Dil

Azəricə [56]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » April » 2 » AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ VİTSE-PREZİDENT İNSTİTUTUNUN İŞLƏMƏSİ İLƏ BAĞLIDIR
22:15
AZƏRBAYCANDA PREZİDENT SEÇKİLƏRİ VİTSE-PREZİDENT İNSTİTUTUNUN İŞLƏMƏSİ İLƏ BAĞLIDIR

Azərbaycan cəmiyyəti demək olar ki, dünyanın ən siyasətləşmiş cəmiyyətlərindən biridir. Odur ki, xalq başqa millətlərdən fərqli olaraq, dövlət marağını hər şeydən üstün tutur.  Son 25 il ərzində xalqımız kimin kim, nəyin nə olduğunu yaxşı dərk etmiş, Azərbaycanın maraqlarını başqa ölkələrin maraqlarından üstün tutmağa başlamışdır.
“Böyük qardaş” axtarışından uzaq durmuş və Azərbaycanın özü-özünü qorumasının vacibliyini dərk etmişdir. Demokratiya, azadlıq və s. anlayışların ölkəmizə gətirdiyi fəlakətlərin xaricdən idarə olunduğunu gördükcə, daha da mətinləşmiş və çalışmış ki, bu anlayışlarla siyasi alver edənlərdən uzaq dursunlar. Mitinqlərə xalqın gəlməməsini də bununla izah etmək olar.
Aydındır ki, xalqın müxalifətdən qaçmasının səbəblərindən biri də elə budur.
Azərbaycan cəmiyyəti müxalifətin başqa ölkələrdən aldığı qrant hesabına fəaliyyət göstərdiyini görüb onlardan uzaqlaşdılar və anladılar ki, heç bir ölkə heç kimə heç nədən heç nə vermir, onlar etdiyi yardıma görə müəyyən maraqları var və bunun vasitəsi ilə Azərbaycana təzyiq göstərirlər.
Oxucular elə düşünməsin ki, biz müxalifətin olmasının əleyhinəyik. Əksinə, müxalifətsiz cəmiyyət inkişafından geri qalır cəmiyyətdir. Azərbaycanda həqiqi müxalifət yoxdur, olanlarin belləri isə Qərbə və klanlarına bağlıdır və yaxud 5-6 adamdan ibarət mini-partiyalardır. Bütün bunlar yalan üstündə qurulduğundan və xalqdan uzaq olduğundan onlarla xalq arasında heçnə ola bilməz, odur ki, xalq onlardan qaçır. Maraqlısı budur ki, partiya sədrlərinin çoxu ancaq iki regiondandır. Belə alınır ki, qalanlar regionların insanları bu regionların insanlarından axmaqdır. Axı insafda yaxşı şeydir. Xalqın dərdini bilən xalqın öz regionundan bir adam olmalıdır ya yox. Bu mini partiyaların sədrlərin MM –də lövbər salması üçün  hər şərait yaradılmışdır və onların orada olması ilk növbədə xalqla iqtidar arasında dərin uçurum yaratmışdır.
MM bütün regionları əhatə etməlidir və oranın təmsilçiləri öz regionlarından olmalıdır. Deməli, seçki sistemi təkmilləşdirilməlidir.
Həqiqi müxalifət iqtidarı əvəz edə biləcək siyasi qüvvəyə deyilir, ölkənin konkret iqtisadi və maliyyə qurumlarının maraqlarından çıxış edir. ABŞ demokrat və respublikaçı partiyaların konkret iqtisadi qüvvələri təmsil edir və onların maraqlarını qoruyur.
Azərbaycanda isə mövcud olan partiyaların  çoxu, daha dürüst desək, ancaq YAP konkret olaraq iqtidarı qoruyur, qalanlarının isə heç bir iqtisadi qurumla əlaqəsi olmadığından, sadəcə olaraq fiksiyadır və heç bir qurumu təmsil etmirlər. Aydındır ki, belə partiyalar siyasi oyunların başında gedirlər və xalqla heç bir əlaqəsi yoxdur. Onlardan iqtidar çoxpartiyalı Parlamenti formalaşdırmaq üçün istifadə edir və bu göz qabağındadır ki, Parlamentdə özlərini müxalifət adlandırsalar da, indiyə qədər xalqın marağından, dövlətin marağından bir dənə də olsun qanunun qəbul etdirməyiblər, bir qanun layihəsi irəli sürməyiblər.
Gəlin özümüzü aldatmayaq. Məgər bu partiyalar ölkədə baş alıb gedən korrupsiyanı görmürlər? Məmurların özbaşınalıqları Azərbaycan dövlətçiliyinin bünövrəsini dağıtmaqdadır Məgər buna göz yummaq cinayət deyil?  Gəlin razılaşaq ki, bu partiyalar siyasi oyunların başında durduqlarından, Parlament faktiki olaraq öz funksiyasını yerinə yetirməyib və ölkədə baş verən hadisələrdən kənarda qalmışdır.
Ölkədə devalvasiyadan sonra baş alıb gedən resesiyanın, daha düzünü desək iqtisadi bəlanın vurduğu zərbədən Parlament bir kəlmə belə danışmayıb, ölkənin düşdüyü bu bəladan qurtarmaq üçün Hökumətdən ciddi planın olmasını tələb etməyib, iqtisadiyyatımızda gedən resesiya aradan qaldırmağa dair Parlamentin iqtisadiyyatla bağlı bir qanun qəbul etdirməyib. Sonuncu Hökumətin hesabatını dinləyəndən sonra yenə də onun qarşısında bir ciddi plan və qanun qoymadılar.. Yadda qalan  Z.Orucun “Artur müəllim, Siz haçan istefa verəcəksiniz? ” Ola bilsin bu frazanın arxasında hökumətin səhvləri  və bacarıqsızlığı dururdu, ancaq deputatların özlərinin ortaya qoyduğu iqtisadi böhranla bağlı bir qanun layihəsi və qərarı yox idi.
Buradan istəsək də, istəməsək də, Parlamentə kimin proteksiyası ilə seçilən deputatın öz ağasını Baş Nazirin yerinə oturtması oyunu oynadığını göstərirdi. Ən maraqlısı cırtdan partiyaların liderlərinin KİV-dəki çıxışları idi. Hiss olunurdu ki, onları maliyyələşdirən məmur-oliqarxlardır
Azərbaycan dövlət strukturlarının təkmilləşməsi Azərbaycan dövlət maraqlarından biri olduğunu inkar etmək dürüst olmazdı, çünki müstəqilliyə çıxdıqdan bu günə qədər faktiki olaraq Azərbaycan ancaq bir istiqamətdə Azərbaycan respublikasını möhkəmləndirmək və dünyaya  tanıtmaq məqsədini həyata keçirtmişdi. Bununla belə bizi əhatə edən dünya dəyişmiş, Azərbaycan da dəyişən dünyaya uyğunlaşmaq üçün ciddi islahatlar qarşısında qalmışdır.
     Devalvasiyanın bizim respublikaya vurduğu zərbə haqqında bir kəlmə belə yazılmayıb. Xalq nə baş verdiyindən xəbərsizdir. Bizim jurnalistika bu haqda demək olar ki, susub. Ancaq  bir faktı qeyd etməliyik ki, devalvasiya  Azərbaycanda olan bütün mallar, xidmətləri iki dəfə aşağı endirib və ölkə bu bəladan çıxmaq üçün iki dəfə neft hasilatını və qeyri neft sektorunun da bu qədər inkişafı məsələsini Azərbaycan iqtidarının qarşısına qoymuşdur.
Hər ağlı işləyən vətəndaş bilir ki, bu nə deməkdir. Çünki burada  söhbət Azərbaycan dövlətinin mövcudluğundan gedir. Baş vermiş devalvasiyanın səbəbkarı ölkə rəhbərliyi yox, xarici fövqəl dövlətin Azərbaycana qarşı apardığı təzyiq siyasətinin nəticəsidir.
İnkar olunmaz faktdır ki, Azərbaycan dövlətini resesiyaya aparan qüvvə daxili iqtisadi vəziyyət deyil, xaricdən ortaya atılan devalvasiyanın nəticəsidir.
Belə olduğu halda xalqla iqtidar birliyinin eyni mövqedən - Azərbaycan dövlətçiliyini qorunması mövqeyində çıxış etməsi və Azərbaycan cəmiyyətində  hərəkət verici qüvvələrin bir mövqedən çıxış etməsi məsələsi ortaya çıxır, yəni hər hansı bir siyasi qurum və yaxud cəmiyyət bir siyasi mövqedən çıxış etməli, ölkədə stabilliyi saxlamalı və Azərbaycana qarşı təxribatların qarşısı alınmalıdır, xalqımız çox ayıq-sayıq olmalıdır, çünki müstəqil olmaq istəyən xalq gərək özünü qorusun.
Müstəqilliyin bünövrəsi onun iqtisadiyyatıdır. Ölkəni iqtisadiyyatı düzgün qurulmasa, ölkə bir anın içində müstəqilliyini itirər və başqa  ölkələrdən asılı vəziyyətə düşər. Bu müstəqilliyin yazılmamış qanunudur, bu aksiomadır.  
Ölkə iqtisadiyyatı ölkəni dolandırmalıdır və daima inkişafda olmalıdır, çünki gün-gündən texnoloji cəhətdən dəyişən dünyada inkişaf etmiş ölkə kimi yer tutmasaq başqa iqtisadi cəhətdən inkişaf etmiş ölkələr bütün resurs və imkanlarımızı əlimizdən alar və Azərbaycanı geridə qalan bir dövlətə çevirərlər.
İqtisadiyyat  ölkəni saxlamalıdır, yəni müstəqil dövlət quran xalq özü özünü dolandırmalıdır. Bu nə deməkdir? Sadə dildə desək, ölkəni saxlayan onun büdcəsinə yığılan pullardır. Aydındır ki, büdcə kəsri olan ölkə inkişafdan qalır.
Biz Azərbaycana edilən xarici təzyiqlərdən danışmasaq, deməli, heç nəyi anlamırıq. Xarici təzyiqlərin əsasını  iqtisadi və maliyyə təzyiqlər təşkil etdiyini qeyd etməliyik, çünki bunların arxasında siyasi təzyiqlərin durduğunu görməliyik. Başqa ölkələrdən iqtisadi və yaxud maliyyə asılılığı siyasi təzyiqlərə gətirib çıxarır ki, ölkənin müstəqillik bünövrəsi dağılır.
İndiyə qədər ölkəmizdə baş verən devalvasiyanın xarici maliyyə təzyiqi olduğunu bir iqtisadçı və siyasətçinin ağzından eşitmirik, axı kor-kor gör-gördür.
Ölkəyə neftin qiymətinin aşağı düşməsi bəhanəsi ilə Qərb Azərbaycana çox ciddi iqtisadi zərbə vurub. Faktiki olaraq ölkəmizdə bütün qiymətlər və xidmətlər iki dəfədən  aşağı düşüb, yəni Azərbaycan iqtisadiyyatı  indi ölkəni dolandırmaq üçün iki dəfə çox işləməli və iki dəfə çox qazanmalıdır.  
Bzejinski bir vaxt deyirdi ki, “bu və ya digər ölkəni öz təsir dairəsinə salmaq üçün hər şeydən əvvəl onun strateji əhəmiyyətini dərk etməli və bu ölkə ilə olan əlaqələri elə müstəvidə qurmaq lazımdır ki, sabah istədiyin vaxt bu təsir mexanizmdən istifadə edə biləsən”.
Bu sözlərin arxasında ABŞ apardığı  proteksionist siyasətin mahiyyəti durur və bu inkar olunmaz faktdır.
2015-ci il fevralın 21-də Ukraynada baş vermiş dövlət çevrilişindən sonra dünya iki yerə bölünməyə başladı.
Bizim bəzi siyasətçilərin psixologiyası indiyə qədər Sovet dövründən qalan “böyük qardaş”  anlayışı ilə işləyir. Siyasi mövqeyi “böyük qardaş” axtarıb ona arxalanmaq və “böyük qardaşın” dediklərinə əməl etməkdir  Nəticədə , milli  və dövlətçilik maraqları güdaza gedir.  İndiyə qədər anlamırlar ki, Azərbaycanın başına gələn bütün bəlaların arxasında “böyük qardaş “ axtarmaq oyunu durub. 1992-ci ilk dövlət çevrilişini edənlər əvvəl Türkiyə, sonra Rusiyanın quyruğundan yapışdılar 12 oktyabr 1992-ci ildə qol atdıqları Rusiya-Azərbaycan dostluq və əməkdaşlıq haqqında müqavilə qalan “böyük qardaşları” bizdən uzaqlaşdırdı, Nəticədə Azərbaycan Qarabağı itirdi.
Söhbət ondan gedir ki, biz milli maraqları  kənara atıb, “böyük qardaşın” dediklərini etməklə Azərbaycanın iqtisadi və siyasi müstəqilliyini itirməyə doğru  gedirik. “ qardaşın” əməllərinə düzgün qiymət verməklə siyasət qursaydıq, indi bizim heç bir problemimiz olmayacaqdı.
Devalvasiya zərbəsini bizə vuranın Qərb olduğunu bir siyasətçi və deputat ağzına alıb belə danışmır, sanki ölkənin hara yuvarlandığını görmürlər.
İndiki iqtidara Azərbaycan xalqının böyük dəstək olduğunu demək artıq olardı, çünki xalqımız, kimin kim, nəyin nə olduğunu yaxşı bilir. Odur ki, “müxalifət” deyilən fərdlərdən uzaq dururlar.
Səbəbi isə çox sadədir, çünki bilirlər ki, Qərbdə özlərinə “dayday” tapmışlar və onların qrantları ilə partiya yaratmışlar heç vaxt millətin marağından çıxış etməyəcəklər. Xalqın ümidi Azərbaycanın marağından çıxış edən siyasətçilərdir.
İqtisadiyyatımızın böhrana düşməsini araşdıran ciddi bir qurumun olmaması da göz qabağındadır. AzTv-lərdə ağzını açıb dünya şöhrətliyəm deyən və özünü reklam edən iqtisadçıların biri də Qərbin Azərbaycanın başına açdığı devalvasiya oyununun mahiyyətini açıqlamır, bu bəladan çıxış yolların göstərmirlər.
Prezidentin İslahatlarını tərifləməklə elə bilirlər ki, onu yüksəklərə qaldırlar. Əksinə bunla belə fərdlərin çıxışları xalqla-Prezident arasında uçurum yaradır.  Kəmsavad  təklif və fikirləri böhrandan çıxmaq üçün ciddi tədbirlərə əl atan Prezidentimizi xalqın gözündən sal;rlar, çünki xalqımızın  zəhləsi gedən adamların onu tərifləməsi imicinə zərbədir.
Əksinə ağlı başında olan insanlar devalvasiyada sonra baş alıb gedən resasiyanın qabağı alınmadığın, yəni ölkədə katastrofik şəkildə daxili məhsulların və xidmətlərin ucuzlaşma tüğyan edən  dövrdə, ölkənin yeganə yolu, mövcud olan bütün iqtisadi imkanlardan istifadə edib, ölkənin iqtisadi rıçaqlarını iki qat işə salmaqın vacibliyini qeyd etməklə, Prezidentə dəstək olurlar. İqtisadiyyatımızın inkişafına mane olan strukturların aradan qaldırılması məsələsini ortaya atırlar.
Biz bu işlərinin görülməsini Nazirlər Kabinəsindən gözləsək də,  indiyə qədər ölkədə mövcud olan iqtisadi imkanlardan istifadə ilə bağlı real bir plan və yaxud layihə görmürük
. Prezidentimizin iqtisadi rıçaqların işə salınması ilə bağlı Fərman və göstərişlərinin  həyata keçirilməsi isə ləng gedir, səbəb, əlbəttə ki, idarəçilik strukturlarının müasir dövrün tələblərinə uyğun gəlməməsidir.
Azərbaycan Prezidentinin ötən il referendum çağırması və xalqın  dəstəyini  almasını bununla əlaqələndirmək olar, çünki ölkə idarəçiliyində inkişafı ləngidən ciddi maneələr var və bu maneələr idarəçiliklə bağlı olduğundan ölkənin idarəçilik sistemi dəyişdirilməlidir. İdarəçilik sisteminin optimallaşdırılması ölkəni düşdüyü ciddi iqtisadi böhrandan çıxartmaq üçün ən düzgün yollardan biridir.
Referendumdan irəli gələn bütün vəzifələr yerinə yetirilməlidir, çünki bu qərarı Azərbaycan Prezidentinə xalq verib və xalqımız ölkə idarəçiliyində islahatların aparılmasının vacibliyini görür.
Referendumun başqa bir tərəfi xarici ölkələrin ölkəmizdə gedən prosesləri izləməsidir. Yəni xalqın istəyinin necə yerinə yetirildiyini və ölkə idarəçiliyinə xalqın təsirini bilməkdir
Referendumun qərarların isə yerinə yetirilməsinə bu ölkələr  Azərbaycanda stabilliliyin olması kimi qəbul edirlər.
Gəlin razılaşaq ki, ölkəmizə investisiyaların qoyulması ilk növbədə bununla bağlıdır, çünki qeyri-stabil olan ölkələrə heç bir dövlət investisiya qoymaq istəməz.
Sevindirici haldır ki, istər Qərbin, istərsə Şərqin Azərbaycana münasibəti başqa ölkələrə nisbətən daha yaxşıdır. Bu yaxınlarda Asiya İnkişaf bankı (AİB) Azərbaycana milyard yarım kredit ayırdı.  Bu  bir daha onu göstərir ki, Azərbaycana investisiya qoymaq istəyənləri sayı artır.
İslam oyunlarının keçirilməsi və s. tədbirlər Azərbaycana olan inamdan xəbər verir və istər iqtisadi, istərsə siyasi baxımdan bu ölkəmizin xeyrinədir.
Son illər Azərbaycanda baş alıb gedən tikinti, abadlaşdırma işləri bir ölkədə getməyib. Şəhərlərimizin son 10 il ərzində öz simasını dəyişməsi, yeni məktəb, xəstəxanalar, park və istirahət mərkəzlərinin salınması və Avropa səviyyəsində “Yevravijin”, Avropa və, İslam oyunlarının keçirilməsində Azərbaycanın Birinci xanımın rolu inkar olunmazdır..
Onun Prezident tərəfindən Birinci Vitse-prezident seçilməsi bu şəxsiyyətin xidmətlərinə verilən yüksək qiymətdir  və inkar olunmaz faktdır ki, Azərbaycanı dünyaya tanıdan ən bacarıqlı və görkəmli siyasi xadimdir.
Prezident İ.Əliyevlə Vitse-prezident M.Əliyevanın siyasi vəhdəti ölkəmizə qarşı olan təzyiqlərin qarşısını ala bilər, bundan əlavə neftin qiymətinin aşağı düşməsi ilə bağlı iqtisadi böhrandan çıxmaq üçün Azərbaycanın iqtisadi məsələlərinin həllinə təkan verər. Gəlin razılaşaq ki, Azərbaycan dövlət idarəçiliyi qətiyyətli insanlara möhtacdır.
Bu saat hər bir Azərbaycan Vətəndaşı ölkəsində nə baş verdiyi və məmur özbaşınalığının qarşısının alınmasının nə qədər vacib olduğunu bilir. Bununla belə hakimiyyət strukturlarında baş alıb gedən yerlipərəstlik, klançılıq, əliəyrilik, qanunlara riayət olunmaması və s. ölkəmizi dağıdan əməllərdir və bunlar aradan qaldırılmadır.
Azərbaycan ilk növbədə Prezidentin böhranla bağlı qəbul etdiyi qərar və fərmanların yerinə yetirilməsini operativ şəkildə təmin edən yeni dövlət strukturu yaranmalıdır. Gəlin inkar etməyək ki, Prezidentin qərar və fərmanlarının çoxunu harınlaşmış məmurlar qulaq ardına alırlar və bəzi hallarda isə heç yerinə yetirmirlər.
Səbəb Nazirlər kabinetinin ləng işləməsi və bəzi hallarda omorf vəziyyətində olmasıdır.  
Vitse-prezident institutunun işləməsi hər şeydən əvvəl, Nazirlər kabinetini omorf vəziyyətindən çıxarıb, real iqtisadi islahatların həyata keçirilməsi ilə məşğul olmasını təmin etməlidir. Mehriban Əliyevanın yuxarıda adı çəkdiyimiz Dövlət tədbirlərinə başçılıq etməsi, onu göstərdi ki, bu şəxsiyyət Nazirlər kabinetinin işlərini öz üzərinə götürüb, yüksək təşkilatçılıq nümunəsi göstərdi. Onun rəhbərliyi altında onlarla nazirlik saat kimi işlədi və qarşılarına qoyulan bütün məsələləri həll etdilər.
İndi isə Birinci Vitse-Prezident kimi xalqın referendumda ona verdiyi səlahiyyətlərin hamısını yerinə yetirməlidir.
. Prezident ilk növbədə referendumdan irəli gələn müddəaları həyata keçirtməkdədir  Əlbəttə ki, bu onun Qərar və Fərmanlarının tezliklə yerinə yetirilməsi üçün şərait yaradır və böhrandan çıxmaq üçün Prezidentin hazırladığı plan və layihələr tez həyata keçirilməsi xalqın həyat səviyyəsini yüksəldəcək. Bu çox vacib məsələlərdən biridir.
Xalq Prezidentdən Azərbaycan iqtisadiyyatını tormozlayan, ona mane olan məmur özbaşınalıqlarından xalqın yaxasını qurtarmalıdır. Bunu ancaq Mehriban xanım edə bilər.
Yeni strukturun yaranmasına qarşı gedən yüksək məmurlar anlamalıdırlar ki, ölkəni ciddi iqtisadi və siyasi böhrana aparırlar. Onlar Azərbaycan dövlətçiliyinin dağılmasına gətirib çıxara bilərlər.
Aydındır ki, M.Əliyevanın işləməsinə mane olan strukturlar hansılardır və bu strukturların Azərbaycan Konstitusiyasına uyğun olmaması və Nazirlər kabinetinin işlərini öz əllərində saxlaması korrupsiya sxemi yaradır və dünya ölkələri Azərbaycana münasibətini dəyişir. Azərbaycanın Konstitusiyasında yazılan bütün  qanunlara əməl olunmalıdır.
Vitse-prezident M.Əliyeva bütün səlahiyyətlərini həyata keçirilməlidir.  Ona təkcə qaçqınların probleminin həllini həvalə etmək, Vitse-prezident strukturunu qaçqınkoma bərabər etmək deməkdir.
Bu saat Azərbaycana Prezident İ.Əliyevin iqtisadi islahatlarla bağlı Fərmanlarını həyata keçirən ciddi qurum lazımdır. İnkar olunmazdır ki, məmurlar bu fərmanların yerinə yetirilməsinə ciddi maneələrə törədirlər.
Bunun qabağını almaq üçün ən ciddi tədbir bu işləri də Vitse-prezident institutuna  həvalə  etmək və Nazirlər kabinetinin işinə nəzarəti də  bu struktura tapşırmaq lazımdır. Belə olduğu halda Azərbaycanda iqtisadi islahatları həyata keçirilməsinin nəzarət edən struktur yaranır. Gəlin razılaşaq ki, belə struktur yoxdur və Prezidentin çox fərmanlarının icrası ya yarımçıq qalır, ya da ümumiyyətlə yerinə yetirilmir.  
Azərbaycanda növbədənkənar Prezident seçkilərinin keçirilməsinin siyasi məqsədi –Azərbaycan dövlət idarəçiliyində yeni idarəçilik sistemlərinin tətbiqi ilə bağlıdır. Aydındır ki, Prezident İ.Əliyevə 11 aprel Seçkisində alternativ yoxdur və əvvəlcədən deyə bilərik ki, yüksək səs toplamaqla rəqiblərini qutuda qoyacaqdır.
Əsas məqsəd odur ki, qalib gələn Prezident Referendumdan irəli gələn bütün müddəaları yerinə yetirsin və 1 Vitse-Prezident institutunun tam işləməsinə şərait yaratsın. Bu bütün Azərbaycan xalqının istəyidir. Əlbəttə ki, xalq ölkənin gələcəyini  İ.Əliyevlə, M.Əliyevanın vəhdətində görür.

Category: Azəricə | Views: 192 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları