Dil

Azəricə [56]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » November » 20 » AMAC hərəkatının üzvləri 20 noyabr tarixində Fəxri Xiyabanı ziyarət etdi
19:46
AMAC hərəkatının üzvləri 20 noyabr tarixində Fəxri Xiyabanı ziyarət etdi

Bu gün AMAC hərəkatının üzvləri Qarabağın azadlığı uğrunda 20 noyabrda şəhid olmuş dövlət xadimlərininin məzarlarını ziyarət etdi.

 

Vertolyotun vurulması nəticəsində Azərbaycanın bir çox dövlət xadimləri və jurnalistlər həlak olublar. Həlak olanlar arasında dövlət katibi Tofiq İsmayılov, baş prokuror İsmət Qayıbov, dövlət müşaviri, sabiq daxili işlər naziri Məhəmməd Əsədov, millət vəkilləri Vaqif Cəfərov, Vəli Məmmədov, baş nazirin müavini Zülfü Hacıyev, Prezident Aparatının şöbə müdiri, jurnalist Osman Mirzəyev, Qazaxıstan daxili işlər nazirinin müavini Sanlal Serikov, Azərbaycan Dövlət Televiziyasının jurnalisti Alı Mustafayev də var. Ümumilikdə qəza nəticəsində 22 nəfər həlak olub. Şəhidlər sırasında olan Tofiq İsmayılovun məzarı üstündə dualar oxundu.

 

Category: Azəricə | Views: 84 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları