Dil

Azəricə [36]
Русский [91]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Futbol Matçları

Home » 2018 » February » 27 » AMAC hərəkatının idarə heyətinin növbədənkənar iclası keçirilmişdir
21:36
AMAC hərəkatının idarə heyətinin növbədənkənar iclası keçirilmişdir

Bu gün AMAC hərəkatının idarə heyətinin növbədənkənar iclası keçirilmişdir. İclasda iştirak eləyən alimlər, yazıçılar, ziyalılar qərara gəldilər ki, AMAC hərəkatı kollegial idarə olunsa da ideologiya üzrə və təşkilat üzrə rəhbərlər seçilməlidir. Rəhbərliyi icraçı katiblər idarə etməlidir. İndiki dövrdə kimlərin nə işlə məşğul olacağı seçilməlidir. Regionlarda Ocaqların rəhbərləri də təyin olunmuşdur:


Təşkilat üzrə rəhbər Atamoğlan Məmmədli
İdeologiya üzrə icraçı katib Tahir Cəfərli
Qərb regionları üzrə Vüqar Quliyev
İngiltərə və Almaniyada Diaspora üzrə icraçı katib Məhbubə Seyidova
İnformasiya Mərkəzinin Sədri Vüsal Abbasov


İclasın təcili çağırılmasının səbəbi Azərbaycan Kommunistlər İttifaqının AMAC-la bağlı bəyanatı olmuşdur:
AZƏRBAYCAN KOMMUNİSTLƏR BİRLİYİNİN BƏYANATI
AMAC, tanınmış ziyalıları, elm, mədəniyyət adamlarını, fəhlə və kəndliləri, bir sözlə, cəmiyyətin bütün təbəqəsinin nümayəndələrini özündə birləşdirir, xalq üçün  yaşamaqla və xalqa xidmət etməklə, yüksək ictimai-siyasi təşkilat formasına və siyasi sistemin özəyinə çevrilməyə çalışır.
Ölkənin bütün ictimai-siyasi qüvvələrindən, intellektual və sosial-iqtisadi potensialından səmərəli şəkildə istifadə olunmasının tərəfdarı olan AMAC, müstəqilliyimizin möhkəmləndirilməsi, respublikanın ərazi bütövlüyünün bərpası, milli maraqlarımıza uyğun olaraq Dağlıq Qarabağ probleminin həlli, ölkə əhalisinin dinc və firavan həyat şəraitində yaşaması naminə ardıcıl və məqsədyönlü siyasət aparır. 
İdarəçilikdə birinci şəxsin yox, kollegial rəhbərlik prinsipini əsas götürən AMAC siyasi, iqtisadi və mədəni sahələrinin mütərəqqi inkişafına öz töhfəsini verməyə çalışır.
AMAC ümummilli mənafeləri rəhbər tutmağı, siyasi, iqtisadi, hüquqi və ictimai normalara tabe olmağı, onlara riayət etməyi tələb edir. Buna görə də Azərbaycan Kommunistlər Birliyi müstəqil, güclü və qüdrətli dövlətçilik prinsipinə sadiq olan AMAC ilə fəal və konstruktiv, qarşılıqlı əməkdaşlığa üstünlük verir.
Azərbaycan Kommunistlər Birliyi AMAC özündə milli, mənəvi və ümumbəşəri dəyərləri əks etdirən Azərbaycançılıq prinsipinə xüsusi önəm verir.
AMAC, sağlam düşüncənin qüdrətinə inanır, vətəndaş həmrəyliyini qoruyur, tərəqqinin qüdrətli vasitələrini qəbul edir.
Milli separatizmin, yerliçiliyin və milli məhdudluğun hər cür təzahürlərinə qarşı AMAC ardıcıl mübarizəsi bizim üçün  mühüm əhəmiyyət kəsb edir.
Humanizm və sosial ədalət uğrunda mübarizədə məqsədimiz AMAC ilə üst-üstə düşür.
AMAC xarici siyasət sahəsində beynəlxalq aləmdə sülh, sosial tərəqqi və xoşməramlı əməkdaşlıq uğrunda mübarizə aparan mütərəqqi qüvvələrlə sıx əlaqələr qurulmasının tərəfdarıdır.
Cəmiyyətin sosial-siyasi sisteminin dinamik inkişafının təmin edilməsi, siyasi plüralizm və demokratik dəyərlərin hərtərəfli müdafiəsi AMAC daxili siyasət strategiyasının əsasında dayanır.
Biz, AMAC timsalında mütərəqqi qüvvələrin birliyini möhkəmlətməyin qəti tərəfdarıyıq və bundan sonra da yeganə düzgün yol ilə gedəcəyik. Birlik uğrunda mübarizə təkcə bizim səmimi istək və arzumuz olmaqla qalmır. Bu mübarizə sosialist ideyalıların hərəkatının inkişafının mühüm tələbatıdır. Biz əminik ki, başda kommunistlər olmaqla, bütün solçuların  birliyi təmin ediləcəkdir. Azərbaycan Kommunistlər Birliyi bu nəcib iş uğrunda mübarizədə öz qüvvəsini əsirgəməyəcəkdir.
Azərbaycan Kommunistlər Birliyi
Bakı şəhəri, 27 fevral 2018-ci il.
AMAC-ın idarə heyəti

Category: Azəricə | Views: 188 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Daxil Ol

Axtarış

Reklam

Valyuta