Dil

Azəricə [55]
Русский [100]
English [12]

Hava Proqnozu

İstifadəçi sayı

Home » 2018 » April » 24

Ermənistanda Ukrayna hadisələri baş verdi. Əvvəlcədən hiss olunurdu ki, Qərb Serjikə torba tikib və bu torbanı tikənlər Qərbin xüsusi orqanlarıdır. Suriyadakı məğlubiyyətini Ermənistanda ruslardan əvəzini çıxan Qərb, faktiki olaraq Qafqazın qapısına yiyələndi. Nəzərə alsaq ki, hadisələr Gürcüstanda olduğu kimi cərəyan edəcək, Qarabağ klanına qarşı haylar ciddi hücuma keçəcəklər ki, Rusiyanın burada dayağı olan şurtvastlardan yaxalarını qurtarsınlar. Burada söhbət Ermənistanın iqtisadiyyatını, maliyyəsini, DİN, MTX, ordunu, Ali məktəbləri və s. ölkədə nə varsa zəbt etmiş Qarabağ klanından alınması prosesindən gedir. Dərinə getsək bu saat Ermənistan Vətəndaş müharibəsi ərəfəsindədir. Qarabağlılar əllərində olan hakimiyyəti nəyin bahasına olursa olsun saxlamaq istəyəcəklər. Odur ki. Ortaya öz liderlərini atıb, hakimiyyəti verməmək üçün qarşıdurma yaradacaqlar. Ancaq Qərbin işə qarışması bunun qarşısını alacaq. Ukraynada olduğu ... Read more »

Category: Azəricə | Views: 229 | Added by: Admin | Date: 24.04.2018 | Comments (0)

Qafqaz regionunda silahlanma yarışı gedir. Və Azərbaycanın hərbi xərcləri də artmaqdadır çünki dövlət müharibə şəraitində yaşayır. Ermənistan bu yarışda qalib gəlmək üçün Rusiyadan aldığı yardımla hərbi potensialını gücləndirmək istəyir. Lakin Azərbaycanın Qərblə əməkdaşlığının inkişafı dövlətimizin Qafqazda liderliyinin saxlanmasına zəmin yaradır. Qərbin Azərbaycanla əməkdaşlığı əsasən neft sektorunda inkişaf edir və bu ölkənin gəlirlərinin hədsiz artmasına kömək edir. 2006-cı ildə Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Azərbaycanı Aralıq dənizi hövzəsi ilə əlaqələndirməsi daha sonra Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin açılmasını məqsəd qoydu. Azərbaycanın regiondakı siyasəti qonşu Gürcüstan və Türkiyənin iqtisadiyyatına da güclü təsir göstərir. Bu da Azərbaycanın həmin dövlətlər üçün siyasi vacibliyini qoruyub saxlayır. Hər iki ölkənin İrana qarşı düşmən mövqeyini nəzərə alsaq dövlətimizin niyə İsrail ilə əməkdaşlıq etdiyini görə bilərik.
Beynəlxalq ... Read more »

Category: Azəricə | Views: 261 | Added by: Admin | Date: 24.04.2018 | Comments (0)

Daxil Ol

Axtarış

Reklam

Valyuta

Futbol Matçları