Language

Azəricə [26]
Русский [91]
English [12]

Weather

Football Matches

Home » 2018 » March » 19 » AMAC Azərbaycan Dövlətçiliyinin Keşiyindədir Müsahibimiz AMAC-ın ideologiya üzrə icraçı katibi Tahir Cəfərlidir
20:33
AMAC Azərbaycan Dövlətçiliyinin Keşiyindədir Müsahibimiz AMAC-ın ideologiya üzrə icraçı katibi Tahir Cəfərlidir

-AMAC hərəkatının yaranmasının siyasi səbəblərindən danışsaq daha yaxşı olar...
-Düzgün yanaşmadır. Biz istəsək də, istəməksə də, zaman öz siyasi şərtlərini diktə edir. Biz ya bununla razılaşmalıyıq, ya da öz şərtlərimizi irəli sürməliyik. Odur ki, AMAC-ın siyasi reallıqdan irəli gəldiyini qeyd etməliyik.
-Nədir bu reallıqlar?
-Siyasi reallıq odur ki, xalqın istək və arzuları üzərində qurulan siyasi qurum yoxdur, xalqı təin sözünü deməsi üçün bütün imkanları müxalifət tərəfindən əlindən alınıb. Bundan əlavə müxalifət adıyla ortaya düşənlər ya bir klanın, ya da bir tayfanın maraqlarını tutur, xalqın qalan hissəsinin maraqlarını müdafiə etmir. Təkcə bu olsaydı dərdimiz nə idi ki. Burada başqa məsələlərdə ortaya çıxmasıdır. Xaricə bağlı olan müxalifət partiyaları quyruqlarını xarici ölkələrin xüsusi idarələrinə bağladıqlarından bu saat Azərbaycanda istər Qərbin, istər Türkiyənin, istərsə İran və başqa dövlətlərin maraqlarının lobbistlərinə çevrilmiş partiya və QHT-lər mövcuddur və onlar bu ölkələrin faktiki olaraq ölkəmizdə təsir agentlərinə çevrilmişlər. Bir şeyi anlamalıyıq ki, həmin ölkələr tərəfindən maliyyələşdirilən bu qurumlar Azərbaycanın müstəqqilliyi üçün böyük təhlükədir və son zamanlar Liviya, Misir, Suriya və b. ölkələrdə baş verən qarşıdurmalara səbəb belə qurumların “demokratiya oyunları” oynamaları, ölkədə qaşıdurma yaratmaları və ölkələrin dağılmasına səbəb olmuşdur.
-Liviya, Ukrayna, Suriya və s. bizə dərs olmalıdır.
-Elədir. Dünya imperializminin yeni oyunlarının mahiyyəti elə bundadır. Bu və digər ölkədə qarşıdurma yaratmaq və ölkəni başdan ayağa dağıtmaqdır. -Bəs bunun qarşısını necə almaq lazımdır?
-Bunun qarşısını  mövcud olan iqtidar ala bilməz. Burada söhbət Azərbaycana qarşı Qərbin və ona quyruq bulayan ölkələrin bizə qarşı apardığı siyasət və təzyiq vasitəsi kimi demokratik qüvvələr adıyla qarşıdurma yaradıb, ölkəmizə təcavüz etmək istəyənlərdən gedir.
-Bunu  necə edə bilərlər?
-Necə ki, Ukraynada etdilər, o cür.
-Məsələn.
-Xalqı küçələrə çıxarıb, mitinq vaxtı polislə toqquşdurdular. Sonra snayperdən güllə açıb bir neçə adamı öldürdülər. Qan görmüş xalqı kütləyə çevirib prezident Yanukoviçi yıxdılar. Xalq ayılana qədər Krımı Rusiyaya verdilər, Şərqi Ukraynada isə vətəndaş müharibəsi başladı. Hakimiyyətə gələn iqtidar isə Qərbin nökərinə çevrildi. İndi gəlin görək xalqın başına nə oyun açmadılar. Xalqın həyat səviyyəsi ilk dəfə aşağı düşdü, üstəlik eyni qandan olan iki xalq hələ də bir-birini qırırlar. Bu planı Azərbaycanda da həyata keçirənlər mövcuddur və ən dəhşətlisi odur ki, bu planın işləməsinə harınlaşmış məmurlar və onların ortaya atdıqları bəzi siyasi partiyalardır. -Siz demokratik qüvvələri deyirsiniz?
-Azərbaycan xalqı özü-özünə lider seçməlidir. Qərbin seçdiyi liderlər Qərbin oyunçularıdır və onların ortaya atdıqları müxalifət liderləridir. Xalq anlamalıdır ki, bu liderlər Qərbin qrantları ilə harınlaşmış psevdodemokratlardır. Həqiqi demokratlar heç vaxt  xalqın marağını başqa ölkələrə satmaz.
-Belə alınır ki, siz YAP-çılar kimi prezidentin tərəfdarısınız, siz T.Cəfərli.
-Elə deyil. Biz ancaq xalqımızın və dövlətimizin tərəfdarıyıq. İqtidar, müxalifət gəldi-gedərdi. İndi biz bizə dişlərini qıcımış Qərbin vəhşilərindən Azərbaycanı qorumalıyıq. Prezidentin isə öz işidir öz hakimiyyətini qorusun. Ancaq bu saat elə şərait yaranmışdır ki, prezidentlə dövlətçiliyin taleyi eyni istiqamətdən həll olunur. Bunun qarşısını almaq üçün ölkəmizdə stabilliyi qorumalıyıq. Əks halda prezident hakimiyyətini, xalq isə dövlətçiliyini itirə bilər. Bir dəfə az qalmışdı ki, belə olsun.
-Nə zaman?
-1992-ci il dekabrın axırında. Azərbaycan MDB-yə üz olmağa getməsəydi ölkəmiz dörd ölkə arasında bölünürdü. Naxçıvan Türkiyəyə, Qarabağ Ermənistana, Arazaşağı – İrana, Araz yuxarı Rusiyaya keçirdi. B.Yelsinin köməkçisi Burbulis bu ölkələrin Moskvada olan səfirlərinə Rusiya prezidentinin təkliflərini çatdırmışdı. Ukrayna prezidenti Kravçuk Azərbaycan Prezidentinin kənarda qaldığını görüb, onu təcili olaraq Alma-ataya çağırdı. Belə olmasaydı indi Azərbaycan yox idi. Biz indi belə rahat yaşadığımıza görə Ukraynanın ilk Prezidenti Kravçuka minnətdar olmalıyıq. Açın o dövrün qəzetlərini, Qərbin demokratiya oyunçuları Alma-ata samitinə görə az qalırdı prezidenti vətən xaini etsinlər. İndi tarix yenə təkrar olunur. Azərbaycan üzərinə qara buludlar toplanmaqdadır. Odur ki, xalqla iqtidar birliyi olmasa, ölkəmizi faciə gözləyəcək. Bu mövqedən AMAC yaranıb, məqsədimiz xalqımızın iradəsini bizə düşmən olan ölkələrə göstərmək, bizi soyan ölkələrin əllərini Azərbaycandan kəsməkdir.
-Qərbin bizə qarşı demokratiya oyunundan danışdıq, bəs Şərq. Hansı təhlükələr bizi gözləyir?.
-İndi Şərqlə Qərbin toqquşmasının səbəblərini araşdırsaq görərik ki, onların arasında qaz müharibəsinin getdiyi aydınlaşar. Ukraynanın və Suriyanın belə hala düşməsinin səbəbi də elə qazdır. ABŞ Ukraynadan qazın keçməsinin qarşısını almaqla, Rusiya qazının Avropaya çıxmasının qarşısını almaq istəyir, odur ki, Ukrayna-Rusiya münasibətlərinin gərginləşməsinə gətirən siyasət yürüdür və Avropanın enerji təhlükəsizliyini özündən asılı vəziyyətə salır. Suriyada Rusiya Qatar qazının oradan keçib, Avropaya getməsinin qarşısını almışdır. Türkiyə Suriyaya girməklə Əsədi vursa da, əslində tam əminliyi ilə deyə bilərik ki, Rusiya qazının Avropaya getməsinin faktiki olaraq təminatçısına çevrilir. Çünki indiki dövrdə Rusiya qazının Avropaya getməsinin qarşısı alınsa, Avropa çökə bilər. Ukrayna hadisələri qaz kəmərinin dayanmasına və Avropanın qazsız qalmasına gətirib çıxarır.  ABŞ-ın sıxılmış qazını almağa məcbur olarsa, Avropa, hər şeydən əvvəl enerji xərclərini birə beş artırmalı olacaq. Bu iqtisadiyyatına böyük zərbədir. Praqmatik Avropa liderləri bunu istəmirlər və ABŞ-ın Ukraynadakı hadisələrin gərginləşməsindəki rolunu görüb “İkinci Şimal axını”nın sürətlə çəkilməsinə razılıqlarını verdilər. Bu da hələ son deyil. Bu kəmər işlədikdə, Rusiya Ukraynaya gedən qazı bağlaya bilər, bu isə Ukraynanın çökməsidir. ABŞ qaz siyasətində aktivləşdikcə, Rusiya və ona qoşulmuş ölkələr öz qazını Çinə yönəldir ki, sanksiyalar nəticəsində ölkələrinə heç bir zərər dəyməsin. Rusiya öz silahlarını Suriyada göstərdikdən və faktiki olaraq ABŞ-ın yaratdığı İŞİD-i darmadağın etdikdən sonra, onun qaz siyasətinə əngəllər yaradan ölkələrə qaşı ciddi təzyiqlərə keçmişdir. Türkmənistanı buna misal göstərmək olar. Son illərə qədər bu respublika öz resurslarına və həyat səviyyəsinə görə bütün türkdilli respublikalardan varlı və imkanlı idi. Qazın Xəzər vasitəsi ilə Avropaya çıxardılması ideyasına şərik çıxdığından və buna razılıq verdiyindən, Türkmənistana, baxmayaraq istədiyi qədər pulu var, Rusiya və Qazaxıstan taxıl vermir. Nəticədə bu ölkədə çörək qıtlığı yaranıb. Narazılıq da artmaqdadır.
-Belə çıxır ki, qaz siyasəti Türkmənistanın başına oyun açmışdır.
-Həqiqət budur. Nə Rusiya, nə Qazaxıstanın öz iqtisadi maraqlarını Qərb şirkətlərinə vermək fikirləri yoxdur. Bilirsiniz ki, Rusiya Qazaxıstan və Türkmən qazını Çinə yönəltməklə, tikməkdə olduqları qaz kəmərini işlətmək istəyir və Çinin enerji təhlükəsini aradan qaldırırlar. Çünki bu qaz tamlığı ilə Çinə getsə, istər Rusiya, istərsə Qazaxıstan ABŞ-ın bütün sanksiyalarına həm sinə gələcək, həm də Avropadan gələn gəlirə alternativ gəlir mənbəyi tapacaq. Türkmənistanın Xəzər-Avropa xəttinə qoşulması bu planları pozduğundan bu saat təzyiqlərə məruz qalmışdır. Avrasiya birliyinin iqtisadi bünövrəsi Rusiya-Qazaxıstan-Çin qaz kəmərinin üzərində qurulmsıdıar. Bu birliyin işləməsi qaz kəmərinin işindən asılıdır. Azərbaycanın da Avrasiya ittifaqına dəvət alması formal xarakter daşısa da, həqiqət tam başqadır. Türkmənistan ipə-sapa yatmasa, bizi çox ciddi təzyiqlər gözləyəcək. Nəzərə alsaq ki, bu ölkəyə Çinin də təzyiqi mövcuddur, Türkmənistan qazının Avropaya getməsi inanılası deyil. Başqa bir məsələ: Türkmənistanın İran qazının bu kəmərə qoşulması üçün tranzit ölkə olduğunu da bura əlavə etsək görərik ki, bu ölkə bu saat çox kritik vəziyyətdə qalmışdır.
- Azərbaycan rəhbərliyi dünyada gedən qaz müharibəsinə qoşulmamalıdır və çalışmalıdır ki, bu qarşıdurmada neytral qalsın.
- Bu düzgün siyasət olardı. Ölkəmiz neft və qazın Avropaya çıxarılmasında maneə yaradan  Rusiya və Avrasiya  birliyinin təzyiqlərindən ölkəmizi qorumalıdır. Əks halda bizi Türkmənistan ssenarisi gözləyir. Rusiya siyasəti bütün ölkələrdə eyni olduğundan dünya analitikləri “Rus açarı bütün qapılara düşür” siyasətini apardıqlarını deyirlər. Bu o deməkdir ki, Rusiya yeritdiyi siyasətin bir istiqaməti var və bu istiqaməti dəyişmək qeyri-mümkündür.
-Bəs Şərqin Azərbaycana təzyiqini nədə görürsünüz?
-Azərbaycanın üzünə Şimal və Cənub tranzitinin bağlanması, Rusiya və İran sərhədlərində Azərbaycana gələn qida maddələrinin keçirilməsinin qarşısının alınmasında. İndiki geosiyasi vəziyyətdə hər iki ölkə bunu etmir, çünki Azərbaycan Ermənistana qaşı müharibəni bərpa edə bilər və beləliklə, Qərb Qafqaza girə bilər. Odur ki, hər iki ölkə müharibənin başlanmasını istəmir. Bununla belə Azərbaycanın Bakı-Toflis-Qars dəmir yolunun tranzit mallarının daşımasına mane olurlar. Bu dəmir yolunun işləməsinin Azərbaycan iqtisadiyyatı üçün böyük əhəmiyyəti vardır. Bu tranzitin işləməsi neft kəmərinin gətirdiyi gəlirə bərabər əbədi bir xətdir.  Qazaxıstan Xəzər vasitəsi ilə Çindən gələn malları Türkiyəyə, oradan isə Avropaya ata bilərdi. Ancaq bunu edə bilmədi, çünki Rusiya - Belarus tranzitinin qarşısını alırdı. Belə olduqda bu iki ölkə gəlirini itirirdi. Nursultan Nazarbayevin vecinə deyildir hansı ölkədən onun malları keçəcək, odur ki, V.Putinin sözündən çıxmadı və Bakı-Tiflis-Qars dəmir yolunun açılışına gəlmədi. Buda sizin türk birliyiniz! Maraqlısı budur ki, Rusiya-Azərbaycan-İran dəmir yolunun açılışı olarsa, İran və Rusiya tranziti ancaq iki istiqamətdə - Şimal-Cənub istiqamətində gedən malları daşıyacaq. Aydındır ki, Azərbaycanın seçim etmək imkanı olmasa da, iqtisadiyyatı üçün böyük imkanlar yaradacaq. Ona görə də Azərbaycana edilən təzyiq gözə dəymir, Əlbəttə ki, Azərbaycan bu geosiyasi vəziyyətdən bəhrələnməlidir.
-Bəs ABŞ?
-Azərbaycan  bu ölkənin təzyiqini devalvasiyada gördü. D.Tramp hökuməti bunu bir daha təkrar edə bilər. Ən dəhşətlisi odur ki, ölkəmizdə qarşıdurma yarada bilərlər. Elə Ukrayna ssenarisini Azərbaycanda da tətbiq edə bilərlər. Odur ki, AMAC-ın məqsədi ölkəmizdə siyasi və iqtisadi stabilliyin saxlanılmasında xalqın iştirakını təşkil etmək, qərbpərəst qüvvələrin Azərbaycanda demokratiya oyunlarına son qoymaq, ciddi təbliğat və təşviqat aparmaqdan ibarətdir. Prezident İ.Əliyevin geosiyasi balansı saxlaması üçün xalqla onun birliyini təmin etmək lazımdır. Onu əhatə edən məmurlar bunu istəmirlər və ölkədə elə vəziyyət yaradıblar ki, xalq öz prezidentinə qarşı getsin. Bununla belə xalqın prezident və birinci vitse prezident cütlüyünə olan inamı daha böyükdür və xalqda belə inam mövcuddur ki, prezident seçkilərindən sonra istər daxili, istərsə xarici siyasətdə ciddi islahatlara önəm verəcək və ölkənin idarəçiliyində struktur dəyişikləri edəcəkdir. AMAC-çılar da belə siyasətin tərəfdarıdırlar.

Category: Azəricə | Views: 213 | Added by: Admin | Rating: 0.0/0
Total comments: 0
avatar

Log In

Search

Currency

Advertisement

Calendar

«  March 2018  »
SuMoTuWeThFrSa
    123
45678910
11121314151617
18192021222324
25262728293031