdürlər. Kəndlilərin yetişdirdiyi məhsulların tamlığı ilə u satışa çıxarılmaması, onların yaşayış şəraitinə təsiri böyükdür. Onların imkanları məhdudlaşdırılır, həyət və bacalarını yaxşılaşdıra bilmirlər və yaxud tikintilərini dayandırırlar. Beləliklə, zərbə tikinti sənayesinə də dəyir. Bundan əlavə təhsilə də böyük təsiri vardırdır. Pulsuzluq kəndli uşaqlarını Ali məktəblərdən uzaqlaşdırır. Təhsil haqqını ödəyə bilmədiklərindən universitetdən uzaqlaşırlar. Bir çox universitetlərə daxil olan tələbələr ödəniş haqlarını verə bilmədiklərinə görə, ümumiyyətlə, universitetlərə gəlmirlər. Məsələn, Korporasiya universitetini götürək . Deyilənə görə, ödənişli fakültələrə daxil olanların 3-də biri gəlib. Bu nə deməkdir? Müəllimlərin təhsil yükünün azalması, işsizlik və s. Ən əsası bu cür lazımlı universitetin faktiki olaraq bağlanmasına aparır. Bu proses başqa ali məktəblərdə də başlayıb, bu böhranlı vəziyyət buralarda da özünü göstərməkdədir. 1992-cü ildən sonra Azərbaycanda kənd təsərrüfatında pambıqçılıq, baramaçılıq, tütünçülük məhv olmuşdu. 1993-cü ildən sonra isə kənd əhalisinin yaşayışı olmadığından, camaat Rusiyaya və başqa ölkələrə iş dalınca qaçmışlar və təsərrüfatları başsız qalmışdı. Odur ki, dağılmış təsərrüfatları bərpa etmək mümkün olmamışdı. Bunun üçün küllü miqdarda vəsait lazım idi, ancaq neft kontraktları bağlanan qədər , yəni 1994-cü ilin axırlarına qədər Azərbaycanın iqtisadi imkanları heçə enmişdi, Müharibə bu sahələrə pul ayırmağa qoymurdu. Azərbaycana neft kontraktlarına qədər vəsait isə o qədər böyük deyildi ki, bundan kənd təsərrüfatına da ayırasan. Hökumətin gücü ancaq neft sənayesi və hərbi sənaye kompleksinin yaranmasına çatırdı, çünki bundan Azərbaycan respublikasının müstəqilliyi asılı idi. Belə şəraitdə kəndi ancaq kəndli qaldıra bilərdi. Rusiyada və başqa respublikalarda asan yolla pul qazanan kəndlilər, orada məskunlaşdılar və kənddə qalan ailələrini dolandırdılar. İndi kəndlərdə yaşayanların çox hissəsi xaricdən gələn pulların hesabına dolanırlar. Odur ki, kəndli torpağa yiyə durmur. Səbəbi? Kəndlinin buna iqtisadi marağı olmamasıdır. Kəndin cavanları öz ailələrini dolandırmaq, üçün respublikamızı tərk edirlər Neft gəlirləri artdığı dövrdə Azərbaycan hökuməti aqrosənaye kompleksinin inkişafına az fikir verildi, çünki kəndin yenidən köhnə imkanlarına qayıdacağına inanılası deyildi, birdə daha kəndlərin çoxunda əmək qabiliyyətli əhali qalmamışdı. Odur ki, 21-ci əsrin əvvəllərində Neft kontraktları gəlir gətirəndə əsas diqqət neft sənayesinin inkişafına yönəldilmişdi. Bununla belə ərzaq təhlükəsizliyi yaddan çıxmışdı. Çox da çətin olmayan, strateji əhəmiyyətli, taxılçılığa fikir belə verilməmişdi. Əkilməmiş və biçilməmiş tarlalar göz qabağında idi. Nəticədə biz 80% dən çox taxılı kənardan alırıq. Azərbaycanda min hektarlarla əkilməmiş tarlalar vardır. Bu əkilməmiş tarlaların çoxu Şamaxı, İsmayıllı, Göyçay, Ağdaş və s. taxılçılıq rayonlarına aiddir. Ekspertlər hesablamalarına görə, əgər bu rayonlar taxılçılığı tam bərpa etsələr, xaricdən asılılıq 35% çatar, yəni bu saat Azərbaycan üçün təhlükə yaratmış - ərzaq təhlükəsizliyinin həlli deməkdir Axı biz niyə neftdən gələn gəlirlərimiz hesabına 80% çatışmayan taxılı kənardan almaq və küllü miqdarda valyutanı ölkədən çıxaraq? Axı Azərbaycan özü-özünü dolandıra bilər? Nə mane olur ki, bu tarlalar əkilməmiş qalsın. Araşdırsaq görərik ki, buna səbəb İcra hakimiyyətlərinin regionlarının iqtisadi imkanlarını düzgün qiymətləndirməyi bacarmaması və yaxud ümumiyyətlə, rayonların aqrar infrastrukturlarını bərpa etməməsi, məmur özbaşınalıqları nəticəsində əkinçinin imkanlarının məhdudlaşdırmasıdır. Daha düzünü desək, kəndliləri gözüm çıxdıya salıb, əllərindən torpaqlarını alırlar ki, onlar da məcbur olub kəndi tərk etsinlər. İndiki dövrdə kəndli ona verilən torpağı tək başına əkə bilməz. Bunun üçün bir-neçə təsərrüfatın kooperativ şəkildə birləşməsi çox vacibdir. Bunu görən Azərbaycan Prezidenti İ.Əliyev Kooperativlər haqqında Fərman imzaladı. Fərmanın həyata keçirilməsi rayonlarda biznes mühiti yaradır və kəndlilər kooperativlərdə birləşib, əkinçiliyi bərpa edə bilərlər və yaxud başqa sahələri inkişaf etdirərlər. İki ilə yaxın bir müddətdir ki. bu Fərmana imza atılıb, ancaq kooperativlər gözə dəymir. Məmur özbaşınalıqları bu Fərmanın icrasının qarşısını alır, əkilməmiş torpaqlar necə vardısa, elə də qalır. Məmurlar kooperativləri qeydiyyata almaq istəmirlər. İcra başçıları Azərbaycanın qida təhlükəsizliyini təmin etmək üçün kəndlərdə münbit iqtisadi mühit yaratmalıdırlar. Kəndlərin vaxtıykən necə dolandığını nəzərə alıb, həmin sahələri kəndə qaytarmalıdırlar. Bunun üçün rayonda mövcud olan bankların kreditlərin Kooperativ yaradıb, əkin-biçinlə məşğul olan şəxsləri verilməsini tənzimləməli, onlarla yaxından əməkdaşlıq edib, rayona iqtisadi gəlir gətirən sahələrin işinə mane olan nə varsa aradan qaldırmalıdırlar. Prezidentin bu Fərmanın həyata keçirilməsinin çox böyük əhəmiyyəti vardır. Azərbaycan kəndlərinin bərpasına və təsərrüfatının inkişafına təkan verən amildir. Şəhərlərə çörək pulu qazanmağa qaçan kənd əhalisini kəndə qaytarır. Fərmanın operativ həyata keçirilməsini də ASAN xidmətə həvalə edilsəydi, indi Fərmanın yerinə yetirilməsinə maneə yox idi. Belə olsaydı, indi ölkənin Qazaxıstan və Rusiyadan taxıl və başqa dənli bitkilərdən asılılığı demək olardı ki. azalardı. Prezidentin Fərmanlarından irəli gələn məsələlərdən biri də, aqrar sənayenin bərpası üçün ayrılan torpaq sahələridir. Bəzi icra başçıları bu torpaq sahələrində indi mövcud olan təsərrüfatları dağıtmağa başlamışlar və bunun verilən fərmanlarla əlaqələndirirlər. Kəlin bu məsələni də araşdıraq. Uzun müddət Saatlı, Salyan, Sabirabad, Neftçala və başqa pambıqçılıq rayonlarında əkin aparılmadığına görə yeraltı suların səviyyəsi qalxmış, 100-dən artıq süni göllər meydana gəlmişdir. Təsərrüfatı yaxşı bilən kəndlilər bu göllərə balıq buraxmış və demək olar ki, balıqçılığı təbii şəkildə inkişaf etdirmişlər. Fikir verin, Azərbaycanın paytaxtı Bakıya. Elə bir mağaza və yaxud bazar yoxdur ki, orada balıq əlindən tərpənmək mümkün olmasın. Qiyməti də ətdən ucuzdur. Dünyanın bir ölkəsində belə deyil. Azərbaycanda balıq bolluğu yaranmışdır. Balıqçılıq bütün aqrosənaye məhsullarından daha faydalı və az xərc tələb edən sahədir. Pambıqçılığın inkişafı ilə bağlı icra başçıları bu göllərinin qurudulmasını təklif edirlər. Əksinə bu göllər Azərbaycana pambıqdan da çox fayda və gəlir gətirə bilər. Bunun üçün Hökumət bu sahənin nəzarətə götürməli və onun sənaye inkişafına geniş yer verməlidir. Göllərdə daha bahalı balıq növlərinin saxlanılması üçün ciddi tədbirlər görməlidir. Ağ və Qızıl balıq növləri də bu baxımdan daha sərfəlidir. Onların da süni yolla artırılması burada da mümkündür. Sadəcə olaraq bu balıqçılıq təsərrüfatlarını bu balıq növlərinin süni yolla saxlanılması texnologiyasını öyrətmək və xarici ölkələrin təcrübəsini Azərbaycanda tətbiq etmək üçün tədbirlər görülməlidir. İsrail bu saat bu sahədə aparıcı ölkələrdən biridir, qara kürü ixracına görə on qat Azərbaycandan üstündürlər. Çox sadə olan İsrailin təcrübəsindən öyrənib, bu balıq yetişdirmə texnologiyasını ölkəmizdə tətbiq etsək, uduzmarıq. Gölləri qurutmaqdansa, bu sahələri genişləndirmək daha da məqsədə uyğundur. Maraqlısı budur ki, bu balıq növlərinin süni yolla bəslədilməsi texnologiyası ilk dəfə Azərbaycan plan komitəsi tərəfindən 80 illərdə təklif etmişdi nəhrə balıqlarının sənaye yolu ilə yetişdirilməsi planını işlənib, hazırlamışdı. Bu plan indi də arxivlərdə durur və nə qədər zəruri olduğunu həyat diktə edir. Yaxşı olar ki, bu sahənin nə qədər faydalı olduğunu hökumət düşünsün. Statistika göstərir ki, bu saat regionlarımızın hamısı, bir Bakı və İmişlidən başqa, dotasiya hesabına dolanır. Bu nə deməkdir, yəni bu və ya digər region böyüklüyü və yaxud kiçikliyindən asılı olmayaraq özü-özünü dolandıra bilmir və Azərbaycan respublikasının, loru dildə desək cibinə girir. Regionun dolanmasını, yəni çatışmayan, məbləği neft gəlirlərinin hesabına doldurulurdusa, devalvasiyadan sonra vüsət alan resessiya prosesi nəticəsində azalan neft gəlirləri bütün regionların özü-özünü dolandırması məsələsini aktuallaşdırır. Odur ki, Azərbaycanda qeyri-neft və aqrar sənayenin qısa müddət ərzində bərpası ündə məsələlərində biridir. Bu saat Azərbaycan Prezidentin daxili siyasətin mahiyyəti elə bundadır ki, hər region özü-özünü dolandırsın. Belə olduqda, Azərbaycan qısa müddət ərzində qeyri-neft sənayesini inkişaf etdirib, aqrar sahələrini bərpa edə bilər. Biz Azərbaycan respublikasını mükəmməl dövlət kimi görmək istəyiriksə, Azərbaycan özü-özünü dolandırmalı, özü-özünü təmin etməlidir, ən əsası, kənardan qazanmağı bacarmalıdır. Kəndin işləməsi ərzaq sahəsində Azərbaycan idxalı azalda bilər, çünki kənd İDXALI ƏVƏZ EDƏN MƏHSULLAR buraxacaq. Digər tərəfdən bu ərzaq təhlükəsizliyini azaldır. Neftin qiymətinin aşağı düşməsi ciddi iqtisadi fəsadlar yaratmışdır. Onun ardınca gedən resessiyadan çıxmaq üçün ən azı iki dəfə hasilatı artırmaqla büdcə kəsirini doldurmaq sadə bir yoldur. Ancaq neftin hasilatını qaldırmaq mümkün olmadığından bunu etmək qeyri-mümkündür. Bəs bizim kimi devalvasiyaya uğrayan ölkələr nə etdilər? Azərbaycan Prezidentinin regionlarda yeni təsərrüfatlar yaratmağı ilə bağlı lazımı Fərmanları mövcuddur. Pambıqçılıq, tütünçülük, baramaçılığı bərpa etmək məsələsini qoyub. düzgün addımdır. Ancaq kənlərə nəzər salsaq görərik ki, kəndlərimizdə ancaq qocalar qalıblar. Cavanlar kəndi tərk edib ya xarici ölkələrə, ya da şəhərlərə axışıblar. Kənd hökumətin yadından çıxdığından kəndlərdə bayquş ulayır. Prezidentin Fərmanlarını həyata keçirtmək üçün lazımı maliyyə ayrılsa da, işçi qüvvəsinin olmaması da göz qabağındadır. Prezidentimizin ciddi aqrar planlarını həyata keçirilməsi üçün şəhərlər köçmüş cavanları kəndə qaytarmaq lazımdır. Bunun üçün kəndli təsərrüfatında qazandığı pul şəhərdə qazandığından qat-qat çox olmalıdır. Ancaq belə olduqda onsuz da, şəhərdə iş tapa bilməyən cavanlar kəndə qayıdarlar. Sadə dildə desək, onların kəndə qayıtmasında iqtisadi maraqları olmalıdır. Azərbaycanın müstəqilliyinin ilk illərində Azərbaycanın kənd təsərrüfatında 600 mindən artıq işçi, 300 minə yaxın sənayedə fəhlə vardı. sonradan bu göstəricilər birə-beş azaldı. əgər biz kəndi dirçəltmək istəyiriksə, ən azı bu qədər iş yeri açmalıyıq və yüksək maaşla təmin etməliyik ki, kəndli kəndə qayıtsın, Regionun, sənayenin, xarici ticarətin, azad sahibkarların işinə çox ciddi təzyiqlər vergi və gömrük maneə yaradır, rüsumlarını qaldırmaqla, iqtisadi inkişafın sürətini azaldır. Rüsumun qaldırılmasını təkərin altına qoyulan daşla müqayisə etmək olar. Ümumiyyətlə, gömrük və vergi rüsumlarının bir nazirlikdə yığılması bütün dünyada Maliyyə nazirliyinin funksiyasına daxildir. Bu qurumların fəaliyyətinin bu nazirlik həyata keçirir. Azərbaycan Prezidenti Azərbaycanda apardığı islahatları gücləndirmək üçün bu nazirlikləri Avropa ölkələrində olduğu kimi Maliyyə nazirliyinin tərkibinə qatmalıdır. Belə olduqda, ABŞ və Avropada olduğu kimi Azərbaycanda da bu qurumların iqtisadi sistem daxilində düzgün işləməsinə nəzarət artar və neqativ hallar aradan qaldırılar. Vergi və gömrüyüm düzgün iqtisadi proqnozunu verməyi bacaran insanları idarəçiliyə dəvət etmək lazımdır. ASAN xidmətin tərkibində olması isə daha məqsədə uyğundur. Biz yuxarıda təhlil etdiyimiz bəzi iqtisadi problemləri oxucularımıza çatdırmaqla, Azərbaycan hökumətinin devalvasiyadan sonra qarşısına çıxan ündə məsələləri bütün çılpaqlığı ilə göstərdik. Məqsəd odur ki, Azərbaycan Respublikasının düşdüyü bu bəladan qurtarması üçün reallığı göstərmək və imkan daxilində müəyyən çıxış yollarının olduğunu nəzərinizə çatdırmaqdır. Düşünürük ki, hökumət də bu tədbirlərə əl atsa, biz Azərbaycanı düşdüyü böhrandan çıxara biləcəyik. Sadəcə olaraq bilməliyik ki, iqtisadi problemləri yaradan amillər nədir və bunun qarşısını necə almaq olar. Bu mümkündür və bunu etmək üçün hökumət və dövlət başçısı ciddi addımlar atmalıdır. Nazirlər kabineti bütün nazirlikləri öz nəzarətində saxlamalı və iqtisadi tarazlığı pozmağa aparan amilləri nizamlamalı və proqnozlaşdırmalıdır. Bazar iqtisadiyyatı planlı təsərrüfatdır. Sovet planlı sistemindən fərqli olaraq bu sistem daha çox tarazlaşmışdır və sonuncu nəticəni gözləyir. Başqa sözlə desək, bazar iqtisadiyyatı vahid sistem şəkilində işləyir. Nazirlər kabineti öz işlərini ciddi proqnozlaşdırmalıdır, onun nəticəsində iqtisadiyyatın bu və digər sahələrinə rəvac verməlidir. Daha doğrusunu desək, sovet dövründə olduğu kimi, Plan komitəsinə bənzər bir dövlət proqnozlaşdırma idarəsi yaradılmalıdır ki, atılan ciddi iqtisadi addımları proqnozlaşdırsın və nəticəsini göstərsin. Ancaq bundan sonra bu və digər təsərrüfatın inkişafına icazə verilməlidir. Biz buna yeni bürokratik aparatın yaradılması kimi baxmırıq. Bu bəladan qurtarmaq üçün ciddi sistem dəyişiklikləri edilməlidir. Sistem dəyişikliklərinin ümdə məqsədi düşdüyümüz bu iqtisadi və siyasi böhrana aparan vəziyyətdən çıxmaqdır. Biz sonuncu Referendumu da bununla əlaqələndiririk. Referendumun nəticələrinin həyata keçirilməsi və yeni strukturların yaradılması, ölkə iqtisadiyyatının inkişafına mane olan t amillərin qabağı alar və Prezidentin Qərar və Fərmanlarının operativ və effektiv şəkildə yerinə yetirilməsini təmin edər. Odur ki, Prezidentimizin həvalə edəcəyi 1 Vitse-Prezident və o birisi Vitselər, yüksək idarəçilik və təşkilatçılıq qabiliyyətinə malik olan insanlar olmalıdırlar. Son illər Azərbaycanda keçirilən Avrovizon, Avropa Olimpiyada oyunları onu göstərdi ki, Azərbaycanın birinci xanımının təşkilatçılığı və yüksək diplomatik qabiliyyəti nəticəsində Azərbaycanı dünyaya tanıtdı və ölkəmizin qarşısına qoyduğu bütün məqsədlərə nail oldu. Mehriban xanımın hər iki böyük hadisənin təşkilat komitəsinə rəhbərliyi onu göstərdi ki, bu şəxsiyyət yüksək təşkilatçılıq qabiliyyətinə malikdir və onu təşkilat komitəsində olan nazirləri yüksək bacarıqla idarə etdi və demək olar ki, qarşısına qoyduğu bütün məqsədlərə nail oldu. Diqqətlə düşünsək görərik ki, Birinci Ledi faktiki olaraq Nazirlər kabinetinin funksiyasını öz üzərinə götürmüşdü və onun öhdəsindən bacarıqla gəldi. Tikib yaratdıqları da göz qabağındır. Gözəlləşən şəhərimiz, paytaxtımızın simvoluna çevrilmiş tikililər. Azərbaycanda idarəçilik sistemini dəyişilməlidir. Hamı da inanır ki, bu işi ancaq Birinci Vitse-Prezident həyata keçirə bilər, əgər iqtisadiyyatla bağlı bütün səlahiyyətlər ona verilsə.

Category: Azəricə | Views: 55 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Log In

Search

Language

Azəricə [18]
Русский [49]
English [8]

Calendar

«  January 2018  »
SuMoTuWeThFrSa
 123456
78910111213
14151617181920
21222324252627
28293031

Entries archive