Dil

Azəricə [35]
Русский [91]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Futbol Matçları

Home » 2018 » February » 9 » AMAC sağlam qüvvələrin birliyidir
19:12
AMAC sağlam qüvvələrin birliyidir


-Siz AMAC-ın aparıcı şəxslərindən birisiniz? AMAC hərəkatı nədir?
-AMAC- məqsəd deməkdir. Hər şeydən əvvəl Azərbaycan vətəndaşlarını vahid Azərbaycan dövlətçiliyi ideologiyası əsasında birləşdirən vətənpərvər azərbaycanlıların birliyidir.
-Bunun yaranmasına müəyyən iqtisadi və siyasi hadisələr səbəb olmalı idi.
-Elədir. Kənardan ölkəmizə qarşı istər iqtisadi, istərsə siyasi təzyiqlər başlamışdır. Azərbaycan dövlətçiliyinə qarşı Qərbin və başqa ölkələrin bəd əməlləri göz qabağındadır. Azərbaycan dövlətçiliyini dağıtmaq üçün bu ölkələrin təsir agentləri ölkəmizdə hər vəcdlə stabilliyi pozmaq istəyirlər. Hətta Qərbin Azərbaycanı Suriya və s. ölkələrin halına salmaq planları vardır. Məsələn “Piters planı”. Bu plana görə Yaxın Şərqi dağıtmaqla yeni dövlətlər peyda ola bilər və Azərbaycan Naxçıvanı itirə bilər. Qərbin və Ermənistanın təsir agentləri sadə bir etirazı qarşıdurmaya çevirə bilərlər. Dəhşətlisi odur ki, Azərbaycanda bəzi məmurlar və deputatlar da əməlləri ilə xalq arasında narazılıqlar yaradırlar. Son nəticədə, bu, ölkəmizdə qarşıdurma yarada bilər. Bundan əlavə, Soruss fondu tərəfindən maliyyələşdirilən bəzi mini partiyalar və QHT-lər də “demokratiya oyunları“ adıyla ölkədə qarşıdurma yaratmaq istəyirlər. Sevindirici haldır ki, xalqımız tam siyasətləşib və kimin kim olduğunu və hansı ölkədən maliyyə köməyi aldığını bilir və onlara qoşulmur.
-Bununla belə axı ölkədə narazılıqların olduğu da söylənilir.
-Hansı ölkədə narazılıq yoxdur? Narazılığa səbəb olan bütün faktorları ortaya çıxarıb, onların ölkəmizə vurduğu zərəri göstərsək və buna qarşı ciddi təkliflər versək, ölkəmizdə islahatlar yolu ilə çox şeyə nail ola bilərik. Söz gəlmişkən AMAC-ın ilk məqsədi Beyin mərkəzini yaratmaq ideyası idi və biz buna gedirik. Bu Mərkəz dünyada və ölkəmizdə baş verən hadisələrə ciddi qiymət vermək və yaranmış iqtisadi və siyasi durumdan çıxmaq üçün obyektiv yollar göstərmək məqsədi güdür. Başqa sözlə desək, Azərbaycan Respublikasına qarşı olan qüvvələri ortaya çıxarır və ölkəmizdə stabilliyi yaratmaq üçün müəyyən təkliflər irəli sürür.
 
-Siz intervyularınızın birində Azərbaycanın seçim qarşısında qaldığını yazmışdınız. Demişdiniz ki, Ukrayna hadisələrindən sonra ABŞ və Rusiya  dünyanı bölüşdürürlər və tezliklə öz üzərimizdə bu təzyiqləri daha sərt hiss edəcəyik. İndi isə hiss edirik. Çıxışı harada görürsünüz?
- Xalqın vahid bir cəbhədə birləşməsində. Reallığı dərk etməsində, səbirli və təmkinli olmasında, təxribatlara getməməsində. Bizə Suriya xalqı nümunə olmalıdır. Sanki, tarix özü Azərbaycan üçün şərait yaratdı ki, orada baş verən hadisələrdən dərs alsın və “demokratiya oyunbazlarından”, yəni Qərbin təsir agentlərindən uzaq dursun. 
-Gəlin Azərbaycanın siyasi səhnəsinə nəzər salaq!
-Azərbaycan müxalifətin iplərini Qərbin əlinə verdiyi üçün xalq onlardan uzaq qaçır, digər tərəfdən, Azərbaycan iqtidarında ölkəni dağıdan məmurlar xalq arasında narazılıq yaradırlar. Bu narazılıqlara səbəb onların açıq şəkildə xalqı soymaları və hətta zülm vermələridir. Bundan əlavə bəzi pullanmış və harınlamış fərdlərin qanunu tapdalaması və kasıbların əlindən varidatını almasıdır. Ən dəhşətlisi odur ki, bir çox İcra başçılarının Şəhid ailələrinə təhqiranə yanaşmalarıdır və onların hüquqlarını pozmalarıdır. 
-Bundan əlavə dini zəmində də narazılıqlar var. Siz nə düşünürsünüz?
-Elədir, ancaq Azərbaycanda dini zəmində qarşıdurma yaradanlar bəzən elə məmurların özləridir. Azərbaycanda ənənəvi İslam mövcuddur və ölkəmizdə istəsək də, istəməsək də din faktoru vardır. Odur ki, İslam ölkəsi kimi ənənəvi İslamı Azərbaycanda dəstəkləməliyik. Başqa dinləri ölkəmizə buraxmaq, xalqı parçalamaq deməkdir. Bu bir yana. Yeni açılmış qeyri-ənənəvi, yəni qeyri-Provaslav Kilsələrə gedənlər, Qərbin birbaşa təsir agentlərinə çevrilirlər. Tolerantlıq başqa ölkələr üçün kilsələr tikmək deyildir. Tolerantlıq yerli əhalinin başqa dinə hörmət etməsini şüurlu şəkildə təmin etməkdir. Ölkəmizdə şiələrin sayı çoxluq təşkil edir, real sosial bazaya malikdirlər. Talerantlığı, yəni başqa dinə loyal müasibəti onlar saxlayırdılar və saylayardılar. Ancaq heç nədən onlara qarşı getmək, Qərbə İslam faktorunun qabağını almağı göstərmək üçün atılan addımlar düzgün deyil. Nəticədə radikallaşma başlayır. Odur ki, biz Azərbaycanın özünü saxlamaq mexanizmin necə işlədiyini bilməliyik və onun işinə mane olan amilləri aradan qaldırmalıyıq.
-Sizin sözünüzdən belə çıxır ki, özünü saxlamaq mexanizmini ortaya çıxartsaq və necə işlədiyini xalqa göstərsək, xalq özü nəyin nə, kimin kim olduğunu biləcək?
-Bəli belədir. 
-Azərbaycan respublikasının bünövrəsi nədir?
-Azərbaycançılıq ideologiyası və Azərbaycan dövlətçiliyinin xalq tərəfindən qorunması.
-AMAC Azərbaycançılığı təbliğ edir?
-Azərbaycan, Azərbaycan dövlətini yaradan xalqların Vətənidir. Bizi BMT 2 mart 1992-ci ildə Azərbaycan dövləti, milləti və dili kimi tanıyıb. Bu üç anlayışın vəhdəti Azərbaycanın bünövrəsidir. Bizi istəməyən qüvvələr və ölkələr xalqlarımızı azsaylı, çoxsaylılara bölmək istəyirlər. Beləliklə, özlərini çox saylı adlandırmaqla Azərbaycan Konstitusiyasının Vətəndaşlıq prinsipini pozurlar. Azərbaycanı yaşadan Vətəndaşlıq prinsipi və Azərbaycan Vətəndaşlarının bərabərliyi hüququdur. Kim buna qarşı gedirsə, o, Azərbaycan dövlətçiliyinə qarşı düşmən mövqeyindədir.
-Bəzi fərdlər Azərbaycanı, onun qədim tarixini inkar edirlər…
-Səbəbi aydındır ki, ermənilərin oyunçularıdır. Digər tərəfdən “qardaş” adıyla özünü Azərbaycana soxuşduran bəzi ölkələrdir. Biz anlamalıyıq ki, müstəqillik prinsipi heç bir ölkəyə qardaş olmamağı tələb edir. Biz SSRİ-dən qurtulmaqla böyük rus qardaşından yaxamızı qurtardıq, indi başqa qardaş axtarırıqsa, deməli kiminsə qoltuq altı olacağıq. Azərbaycanı inkar edənlər, müstəqillik prinsipimizi inkar edirlər.
-Niyə AMAC-çıları millətçi sosialistlər adlandırırlar?
-Bunun nəyi pisdir? Məgər Azərbaycanı bütün dövlətlərdən üstün tutmaq qəbahətdir? Məgər Azərbaycanlıların Azərbaycanlılardan başqa dostu yoxdur demək yalandır? Məgər Azərbaycan iqtisadiyyatını tarazlaşdırmaq, kənd və şəhərlərimizi sənayeləşdirmək və kooperativlərin yaradılması ideyası səhvdir? Məgər Azərbaycana “qardaş ölkəyəm” deyə-deyə onu soyub aparanlara qarşı çıxış etmək lazım deyil? Biz Erməni faşizminin qurbanı olan xalqa çevrilirik. Faşistlərə qarşı daha qəddar olmağımız məgər qəbahətdir? A.Hitlerin kitabını diqqətlə oxusanız, görərsiniz ki, milli iqtisadiyyatı qaldırmaq yolları nə qədər sadə və optimaldır. O ki, qaldı müharibə ideologiyası, əlbəttə ki, bu səhv addım idi. 
Azərbaycan müharibə şəraitində iqtisadiyyatını qaldırmaq istəyir, optimal yollara əl atmalıdır. Kəmsavad, dünya iqtisadiyyatından xəbəri olmayan fərdlərin əlinə iqtisadiyyatı və resursları həvalə etməməlidir.
-AMAC yerlipərəstliyin və klançılığın əleyhinədir?
-Azərbaycan cəmiyyətinə bu anlayışları gətirənlər ölkəmizə çox ciddi zərbələr vurublar. Baxın Banklarla bağlı məsələlərə. Neçə bank Azərbaycanı aldadıb? Səbəbi qohum və yerlibazlıqdır. Vəzifələrə də bu prinsip əsasında qoyulur. 
-AMAC-ın Azərbaycan iqtidarına münasibəti necədir?
-İqtidarın ölkəmizdə apardığı quruculuq siyasətini inkar etmək olmaz. Ölkəmiz pis-yaxşı inkişaf etməkdədir. Qonşu respublikalarda bütün bunlar yoxdur. Bununla belə İqtidar sıralarında elə fərdlər vardır ki, yerlibazlıq, qohumbazlıq və s. əməlləri ilə xalqın gözündən düşüb. Belələrinin vəzifədə qalması iqtidara şərəf  gətirmir. Respublika Prezidentinin belələri imicini heçə endirirlər. 
-Bəs müxalifətə münasibətiniz?
-Azərbaycanda müxalifət olmalıdır və Azərbaycan xalqının maraqlarını təmsil etməlidir. Ancaq quyruqlarını başqa ölkələrin əlinə vermişləri AMAC qəbul etmir və heç bir ölkəni Azərbaycandan üstün tutmur. Onun üçün Azərbaycan Respublikası bütün dövlətlərdən üstündür və əlindən gələni edəcəkdir ki, müstəqilliyimizə zərbə dəyməsin və ona qarşı olan təhlükələrdən uzaqlaşsın.
-Məgər belə təhlükələr var?
-İstədiyiniz qədər. Qərbin, Rusiyanın, İranın, Türkiyənin, Avropanın və s. təzyiqləri, üstəlik Qafqazda müharibə ocağını yaradan Ermənistan. Bu təzyiqlərə sinə gəlmək üçün xalqımızın keçmiş müxalifət tərəfindən darmadağın etdiyi birliyini bərpa etməliyik. Bu birlik olmasa Azərbaycanı təmsil edən Azərbaycan iqtidarı xarici təzyiqlərə sinə gələ bilməyəcək.
-AMAC-ın fəaliyyət dairəsi necədir?
-AMAC öz fəaliyyətini Virtual aləmdə başlayıb və Facebook və elektron qəzet səhifəsində təbliğatını genişləndirir. AMAC-ın ideyalarını yaymaq üçün bu ən gözəl vasitədir. Bir tərəfdən distans mübadiləsi aparmağa, digər tərəfdən opponent üçün fikirlərini ifadə etmək üçün şərait yaradır.
-Demək olar ki, AMAC hər gün müəyyən tezislərlə çıxış edir. Nə üçün tezis şəklində? Bu tezislərin məqsədi nədir?
-Hər şeydən əvvəl tezislər qısa olduğundan onun məzmunu daha tez qavranır. AMAC nəzərə alır ki, bu saat insanlar İnformasiya yorğunluğu hiss edirlər. Bir-iki səhifədən artıq oxumurlar, səbirləri çatmır. Elektron KİV-lərin, radio və TV-lərin təsirindən insanların yaddaşları yorulur. AMAC-la əlaqəli olan psixoloq-alimlər informasiyanın təsirini artırmaq üçün onun tezis formasında verilməsini daha məqsədə uyğun sayırlar. Əslinə qalsa AMAC-ın hər tezisi ölkədə gedən proseslərlə bağlı məqaləyə bərabərdir, sadəcə olaraq qısaldılıb.
-Niyə açıq fəaliyyətə keçmirsiniz?
-Məgər İnternet açıq fəaliyyət deyil? Onun təsir qüvvəsi zallardakı yığıncaqlardan, küçələrdəki mitinqlərdən və s. qat-qat üstündür. Məqsədimiz isə geniş Virtual auditoriyaya Azərbaycanda gedən siyasi proseslərin mahiyyətini, dövlətçiliyimiz üçün yarana biləcək təhlükələri, bizə qarşı xarici dövlətlərin təxribatları, ölkəmizdə qarşıdurma yaratmaq istəyən xarici ölkələrin təsir agentlərinin və s. haqqında tezis şəklində obyektiv fikirləri xalqa çatdırmaqdır. Belə informasiyaların təsir qüvvəsinə gəldikdə onu deyə bilərik ki, AMAC-ın tezisləri xalq tərəfindən yaxşı qarşılanır və müzakirə olunur.
-AMAC-çılar kimlərdirlər və oraya daxil olanlara hansı tələblərlə yanaşırsınız?
-Əvvəla AMAC-çıların bir prinsipi mövcuddur: dövlət marağını şəxsi maraqdan üstün tutmaq, ölkədəki stabilliyi qorumaq, qarşıdurmaya aparan bütün faktorları ortaya çıxarmaq və düşmənlərimizin Azərbaycan dövlətçiliyinə qarşı apardığı təbliğatının mahiyyətini xalqa açıqlamaq, daha dərinə getsək, biz AMAC-ın bu formatına uyğun ziyalılardan ibarət analitik “Beyin mərkəzi” yaratmaq istəyirik. AMAC-ı təşkil edən ziyalılar analitik ağıla malik olan, an azı iki, üç dilli insanlardır, dünyada gedən proseslərdən xəbərdar, siyasi demaqogiyadan uzaq adamlardır. Onlar dünyada nə baş verdiyini obyektiv şəkildə təhlil edib, konkret nəticəyə gəlirlər və öz fikirlərini xalqa çatdırırlar. AMAC-la bağlı təhlilimiz onu göstərir ki, onu açıq şəkildə minlərlə insan dəstəkləyir və bircə anın içində yazdığı tezisləri minlərlə adam oxuyur, nəzərə alsaq ki, bu qədər respondentin LAYK etməsi, əgər götürsək ki, ən azı hərəsinin 10-16 dostu var, bircə andan informasiya yüzminlərlə adama yayılır və bir auditoriya təşkil edir.
-AMAC-la gün ərzində təmasda olanlar öz fikirlərini necə ifadə edirlər?
-Çox sadə. Hər kəs üçün şərait yaratmışıq ki, öz fikrini ifadə edə bilsin. Foruma qatılsın, dövlətçiliyimizin inkişafı ilə bağlı fikirlərini bildirsin.
-Növbədənkənar Prezident seçkiləri gəlir, buna münasibətiniz necədir?
-Hər şeydən əvvəl bu obyektiv prosesdir. Xalqımız Referenduma gedib, öz qərarını verib. Xalqın referendum qərarını yerinə yetirmək Prezidentin konstitusion borcudur və bir sivil ölkənin iqtidarı kimi, onu yerinə yetirir. Biz bunu alqışlamalıyıq və seçkidə yaxından iştirak etməliyik.
-AMAC-ın seçkidə iştirak etməklə bağlı fikirləri nədir?
-Seçkidə hamı iştirak etməlidir. Xalqın iştirakı seçkinin obyektivliyini və legitimliyini göstərir. AMAC seçkidə iştirakın tərəfdarıdır.
-Müxalifətin seçkiyə getməməsinə necə baxırsınız?
-Mənfi. Öz gücsüzlüyünü göstərirlər. 
-AMAC kimin tərəfini saxlayacaq?
-Əlbəttə ki, xalqımıza və dövlətçiliyimizə fayda verə biləcək namizədin.

Category: Azəricə | Views: 196 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta