Dil

Azəricə [50]
Русский [99]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » November » 9 » AYININ MİN OYUN VAR BİR ARMUDUN ÜSTÜNDƏ. ABŞ-IN MİN OYUNU VAR İRANIN ÜSTÜNDƏ
20:10
AYININ MİN OYUN VAR BİR ARMUDUN ÜSTÜNDƏ. ABŞ-IN MİN OYUNU VAR İRANIN ÜSTÜNDƏ

Analitika

Ayının min oyun var bir armudun üstündə. ABŞ-n min oyunu var İranın üstündə. Azərbaycana gündə biri gələn ABŞ siyasətçilərinin gəlişinin mahiyyəti də elə bununla bağlıdır. Digər tərəfdən Rusiyanın da Azərbaycana təzyiqi gхz qabağındadır. Neytral mövqe tutmaq istəyən Azərbaycanı Kollektiv Təhlükəsizlik təşkilatının Qazaxıstanda keçirilən iclasına qonaq kimi dəvət edilməsi və Prezidentin ora getməməsi və ABŞ Nəqliyyat Komandanlığının komandanının başçılıq etdiyi nümayəndə heyətini qəbul etməsi regionda vəziyyətin gərginliyindən xəbər verir. Azərbaycana nə qədər təzyiq olacağı haqda hələ «А если начнется Вторая холодная война» məqaləsində üç il bundan əvvəl yazmışdıq. Soyuq müharibə qarşısında qalan Azərbaycanın iki düşərgədən birini ya ABŞ-ı, ya da seçim edəcəyini demişdik.

 

İrana qarşı sanksiyalar noyabrın 5-dən yerinə yetirilməyə başlanıb. Avropa birliyi və Çin İrana qarşı sanksiyaların yerinə yetirməyəcəyini elan etsələr də, bu üç-dörd gündə baş verən hadisələr əksinə olduğunu göstərir.

Məsələn, Çinin İranla əlaqəli böyük neft şirkətləri İrandan alınan neftin həcminin demək olar ki, heçə endirməsi, sanksiyaların tam işləyəcəyini göstərir.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarova qarşı KİV-lərdə gedən təbliğat, əlbəttə ki, onun 30 oktyabr 2018-ci il tarixində İran-Türkiyə-Azərbaycan xarici işlər nazirlərinin  İrana qarşı sanksiyalarda iştirak etməyəcəkləri barədə Sazişə qol çəkmələri ilə bağlıdır. Sirr deyil ki, MM deputatları, əgər bu və ya digər dövlət xadiminə qarşı təbliğat aparırlarsa, deməli, xüsusi tapşırıqla iş görürlər. Aydındır ki, bu çıxışları təşkil edənlər yüksək dövlət məmurları və yaxud ABŞ-ın təsir agentləridir.   

Əlbəttə ki, Azərbaycan üçün Şimal-Cənub tranzitinin işləməsi hər üç dövlət üçün böyük iqtisadi imkanlar yaradır və bu Xarici işlər nazirlərinin düzgün seçimi idi. Ancaq bu seçim ABŞ-n geosiyasi maraqlarına ziddir.

Noyabrın əvvəlində  Ukrayna prezidenti Pyotr Poroşenkonun Türkiyə təcili səfəri və Ərdoğanla D.Trampın adından danışması bir çox mətləblərə aydınlıq gətirir. Məsələn, Türkiyənin yenidən ABŞ düşərgəsinə qayıdacağından və İrana qarşı sanksiyalarda iştirak edəcəyindən. 11 noyabrda Trampla-Ərdoğanın Parisdə görüşəcəyi gözlənilir.

Türkiyə bankları Türkiyə siyasətinin güzgüsü-deyənlər yanılmırlar. Banklarda dolların qiymətinin aşağı düşməsi ondan xəbər verir ki, ölkədə bu görüşdən sonra dollar bolluğu yaranacaq və Türkiyə dollardan əl çəkməyəcək.

D.Trampın atdığı qətiyyətli addımlar özünü göstərməkdədir. İranla bağlı onun siyasətinin mahiyyəti - İranı ötən əsrin 60-cı illər çərçivəsinə qaytarmaqdır, yəni İranı öz müttəfiqinə çevirməkdir. İrana təzyiqin səbəbi də budur. Ondan sonra Rusiyaya qarşı Ukraynanı qoymaqdır.

Fikir verin: Rusiyanın Müdafiə naziri Şoyqunun  paytaxtın Sibirə köçürülməsi təklifinə. Rusiya-Ukrayna qarşıdurmasına gedən ABŞ eyni xalqı eyni xalqın əliylə məhv etmək planını hazırlayıb. Belə olduqda , bir saat ərzində Ukraynanın Moskvaya yaxın olan sərhədindən ərzində qanadlı raketlər vasitəsi ilə Moskvanı alt-üst etmək mümkün olacaq.

Azərbaycanın belə şəraitdə hansı düşərgəni tutacağı, əlbəttə ki, Türkiyənin seçimindən asılı olacağı haqqında Qərb mətbuatında geniş yazılar vardır, Türkiyə mətbuatı da istisna deyil. 11 noyabrda Paris görüşü Türkiyənin mövqeyini bildirəcək.

 

 

DƏYANƏT

Category: Azəricə | Views: 68 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları